Tütünçəkənlər yeni növ koronavirusun risk qrupuna aid edilirlər

Tütünçəkənlər yeni növ koronavirusun risk qrupuna aid edilirlərTütündən istifadə edənlərin xüsusi risk qrupuna aid olduğunu deyirlər. Hər il noyabrın üçüncü cümə axşamı Ümumdünya Tütündən İmtina Günü qeyd edilir. Həmin gün 1977-ci ildə ABŞ-ın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib. Son illər ölkəmizdə də tütündən istifadənin azaldılması sahəsində xeyli iş görülüb. 2017-ci il dekabrın 1-də Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun qəbul edilməsi bu sahədə ən uğurlu addımdır. Həmin Qanunun qəbulundan sonra da tütünün sağlamlığa vurduğu zərərin azaldılması üçün ardıcıl tədbirlər həyata keçirilib.
Tütünçəkənlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların risk qrupuna daxildir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Büllurə Yusifova məlumat verərək deyib: "Nəfəs aldığımız havanın içərisində xeyli yad molekullar var. Həmin hava tənəffüs yollarından keçərək təmizlənir və ağciyərə daxil olur. Tütüncəkənlərdə isə bu təmizləmə prosesi pozulur. Məlum olduğu kimi, tütün tüstüsünün tərkibində nikotin var. Nikotin tənəffüs yollarının selikli qişasını pozaraq bəlğəmin yaranmasına səbəb olur. Tütünçəkənlərin hamısı bəlğəmli öskürəkdən əziyyət çəkir. Təmizləmə prosesin pozulduğuna görə tənəffüs yollarının yoluxucu xəstəliklərinin yaranma ehtimalı iki dəfə artır. Məhz buna görə də tütünçəkənləri yeni növ koronavirusun risk qrupuna aid edirlər. Onlarda infeksiya daha ağır formada keçir. Yüngül gedişli xəstəlik zamanı yuxarı tənəffüs yolları, ağır formada keçən xəstəlik zamanı aşağı tənəffüs yolları, yəni ağciyərlər zədələnir. Koronavirus infeksiyası zamanı həm sağ, həm sol ağciyərin zədələnməsi baş verir və ağır tənəffüs çatışmazlığı nəticəsində insanlar həyatını itirirlər. Ona görə də tütünçəkənlərin bu zərərli vərdişdən imtina etməsi ən doğru çıxış yolu olardı".
Tütündən istifadədən imtina barədə danışan İSİM-in nümayəndəsi deyib: "Hər bir tütünçəkənə fərdi qaydada yanaşmaq lazımdır. Nikotin həm də asılılıq yaradan maddədir. Məsələn, gündə bir qutu tütün çəkən onu tərgidə bilər. Gün ərzində üç qutu tütün çəkənin ondan tədricən imtina etməsi məsləhət görülür. Tütün yalnız ondan aktiv istifadə edənlər üçün zərərli deyil, həm də onun tüstüsünə məruz qalan, yəni passiv istifadəçilərinin orqanizmi üçün də zərərlidir və qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Passiv tütünçəkənlərdə də ürək-damar, onkoloji və tənəffüs sisteminin xroniki xəstəlikləri baş verir. Aparılan araşdırmaya görə, passiv tütünçəkənlər arasında ağciyər, böyrək, gənc qadınlarda süd vəzinin xərçəngi daha çox rast gəlinir, uşaqların ümumi sağlamlığına da mənfi təsir göstərir. Adətən tütün tüstüsünə məruz qalan uşaqlar digərlərindən immunitetin aşağı olması ilə seçilirlər. Həmin uşaqlar daha tez-tez xəstələnir və allergik xəstəliklərə meyilli olurlar. Yeniyetməlik dövründə onlarda tütünçəkməyə meyillik daha çox olur. Təəssüf ki, bizim ölkəmizdə qadınlar arasında da tütün çəkməyə meyil var və bu hal getdikcə artır. Qeyd etmək istəyirəm ki, tütünçəkən qadınların 42 faizində sonsuzluq baş verir, qalan hissəsində isə həm hamiləlik, həm də doğuş ağırlaşmalarla keçir. Onların dünyaya gətirdikləri körpələr ya vaxtından əvvəl və ya az çəkili olur. Həmin körpələr dünyaya gəldikdən sonra onlarda nikotin asılılığı baş verir, belə uşaqlarda qəfləti ölüm sindromu daha çox rast gəlinir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1777   Tarix: 20 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi yaz geyimleri 2026 silikon dodaq toy ucun dizayn qara qarağat 2026 qadın ayaqqabı modelləri kosmetika haxisdalar faydalı məsləhətlər paxlava masqalar gozde olar