Topuqlu ayaqqabı ağrısını necə aradan qaldırmaq olar?

Topuqlu ayaqqabı ağrısını necə aradan qaldırmaq olar?Topuqlu ayaqqabılar xüsusilə işləyən qadınların tez-tez üstünlük verdiyi və bir o qədər də şikayət etdiyi amillər arasında ilk sırada gəlir.
Qadınlar topuqlu ayaqqabıya alternativ olaraq isə baletlərə üstünlük verir. İstər topuqlu, istərsə də düz, ayağın anatomik quruluşuna uyğun gəlməyən ayaqqabılar başda ayaq Sağlamlığı olmaqla hərəkət pozğunluqları yaradaraq bütün bədənin sağlamlığına təsir edir. Klinik pilates üzrə təlimatçı Ayça Kaşıkçı bu təsirlərdən qorunmaq üçün praktik tövsiyələr verib.
Hər iki ayaqqabı çeşidinin də risklərini ayrı-ayrılıqda dəyərləndirən Kaşıkçının fikrincə, topuqlu ayaqqabı ağırlıq mərkəzini önə doğru itələdiyi üçün başda bel və onurğa sütunu olmaqla diz və baldır əzələlərinə təsir edərək ciddi problemlərin və dayanma pozğunluqlarının yaranması riskini yaradır.
Balet ayaqqabılar isə bütün bədənin ağırlığını topuqlara sürüşdürdüyü üçün xüsusilə bilək oynaqlarında, topuqlarda və ayaqlardan yuxarıya doğru istiqamətdə ombalarda ağrıların yaranmasına, ayaq dabanının hamarlaşmasına, sümük çıxmasına və düzdabanlılıq kimi deformasiyalara səbəb ola bilər. Sağlam bir bədən duruşunun ayaqların yerə sağlam basılmasından keçdiyini vurğulayan Kaşıkçının qənaətincə, iş yaşamında və günlük yaşamda topuqlu ayaqqabılardan və ya baletlərdən vazkeçə bilmiriksə, ayaq və bilək məşqlərini  gözardı etməməliyik. Bunlar hansı məşqlərdir?..
Ayağınızı yerə sağlam basın
Ayaqüstdə, ayaqlarınız yerə möhkəm basılı vəziyyətdə topuqlarınızın üzərində irəli-geri yellənmək, 10 addım irəli, 10 addım geriyə doğru gəzmək, tək ayaq üzərində sağa-sola doğru tullanmaq əsas hərəkətlərin başında gəlir. Bununla yanaşı baldırları qüvvətləndirən bütün hərəkətlər də ayaq sağlamlığının qorunmasına yardımçı olur.
Ayaqlarınızı masaj etməyi gözardı etməyin
Ayaqları masaj etmək də gözardı edilməməlidir. Hər gün bir əlinizlə digər ayağınızın daban çuxuruna dairəvi hərəkətlərlə yüngül təzyiq göstərərək masaj etsəniz, həm ayaqlarınızı rahatlatmış, həm də ayaq sağlamlığınızı qorumuş olacaqsınız.
Ayaq biləklərinin də rahatlamağa ehtiyacı var
Ayaq biləklərini rahatladan və ön ayağı çalışdıran hərəkətlər də topuqlu ayaqqabıların yol açdığı narahatlıqlara qarşı əhəmiyyətlidir. Xüsusilə evdə son dərəcə asan bir şəkildə edilə biləcək hərəkətlər isə bunlardır:
- Düz bir zəmində ayaqlarınızı düz uzadaraq oturun. Kürəyinizi düz tutmağa çalışaraq ayaqlarınızı bilək hissədən yuxarı-aşağı 10 dəfə oynadın. Bunu edərkən ayaqlarınız yerdən yüngülcə qalxmış vəziyyətdə olsun. Biləklərinizi yuxarıya doğru qaldığınız zaman baldır əzələlərinizin, aşağıya doğru saldığınız zaman ön alt ayaqlarınızın (qaval sümüyü) əzələlərinizn çalışdığını hiss edin.
- Mövqeyi qoruyaraq elastik pilates bantını, dəsmalı və ya bir kəməri əvvəl sağ ardından sol ayağınızın dabanının altından keçirərək, ayağınızı yüngülcə yerdən qaldırın (3-5 sm) və özünüzə doğru çəkin, 20-30 saniyə bu mövqedə dayanıb buraxın.
- Eyni mövqedə ayaq barmaqlarınızı kiçik barmağınızdan başlayaraq baş barmağınıza doğru bir-bir açın, sanki bir topu ayaq barmaqlarınızla yaxalamğa çalışın. İlk başda barmaqlar bir-birindən çətin ayrılacaqlar, ancaq məşqləri öyrəndikcə qüvvətlənəcəklər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1497   Tarix: 01 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

qis geyimləri 2026 donlar 2026 yaz geyimleri 2026 qadın xəstəlikləri manqal salati şorba reseptləri toyuqlar haqqinda kosmetika novruz bayramına aid hakışta faydalı məsləhətlər cantalar ginekoloq burclerin uyumu