Unutqanlıq xəstəliyi - Amneziya

Unutqanlıq xəstəliyi - Amneziya"… Hər şeyi unuduram. Getdiyim və gedəcəyim yerləri, edəcəyim işi, evdən çıxarkən götürəcəyim əşyaları tez-tez yadımdan çıxarıram".

Hər bir insan gündəlik həyatında bu sözləri işlədir. Bütün bunlar unutqanlıq əlamətləridir. Əgər əvvəllər yaşlı nəslin nümayəndələri unutqanlıqdan əziyyət çəkirdilərsə, bu gün gənclər də unutqanlıqdan şikayətlənirlər. Unutqanlıq 7-dən 77-yə hər kəsin qarşılaşdığı bir problemdir. Bəzən o qədər də qorxulu hesab etmədiyimiz bu unutqanlıq ən ağır xəstəliyə belə keçə bilər.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, el arasında "unutqanlıq" deyilən bu xəstəlik tibb elmində "amneziya" və ya "yaddaşın keyfiyyət pozuntusu" adlanır.

Amneziyanın növləri…
Amneziyanın bir neçə növü var - retroqrat, anteroqrat, epilepsiya, fiksapozon və digər amneziyalar. Retroqrat amneziya düşüncənin pozulması deməkdir. Belə xəstələr həyatlarında baş verən hadisələri tamamilə unudur. Anteroqrat amneziya travma zamanı əmələ gəlir. Belə xəstələr travma aldıqdan sonra keçmişlərini və gündəlik yaşadıqlarını unudurlar. Yaddaşın keyfiyyət pozuntusu sırasına daxil olan epilepsiyaya əsasən yaşlı adamlarda rast gəlinir. Bəzən epilepsiya gənclərdə də müşahidə olunur. Bu zaman həmin insan həyatda baş verməyən hadisələr uydurur. Belə adamlar baş verən bütün pis hadisələri unudurlar, özlərini dünyanın ən xoşbəxt insanı hesab edirlər. Ancaq bu hal get-gedə irəliləyərək, amneziyanın daha ağır formasına keçə bilər. Psixoterapevt Gülnarə Rəsulovanın sözlərinə görə, bu zaman həmin insana şizofreniya diaqnozu qoyulur: "Poramneziya da şizofreniyanın növlərindəndir. Belə xəstələr istər-istəməz, özlərindən asılı olmayaraq, yalanlar danışırlar. Bəzi hallarda insanlar nəyisə yadda saxlamaqda çətinlik çəkirlər. Yəni onların yaddaşı zəif olur. Buna "fiksapozin amneziyası" deyilir. Bu amneziyanın yüngül formasıdır. Çünki amneziyanın bu növünü demək olar ki, hamıda müşahidə etmək mümkündür. Buna əsasən "müvəqqəti yaddaş pozğunluğu" da deyilir. Belə yaddaş pozğunluğunun tədricən bərpa olunma ehtimalı var. Ümumiyyətlə, amneziya beyin damarlarının zədələnməsi, beyində olan hüceyrələrin azalması deməkdir". Unutqanlığın növlərindən olan praqresiv amneziya da bu xəstəliyin ən ağır növlərindəndir. Gülnarə Rəsulovanın sözlərinə görə, praqresiv amneziya daha da irəlilədikdə insan şüurunu tamamilə məhv edir.

Amneziya insanı ruhi xəstə edir

Bəzən 6-7 yaşlı bir uşaqda da yaddaş zəifliyi müşahidə olunur. Yəni II-III sinfə gedən bir uşağın dərsini yadda saxlamama halları baş verir. Məhz bu zaman valideynlər uşağın xəstə olduğu qənaətinə gəlirlər. Bu amneziya deyil. Əgər uşaqda unutqanlıq halı həddən artıq olarsa, bu zaman həkimə müraciət edilməlidir. Belə uşaqlar əsasən doğuş zamanı zədə almış olurlar. Uşaqlarda amneziyanı müalicə etmək daha asandır. Uşaqlarda amneziyanın yaranmasının səbəblərindən biri də onlara efirdə gedən bütün xəbərlərə baxmağa icazə verilməsidir. Uşaq xəbərdən sarsılır və düşünməyə başlayır, özünə qapanır. Bu da amneziyanın yaranmasının təməlidir. Uşağı evdə bağlı saxlamaq, onun bayıra çıxmasına, yaşıdları ilə oynamasına icazə verməmək də yaxşı deyil. Belə uşaqlarda da get-gedə amneziya xəstəliyi yarana bilər". Qeyd edək ki, müxtəlif yaş həddində olan insanlarda amneziyaya qarşı aparılan müalicələr də fərqlidir. Uşaqlarda müalicə zamanı istifadə olunan dərmanların miqdarı nisbətən az olur.
Psixoterapevtin sözlərinə görə, amneziya irəlilədikdə insanda ruhi xəstəliklər əmələ gətirir: "Xəstələrin çoxu uşaqlıqlarını xatırlamadıqlarından şikayətlənirlər".

Amneziyaya tutulmamaq üçün…

Amneziyadan qurtulmağın əsas yollarından biri gün ərzində çoxlu kalsium qəbul etməkdir. Bundan başqa unutqanlığı olan adamlar quru meyvələr - kişmiş, ərik, qoz, fındıq ləpəsi yeməlidirlər. Gün ərzində içilən qara çay da yaddaşı zəiflədir. Buna görə də, insanların tez-tez yaşıl çay içmələri məsləhətdir. Yaşıl çay təkcə yaddaşı möhkəmləndirmir, digər orqanizmlərə də təsir edir. Düzdü, hər adam yaşıl çay içə bilmir. Ancaq çalışmalıdır ki, heç olmasa gündə bir dəfə də olsa, yaşıl çay içsin və qara çayın miqdarını azaltsın. Təbii bitkilərlə də amneziyadan qorunmaq olar. Gənc yaşdan nanə, cəfəri, bağayarpağı dəmləmələri qəbul edilməsi daha yaxşıdır. Bunlar amneziyanın qarşısını almaqla yanaşı, yaddaşı da möhkəmləndirir. Heç olmasa həftədə bir dəfə bu bitkilərin dəmləməsindən içmək məsləhətdir.

Statistikaya görə, dünyada 65 yaşı olanlar arasında hər 20 insandan 5-i, 90 yaşlılar arasında isə hər 10 adamdan 9-u amneziyadan əziyyət çəkir. Müasir dövrdə isə gənclər arasında hər 10 nəfərdən 7-si unutqanlıqdan şikayətlənir. Ümumiyyətlə, dünyada 100 milyon insan bu xəstəliyin cəngindədir.

Sağlamlıq     Baxılıb: 2809   Tarix: 23 aprel 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

yay geyimləri 2025 gozel gorunmek hamiləlik xiyar tursusu yay donları 2025 ciyər qovurması plovlar kosmetika pomidor baldiza aid hakisda cinsi haxışda hakiwda