Ürək xəstələri hansı idman növlərilə məşğul olmalıdır? - Araşdırma
Ürək xəstələri hansı idman növlərilə məşğul olmalıdır? - AraşdırmaÜrək xəstələri hansı idman növlərilə məşğul olmalıdır? - Araşdırma
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, müxtəlif idman növləri ilə məşğul olmaq pasiyentin xəstəliyinə uyğun olaraq aparılmalıdır. Məsələn, müalicəsində diuretik (sidik qovucu) vasitələrdən istifadə edən xəstələr yüksək sürətli idman növləri ilə məşğul olmamalıdır.
Bəs ürək xəstələri hansı idmanla məşğul olmalıdır?
Milli.Az yenicag.az-a istinadən bu haqda olan elmi araşdırmanı təqdim edir:
1. Sürətli yerimək: Vücudumuzdakı bütün əzələləri hərəkətə gətirdiyi və ürəyin ritmini yavaş-yavaş yüksəldib, müəyyən bir tempdə saxladığı üçün bütün dünyada ən ideal və ən asan idman növüdür.
2. Üzmək: Oynaq rahatsızlığının olmaması və yer çəkiminin təsiri nəticəsində, xüsusilə də diz və çanaq kirəclənməsi olan kilolu şəxslərin də müraciət etdikləri idman növlərindən sayılır.
3. Velosiped sürmək: Aşağı ayaq əzələlərini çalışdırdığı və yağların əriməsində faydalı olduğu üçün inkişaf etmiş cəmiyyətlərdə də ən çox istifadə edilən idmandır.
4. Rəqs etmək: Ani hərəkətləri olmadığı və müəyyən bir tempdə edildiyi üçün rəqs etmək də ürək üçün faydalı məşğuliyyətlərdəndir. Lakin anidən edilən rəqs fiqurlarından uzaq durmaq lazımdır.
5. Meditasiya etmək: Nəfəs borusunu tənzimləyib, stress hormonlarını düşürdüyü üçün sağlamlıq baxımından olduqca faydalıdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür