Ürək dərmanı xərçəngə səbəb ola bilər
Ürək ritmini tənzimləyən bir dərmanın xərçəng riskini artıra biləcəyi müəyyən olunub.
Tayvanda aparılan araşdırma nəticəsində ürək ritmini tənzimləmək üçün tez-tez istifadə olunan, əsas təsiredici maddəsi amiodaron olan dərmanın çox yavaş həll olunduğu və uzun müddətli istifadədə çox böyük hissəsinin toxumalarda yığıldığı müəyyən olunmuşdur.
Amerikanın "Cancer" jurnalında yayımlanan araşdırmaya əsasən, 2,5 il ərzində bu dərmandan istifadə edən 6 min 418 xəstə müşahidə altında saxlanılıb. Nəticədə isə xəstələrdən 280-nin xərçəngə yoluxduğu məlum olub.
Dərmanı hər gün yüksək dozada istifadə edənlərin xərçəngə tutulma riskinin digər xəstələrdən 46% artıq olduğu bildirilir.
Alimlər başqa xəstəliklər də nəzərə alındıqda, bu təsiredici maddəni yüksək dozda istifadə edənlərin xərçəngə yoluxma riskinin aşağı dozada istifadə edənlərə görə ikiqat arta biləcəyi xəbərdarlığını edir.
Dr. Vincent Yi-Fong Su və qrupu bu maddə və xərçəng əlaqəsinin daha sonrakı tibbi araşdırmalarda təfərrüatlı olaraq öyrənilməsinin vacib olduğunu qeyd edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi