Tükənmişlik sindromu,yoxsa depressiya? - 7 fazası, əlamətləri

Tükənmişlik sindromu,yoxsa depressiya? - 7 fazası, əlamətləriSon illərin ən böyük bəlalarından biri depressiyadır. ÜST-ün proqnozlarına görə, 2020-ci ildə ÜDS xəstəliklərindən sonra yayılmasına görə depressiya 2-ci yeri tutacaq. Buna görə də bu qlobal mövzunun daha ətraflı araşdırılması günümüzün aktual məsələlərindəndir. Alimlər tezliklə depressiyanın hətta epidemiya şəklində yayılacağını proqnozlaşdırır.
Çox zaman depressiyanın ilkin səbəbi kimi xroniki yorğunluq sindromu və ya tükənmə sindromu göstərilir. Termini ("burn out") təbabətə amerikalı psixoanalitik H.Froydenberger gətirmişdir. Sindromun yaranmasında əsas rolu uzunmüddətli və həllini tapmamış streslər oynayır. Sindromun ağır fəsadlar yaratması ilə əlaqədar ÜST stresi XXI əsrin əsas problemlərindən hesab edir.
Sindromun digər psixoloji səbəbi - insana qarşı çox yüksək tələblərin qoyulması, daimi təzyiq və artıq dərəcədə rəqabətli mühitin olmasıdır.
Bu faktorlar pasiyentin istirahətsiz işləməsinə, özünü bütövlükdə bu fəaliyyətə həsr etməsinə səbəb olur; onlar hətta evdə də dincəlmədən aktiv işləməyə davam edir. Gördüyü işin müqabilində lazımi dəyər və qiyməti almadıqda isə özünəinam azalır, daxili balans pozulur və psixoloji kriz qaçılmaz olur. Tükənmə sindromuna meyilli pasiyentlər sırasına ilk növbədə, həkimlər, müəllimlər, menecer və şirkət rəhbərləri, sürücü, pilot və maşinistlər, həmçinin, elektronika və informatika üzrə mütəxəssislər aiddir.
Milli.Az xəbər verir ki, tükənmə sindromu öz inkişafında 7 əsas fazadan keçir.
Birinci fazada pasientlər çox yüksək aktivlik və güclü iradə nümayiş etdirirlər: onlar ən çətin işin öhdəsindən asanlıqla gəlirlər.
İkinci fazada pasient lazımi qiymət almadığına görə işdən bir qədər soyuyur, özünə qapanır. İş qabiliyyəti və işə olan həvəsi azalır.
Üçüncü fazada duyğusal tükənmə, yorğunluq, enerji qıtlığı, ürək narahatlığı, əsəbilik, səbrsizlik, özgüvənin azalması, dəyərsizlik hissi, tənqidə qarşı həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik və 2 tip reaksiya müşahidə oluna bilər: derpessiv (özünəqapanma, özünü günahlandırma), yaxud aqressiv (bütün günahı ətrafdakılarda görür, hər qıcığa qəzəblə reaksiya verir). Bu məqamadək sindromun inkişafı ətrafdakılar üçün nisbətən gizli keçir.
Dördüncü fazadan başlayaraq psixoloji durum və iş qabiliyyətində olan dəyişikliklər artıq qabarıq şəkildə özünü büruzə verir, məsələn, işində yaranan yanlışlıqlar, işlərini təxirə salma, işə gecikmək və s.
Beşinci fazada ətraf mühit onun üçün bütün əhəmiyyətini itirir, psixi simptomlara fiziki (somatik) simptomlar, o cümlədən, xroniki, güclü baş ağrıları, yuxusuzluq, bütün bədəni əhatə edən naməlum mənşəli ağrılar, residivləşən infeksiyalar, mədə - bağırsaq şikayətləri əlavə olunur.
Altıncı fazada fiziki simptomlar ön plana keçir, sadalanan əlamətlərə ürək-damar sistemi tərəfindən simptomlar əlavə olunur, metabolik pozulmalar yaranır.
Yeddinci faza tam ümidsizlik, depressiya, yalqızlıq və ətraf mühitdən təcrid ilə xarakterizə olunur; suisidal fikirlər baş qaldıra bilər.
İnsanı bütövlükdə - həm cismini, həm ruhunu zədələyən bu patoloji sindromun ənənəvi təbabətlə müalicəsi birmənalı nəticə vermir; istifadə olunan kimyəvi preparatlara qarşı asılılığın yaranması ilə yanaşı, onların ciddi yan təsirləri mövcuddur.
Bioloji təbabətlə müalicə üsulları (biotənzimləyici preparatlar, ortomolekulyar vasitələr...) tükənmə sindromunun səbəb və nəticələri ilə effektiv, toksiki təsir olmadan mübarizə aparmağa imkan verir.
Müalicə tədbirləri fazadan asılı olaraq müxtəlif aspektləri əhatə edir. İlk növbədə pasient həyat tərzinin dəyişməsinə, özünə və ailəsinə daha çox vaxt ayırmasına motivasiya olunmalıdır. Yuxu və qida rejiminin normallaşdırılması, açıq havada, təbiət qoynunda gəzinti, aktiv idman, yoqa, meditasiya kimi qeyri-medikamentoz üsullardan geniş istifadə olunur. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1737   Tarix: 22 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

qadin dunyasi kosmetik vasiteler yaz geyimleri 2026 vaginal quruluq cennet almasi murebbesi sengulum nagili alin yazisi xanim qafarova kosmetika dostluq qurd ve quzu vetene aid atalar sozu bayatılar toyuq salati