Ürək öskürəyi - Fərqi, səbəbləri

Ürək öskürəyi - Fərqi, səbəbləriÖskürəyi çoxunuz ağciyər, boğazla əlaqələndirirsiz. Ona görə rentgen çəkdirib, terapevt yanına gedirsiz. Amma ciyərlər təmiz, boğaz rahat, öskürək isə gecə-gündüz ara vermir. O zaman "ürək öskürəyindən" şübhələnmək lazımdır.
Milli.Az son zamanlar geniş yayılmış bu simptomların vaxtında aşkara çıxarılması yollarını araşdırıb.
Ürək - damar xəstəliklərində öskürək kiçik qan dövranı sisteminin həddən artıq yüklənməsi səbəbindən baş verir, daha çox sol mədəcik yetməzliyində özünü göstərir.
Ağciyərlərə qan normal miqdarda daxil olur, amma onun qovulması zəif olur, damarla dolur, ağırlıq edir,ağciyərdə yuxarı doğru təzyiq artır, bu da spazma verir. Qazların dövranı pozulur, tənəffüs sanki çətinləşir, reflektor öskürək yaradır.
Ürəkdən qaynaqlanan öskürəyi təyin etməyin yolları:
-Əvvəlcə öskürək tutmaları müəyyən hərəkət və vaxtlarda baş verir: məsələn uzanılı vəziyyətdə.
-Daha sonra öskürək intensivləşərək, quru olur
-Ağır ürək çatışmazlığında isə öskürək zamanı qan gələ bilər.
-Öskürək təkcə bəlli yaşlarda deyil, uşaqlarda da ola bilər. Daha çox anadangəlmə ürək qüsurlu uşaqlarda rast gəlinir
-Kardioloqlar bu ürək xəstəliklərində quru və intensiv öskürək ola biləcəyini bildirir: kardiomiopatiya, miokardit, perikardit, klapan çatışmazlığı, ürəyin işemik xəstəliyi, damarların sterosklerozu, yüksək təzyiq, ağciyər hipertenziya, kardioskleroz.
Amma heç öckürməyən insanda qəfildən quru, intensiv öskürəyin başlaması xəstənin infarkt olmasını və ya infartka yaxınlaşdığını da göstərə bilər.
Ürək öskürəyini çox vaxt soyuqdəymə və allergiya ilə səhv salırlar. Ona görə diaqnoz və müalicə taktikası da yanlış ola bilər. Yalnız peşəkar həkim bunu ayırd edir.
Amma onu nəzərə alın ki, ürək öskürəyi quru olur, ağciyərlərdən bəlğəm gəlmir. Bu öskürək xronikləşir, pasiyenti daim narahat edir. Öskürək dərmanları bu halda mənasızdır.
Əgər sizdə öskürəklə yanaşı sinədə yanğı, başgicəllənmə, tənəffüs çətinliyi, bədəndə damarlar genişlənmiş və göyərmişdirsə, uzanan halda, yatanda öskürək daha da şiddətlənirsə, yuxudan quru öskürəklə ayılırsızsa, o zaman siz kardioloqa görünməlisiz.
Diaqnostika üçün:
Pulmonoloq və kardioloq qəbulunda həm ağciyərlərin vəziyyəti, həm də ürək yoxlanılır. EKQ, EXO, koronoqrafiya, ağciyərlərin rentgeni təyin olunur.
Çox zaman ürək öskürəyi zamanla tənəffüs sistemini də zədələyir. Belə adamlar tez-tez qrip olur, infeksiyalara yoluxur, ağciyərlərin arveolları düzgün çalışmır, təngnəfəslik başlayır.
Ürəklə bağlı öskürək təyin olunarsa, ürəyin və qan damar sisteminin müalicəsinə başlanılır.
Xəstə qida və iş rejimini dəyişməli, lazımi mikroelement və vitaminlər qəbul etməli, siqaretdən, alkoqoldan imtina etməlidir. Açıq havada çox olmalı, yüngül fiziki hərəkətlər etməlidir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1147   Tarix: 27 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

kosmetika mehsullari gelinlikler qaşların formalari 2026 gəlinliklər ciyer qovurmasi avto qadın türk şirniyyatları kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır yemek reseptleri dolça opusme sağlamlığın sirleri