Tibbi maska və sosial məsafə koronavirusdan necə qoruyur? - Beynəlxalq ARAŞDIRMA

Tibbi maska və sosial məsafə koronavirusdan necə qoruyur? - Beynəlxalq ARAŞDIRMAHəftə sonu sərt karantin rejiminin tətbiqindən sonra həyat yenidən normala döndü. Hərçənd, ölkədə koronavirusa yoluxma statistikasının artan templə davam etməsi fonunda vətəndaşların həyati üçün risk olduqca yüksəkdir. Hər gün küçədə, ictimai nqəliyyatda, metroda, yaxud iş yerində yüzlərlə insanla qarşılaşdığımızı nəzərə alsaq, "təhlükə bizi qarabaqara izləyir" deyə bilərik.
Bizi izləyən virusdan necə qorunmaq olar? Bu sualın cavabı təkcə Azərbaycanda yox, bütün dünyada eynidir: tibbi maskadan istifadə və sosial məsafə.
Beynəlxalq araşdırmalar "Tibbi maskadan istifadə edin, sosial məsafəyə riayət edin" çağırışlarının həyatımız üçün əhəmiyyətini anlamağa imkan verir.
Məşhur "Lancet" tibb jurnalının yeni araşdırmasında koronavirusdan qorunmağın üç yolunun olduğu bildirilir.
Sosial məsafə: Araşdırma nəticəsində müəyyən olunub ki, virusun 1 metr məsafədən ötürülmə riski 12,8 faiz, 1 metrdən uzaq məsafədən ötürülməsi riski isə 2,6 faizdir. Ən təsirli məsafə 2 metr və daha çoxdur.
Tibbi maska: Üz maskası və ya respirator olmadan (N95 maskası) ötürülmə şansı 17,4 faizdir. Maskadan istifadə isə bu riski 3,1 faizə qədər endirir.
Göz nahiyəsinin qorunması: Gözlə ötürülmə riskinin 5,5 faiz olduğu deyilir. Bunun üçün əsasən eynəkdən istifadə tövsiyə olunur.
Lakin tibbi maskadan istifadə və sosial məsafənin saxlanılması iki ən vacib amil olaraq qiymətləndirilir.
Bu tədqiqat 6 qitənin 16 ölkəsində aparılıb. Tədqiqatın nəticələri 172 araşdırmaya əsaslanır, o cümlədən, müxtəlif ölkələrin səhiyyə araşdırmalarından istifadə olunub.
Tədqiqata rəhbərlik edən Kanadada McMaster Universitetinin kliniki epidemiologiya və tibb professoru Holger Shunemann deyir ki, sosial məsafə virusa yoluxma riskini yarıya qədər endirir: "Məqsədimiz məsafənin nə dərəcədə təsirli olduğunu öyrənmək idi. Misal üçün, öskürək, yaxud asqıraq zamanı tənəffüs damlalarının sıçraya biləcəyi məsafəni ölçdük və buna görə insanların ən azı 2 metr məsafə saxlamasını müəyyənləşdirdik. Bu, dünyanın hər yerində eynidir. Yaxud, gözlük və yas tibbi maskadan istifadə etməyənlərin yoluxma riski 16, bundan istifadə edənlərin yoluxma riski isə 6 faizdir".
Professor qeyd edir ki, tədqiqat xəstəxanada virusa yoluxmuş xəstələrə xidmət edən tibb işçiləri, eləcə də virusa yoluxmuş insanla eyni evdə yaşayanlar arasında da aparılıb.
Onun sözlərinə görə, xəstələrlə daim bir yerdə olan belə insanlar sosial məsafəni saxlamaq və tibbi maskadan istifadə etməklə virusa yoluxmayıblar.
"Sosial məsafənin və tibbi maskanın təsirinin böyüklüyündən təəccübləndim", - professor bildirir.
Bu tədqiqat hər bir ölkə kimi Azərbaycan ictimaiyyəti üçün də əhəmiyyətli dəlillər təqdim edir və bir daha məlum olur ki, tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması koronavirusa yoluxma riskinə qarşı ən effektli tədbirlərdir.
Azərbaycanda tibbi maskadan istifadə ilə bağlı cərimələrin tətbiqi də bu məqsədə xidmət edir. Lakin vətəndaşlar tibbi maskadan istifadəni və sosial məsafənin saxlanılmasını unutmamalı, özlərinin və doğmalarının sağlamlığı üçün şüurlu şəkildə buna əməl etməlidir.
Professor Shunemannın tibbi maskadan istifadənin əhəmiyyəti haqda dedikləri də diqqət çəkir.
"İnsanlar evdə kustar üsulla hazırlanmış maskadan da istifadə edə bilər. İstənilən formada maskadan istifadə heç istifadə etməməkdən daha yaxşıdır", - kanadalı professor bildirir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1318   Tarix: 10 iyun 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar