Urogenital xlamidoz - cinsi yolla keçən xəstəlik

Urogenital xlamidoz - cinsi yolla keçən xəstəlikUrogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yerlərdən birini tutur. 15-19 yaş həddində olan xəstələrin 46%-i, 20-24 yaşda isə 30%-i bu xəstəliyə yoluxurlar. Urogenital xlamidoz qadınlarda uretrit, kolpit, endoservisit, endometrit, pelvioperitonitə səbəb olur. Urogenital xlamidoz kiçik çanaq üzvlərinin iltihabi xəstəliklərinin əsas törədicisidir. Əksər hallarda uşaqlıqdankənar hamiləliklərdə urogenital xlamidoz infeksiyası aşkar edilir.
Qadın orqanizminin reproduktiv funksiyasının pozulmasında urogenital xlamidozun böyük rolu vardır. Bakı şəhərində aparılan elmi tədqiqatlar göstərmişdir ki, hamilə qadınlar arasında urogenital xlamidoz hallarına təqribən 15% rast gəlinir. Xəstəlik hallarının 70%-i simptomsuz keçir, gələcəkdə dölün, yenidoğulmuşun infeksiyalaşmasına səbəb olur.
Xlamidiya infeksiyalarının törədiciləri təbiətdə geniş yayılmışdır. Xlamidiyaların 4 növü, 3 inkişaf forması vardır. Xəstəlik törədən mikroblar həssas hüceyrələrə yapışır və endositoz yolu ilə onlara daxil olur. İlk 2 saat ərzində elementar cisimciklər petikulyar cismciklərə differensiasiya olunur. Sonra oraya qida maddələrinin daşınması güclənir, metobolik aktivlik yüksəlir. 12 saat sonra hüceyrələr bölünməyə başlayır və 48-72 saat ərzində tam inkişaf mərhələsinə çatır. Xəstəliyin yoluxucusu kəskin və xroniki formada yoluxmuş şəxsdir, inkubasiya dövrü 21-30 gündür.
KLİNİKASI: Infeksiya ocağı sidik kanalı və uşaqlıq boynu kanalıdır. Xəstəlik dizurik əlamətlərlə özünü göstərir. Xəstələrdə halsızlıq, qanaxma, qarının aşağı hissəsində ağrı olur. Xəstəlik irəliləyərsə, boru sonsuzluğuna səbəb olur.
DİAQNOZU: Uşaqlıq yolunun ifrazatının bakterioloji müayinəsinə əsasən qoyulur.
MÜALİCƏSİ: Müalicənin əsas şərtlərindən biri hər iki partnyorun eyni zamanda müalicə almasıdır. Xəstəyə tetrasiklin qrupundan olan preparatlar, göbələkəleyhinə dərman maddələri, eritromisin, psixii-fiziki sakitlik təyin edilir. Müalicə uzunmüddətli olur, antibiotiklərin çox qəbul edildiyinə görə disbakterioz əleyhinə də müalicə təyin edilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1232   Tarix: 16 fevral 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?

"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr

Gündəlik vərdişlərdə ediləcək kiçik dəyişikliklər gələcəkdə bel və boyun problemlərinin qarşısını almağa kömək edə bilər. xəbər verir ki, türkiyəli professor Turgut Akgülün sözlərinə görə, düzgün duruş onurğanın sağlam qalmasınd

.

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlamət

.

Yayda buzlu su içmək həmişə faydalıdırmı?

İsti havalarda buz kimi soyuq su içmək insanı dərhal rahatlaşdırsa da, mütəxəssislər bunun hər zaman ən yaxşı seçim olmadığını bildirirlər. xəbər verir ki, çox soyuq su susuzluq hissini tez azaldır və insanın kifayət qədə

.

Yayda ən təhlükəli spirtli içki hansıdır?

Yay aylarında bir çoxları sərinlənməyin ən təhlükəsiz yolunun soyuq pivə, sidr və ya şirin kokteyl içmək olduğunu düşünür. Güclü spirtli içkilərdən istidə uzaq durmağa çalışsalar da, az alkoqollu içkilər çox vaxt zərərsi

.

İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər

Bir sıra ölkələri əhatə edən güclü isti hava dalğası insanların səhhətinin qəfil pisləşməsinə və bəzi xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Yüksək temperatur yalnız susuzlaşma və günvurma riski yaratmır.  xarici mediay

.

Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr

Virtual oyunlar uşaqlara həm müsbət, həm də mənfi təsir göstərə bilər. Onlardan düzgün rejimdə istifadə edildikdə zehni inkişafı dəstəkləsə də, həddindən artıq oynanılması fiziki və psixoloji problemlərə səbəb ola bilər

turlar.az

toy gecesi qadin dunyasi maskalar sirin gilas hakışta xınayaxdı sözləri pirojnalar qadinlarin seksi kosmetika faydalı maskalar qurd ve quzu novruz hakıştası haxışda tərəzi bürcü