Təzə kartof nə ilə faydalıdır?

Təzə kartof nə ilə faydalıdır?Mütəxəssislərin fikrinə görə, 3 aydan çox saxlandıqda kartof demək olar bütün faydalı xüsusiyyətlərini itirir və əksinə onun ziyanlı xüsusiyyətləri artır.
Bu səbəbdən Avropa ölkələri qışda kartofu isti ölkələrdən alır ki, orada kartof ildə 3 dəfə yığılır.
Təbii ki, təzə kartof köhnə kartofla müqayisədə qat-qat faydalıdır.
Təzə kartof C, B və PP vitaminlərlə zəngindir. C vitaminin günlük porsiyasını almaq üçün yarım kq bişmiş kartof yemək kifayətdir.
Təzə kartofun tərkibində nişasta daha azdır ki, bu onu daha azkalorili edir. Bu pəhriz saxlayan insanlar üçün çox vacibdir. Diyetoloqlar hətta kartof pəhrizləri təklif edir. Gün ərzində 1 kq bişmiş kartof yemək olar. Bu kartof 5-6 hissəyə bölünür və gün ərzində göyərtilərlə yeyilir. Belə pəhrizi 3-4 gün saxlamaq olar.
Saglamolun.az bildirir ki, təzə kartofda ürək üçün faydalı olan kalium çoxdur. Kalim ürəyin normal fəaliyyətini təmin edir və orqanizmdən artıq mayeni xaric edir.
Təzə kartof damarların sağlamlığını qoruyan bioflavonoidlərlə də zəngindir.
Təzə kartofu bişmiş şəkildə istehlak etmək daha yaxşıdır. Bişirdikdən əvvəl kartofun nazik qabığını ehtiyatla qaşıyın. Məhz bu nazik qabığın altında faydalı maddələrin əsas hissəsi toplanır. Daha sonra kartofu 30-40 dəqiqə ərzində soyuq suda saxlamaq lazımdır. Bununla siz kartofda olan nitratların miqdarını xeyli azaldacaqsınız.
Qabığı yaşıl olan təzə kartofu yeməyin. Belə kartof düzgün saxlanılmayıb və onun tərkibində gün şüaları təsirindən ziyanlı maddə salonin əmələ gəlib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1229   Tarix: 01 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

adlarin menasi maskalar gelinlikler hiperaktiv usaqlarin mualicesi kombinler 2026 yay qadinin arxadan olmasi kosmetika lakonizm əfsanələr novruz bayramına aid hakışta novruz hakistasi qardasa aid haxistalar