Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Ürəyi sağlam saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏTStatistika göstərir ki, biz ürək-damar sistemi xəstəliklərinin epidemiyası dövründə yaşayırıq.
Ürək-damar sistemi xəstəlikləri xeyli "cavanlaşıb" və son vaxtlar hətta cavan insanlarda tez-tez aşkar olunur. Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölüm səbəbləri arasında qorxunc 1-ci yer tutur.
Həkimlər qeyd edir ki, ürəyi artıq xəstəlik inkişaf etdikdən sonra deyil, cavanlıqdan, uşaq yaşlardan qorumağa başlamaq lazımdır. Bu kifayət qədər asandır. Ürəyi sağlam saxlamaq üçün 5 sadə məsləhət:
- Düzgün və sağlam şəkildə qidalanın. Bu o deməkdi ki, qidalanmanız təbii qidalardan ibarət olunmalıdır. Marqarin və bu kimi süni "yağlar", kolbasa-sosis məmulatları, fast-fud qidaları, dükanlarda satılan peşenye, vafli və s. şirniyyatlar, çox duzlu, yağlı qidalar ürəyin sağlamlığı üçün ziyanlıdır.
Kardioloqlar ürəyin sağlamlığı üçün hər gün 1 ovuc qoz-fındıq (badam, püstə, keşyu, qoz), 1 diş sarımsaq,  1 tikə qara şokolad, 1 alma və 1 banan yeməyi tövsiyə edirlər.
- Hərəkətli olun. Ürək əzələdir. İstənilən əzələni tonusda saxlamaq üçün onu daim işlətmək lazımdır. Bu ürək əzələsinə də aiddir. Sağlamlığınız buna yol verirsə hər gün 20-30 dəqiqə ərzində bədən tərbiyəsi ilə, qaçışla məşğul olun, hovuzda üzün. Əgər bu mümkün deyilsə, hər gün ən azı 30 dəqiqə ərzində piyada gəzin.
- Kifayət qədər yatın və dincəlin. Sübut olunub ki, həddindən artıq çox işləyən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artır.
Yuxusuzluq, xüsusilə də xroniki yuxusuzluq, ürəyin sağlamlığına çox mənfi təsir edir.
- Ziyanlı vərdişlərdən imtina edin. Siqaret və spirtli içkilər ürək-damar sisteminə böyük zərbə vurur. Siqaret çəkmək damarların xroniki sıxılmasına səbəb olur. Bu isə müxtəlif pozulmalara gətirib çıxardır.
Spirt isə ürək əzələsinə güclü toksiki təsir edir.
- Mənfi emosiyalardan, streslərdən uzaq olun. Kardioloqlar çoxdan fikir verib ki, tez-tez mənfi emosiyaları (hirs, həsəd, kin, kədər) keçirən, pessimist insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur.  Əksinə isə pozitiv, optimist insanlarda bu xəstəliklərə daha az təsadüf edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 993   Tarix: 07 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma gelinlikler makiyaj etmek qaydalari cavanlaşdırıcı maskalar seksual fotolar feyxoanin faydalari mayalanma kosmetika dostluq vətən həsrətinə aid bayatılar sperma bayatılar novruz bayramina aid hakisdalar