Ürəyin sağlamlığını qoruyan ƏN FAYDALI QİDALAR: gündə 1 fincan...

Ürəyin sağlamlığını qoruyan ƏN FAYDALI QİDALAR: gündə 1 fincan...Mütəxəssislər bəzi qidaların damarları təmizləyərək qandakı xolesterol səviyyəsini azaltdığını və qan təzyiqini aşağı saldığını bildirir.
Milli.Az xəbər verir ki, sözügedən qidaların balanslı qəbulu ürək-damar problemləri riskini azaldır.
Lakin təkcə qidalanma ürəyin sağlam fəaliyyətini təmin edə bilməz. Bunun üçün nizamlı idman və ya məşq etmək lazımdır.
Mütəxəssislərin ürəyin sağlamlığı üçün tövsiyə etdiyi qidalar:
Fındıq: Fındıq yağ tərkiblidir. Amma bu yağ xolesterolun səviyyəsini aşağı salan doymamış yağdır. Fındıqda həm də damarları qoruyan E vitamini bol miqdarda var. Sink, lif və maqnezium bu qidanın əsas faydalarındandır.
Zeytun yağı: Doymuş yağlar yerinə, zeytun yağından istifadə etsəniz, qandakı xolesterolun miqdarı azalacaq, qan təzyiqi aşağı düşəcək.
Düyü: tərkibində bol miqdarda E və B vitaminləri var.
Pomidor: Pomidora qırmızı rəng verən likopen birləşməsi damarlarda xolesterolun yığılmasının qarşısını alır.
Soğan: sarımsaqla birlikdə ürəyin sağlamlığı üçün can-başla savaşan qidadır. Tərkibindəki maddələr xolesterolun oksidləşərək damarların divarlarına zərər verməsinin qarşısını alır.
Lobya: hər gün 1-1/2 fincan quru lobya yesəniz, qısa müddətdə qandakı xolesterolun miqdarı azalar. Damarların tıxanmasını əngəlləyir.
İspanaq: ürək xəstəlikləri və yüksək təzyiqə qarşıdır. Xolesterolun damarlara yerləşməsinin qarşısını alır. Maqnezium və kalium kimi minerallarla zəngindir.
Qreyfrut: 80 kaloriyə malik qreyfrut eyni zamanda C vitamini deposudur. Meyvənin içinə çəhrayı rəng verən maddə damarları xolesterolun təxribatından qoruyan antioksidantdır.
Yulaf: Yulaf xolesterolun bir nömrəli düşmənidir. Lif özünü xolesterola birləşdirir və onu vücuddan xaricə çıxarır. Gündə 1-1/2 fincan yulaf yesəniz, qandakı xolesterol miqdarı 20% azalar.
Çay: Əvvəllər ürək xəstələrinin çay içmələri qadağan edilirdi. İndi isə çayın ürək üçün son dərəcə faydalı olduğu iddia edilir. Çay qan laxtalanmasının qarşısını alır.
Alma: Gündə bir alma yesəniz, ürək xəstəliklərindən qorxmağınıza gərək qalmaz. Tərkibindəki vitaminlər sayəsində xolesterolun damarda yığılmasının qarşısını alır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1260   Tarix: 08 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

maskalar hamilelikde qidalanma qis geyimləri 2026 paxla cigirtmasi kartof qizartmasi hazirlanmasi sağlamlıq haqqında arıqlama pəhriz kosmetika novruz haqistalari hakista sozler qoğalın nağlı hamilelik baldiza aid hakisda