Uşağa sərbəst qidalanmağı necə öyrətmək olar?

Uşağa sərbəst qidalanmağı necə öyrətmək olar?Uşaqları qidalandırmaq çox zaman problemə çevrilir. Ələlxüsus da əlavə qidaların verilməsindən sonra daha çox şikayətlər eşidilir. Uşaqlar hər qidanı qəbul etmir, bəzən bütün qidalardan imtina edir. Onları əlavə qidalara alışdırmaq əziyyətli prosesə çevrilir, bu isə uzun zaman aparır.     
Bəs bu prosesi asanlaşdırmaq mümkündürmü? Bununla bağlı hansı metodlardan istifadə etmək lazımdır?
Milli.Az e-tibb.az-a istinadən pediatr, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Nərmin Əzizovanın məqaləsini təqdim edir:
BLW (Baby Led Weaning) metod nədir?
BLW metodu (özü-özünü qidalandırma) - əlavə qida başlanan uşağa özü-özünü qidalandırmağı öyrədən bir metoddur. Bu zaman nəzərə almaq lazımdır ki, uşağın özü-özünü yedizdirməsi üçün hazır olması və istəməsi vacib hal hesab olunur.
BLW metodundan istifadənin üstünlükləri nələrdir?
• Uşağınız qida qəbul etməyin necə əyləncəli və zövqverici bir hadisə olduğunu başa düşəcəkdir;
• Yeməkləri və ərzaqları əlləri ilə toxunaraq kəşf edəcəkdir;
• Yeməkləri dadı, qoxusu və tərkibi ilə öyrənəcəkdir;
• Uşağınızın özünə inamı artacaqdır;
• Ölçü, forma, ağırlıq, quruluş, toxunma kimi anlayışları bu yolla daha yaxşı öyrənə biləcəkdir;
• Əl bacarıqlarını və əl-göz koordinasiyasını inkişaf etdirəcəkdir. Bu bacarıqlar sonrakı dövrdə uşağın yazmaq, şəkil çəkmək kimi incə motor hərəkətlərin yerinə yetirməsinə kömək edəcəkdir;  
• Ana südü ilə qidalanan uşağınız əlavə qidaya başladığı dövürdə bu metoddan istifadə edərək çeynəmə hərəkətlərini təkmilləşdirəcəkdir;  
• Uşaq ailə yeməklərində iştirak edəcəkdir və sosial mühitdə davranışları öyrənəckdir;
• İştahını kontrol etməyi öyrənəckdir. Bu zaman o məcbur olduğu qədər deyil, ehtiyac hiss etdiyi qədər yeyəcəkdir;
• Daha yaxşı qidalanacaqdır və sağlamlığına müsbət təsir göstərəcəkdir;
• Maddi cəhətdən sərfəli metoddur. Çünki, ailə nə yeyirsə uşaq da onu yeyəcəkdir. Sadəcə olaraq bu zaman uşağın ayına uyğun olan qidaların verilməsi vacibdir.
BLW metodunun mənfi tərəfləri varmı?
BLW metodunun yeganə mənfi odur ki, uşağınız yeməkləri əlinə alacaqdır, onları əlində yoğuracaq, ağzına aparacaq, ağzından çıxaracaq, yerə atacaq və s. Əlbəttə ki, bunlar hamısı ətrafı çirkləndirəcək, dağıdacaqdır. Amma, bilin ki, uşağınız bunu edərək tədricən yemək yeməyi öyrənəcəkdir.
Uşağınızın özü-özünü yedizdirməyə hazır olduğunu necə başa düşək?
Uşağınız 6 aylıq olduğu dövrdə əlavə qidalara başlayır və uşağınızda aşağıdakı əlamətlər varsa uşağınızın BLW metoduna hazır olduğunu göstərir:
• Körpəniz çox az dəstək alaraq və ya dəstəksiz otura bilirsə;
Ən əsas əlamət isə hər hansı bir qidanı özü əlinə alaraq yeməyə başlamasıdır.
Xüsusən uşaqlar 9-cu aydan etibarən əl koordinasiyaları inkişaf edərək əl hərəkətlərini daha rahat edə bilərlər.
BLW metodunu istifadə edən valideynlər əsas aşağıdakılara diqqət etməlidirlər:
• Uşaq dik və rahat oturmalıdır;
• Yemək saatlarında uşaq çox ac, narahat, yorğun və ya yuxulu olmamalıdır;
• Əsas məqsəd doymaq və ya kifayət qədər yemək yemək deyildir. Ona görə də uşağı bu metoda məcbur etmək və ya təzyiq göstərmək olmaz;
• Uzun doğranmış yeməklərin əllə tutulması daha asandır. Ona görə də ilk dövrlərdə qidalar təqribən 5 sm uzunluğunda kəsilərək verilməlidir;
• Uşağın əlinə verilən qidalar çox yumşaq və ya sərt olmamalıdır;
• Burada məqsəd uşağına yemək vermək deyil onu təqdim etməkdir.  Ona görə də yemək qaba qoyularaq verilməlidir;
• Uşağın öyrənməsinə kömək etmək üçün siz də onunla birgə qida qəbul etməli və ya simulasiya etməlisiniz;
• Yeməyini qurtardıqdan sonra uşağın yeməyi ağzında saxlamadığını yoxlayıb nəzarət edin;
• Yeməklərin çox dağılmaması üçün uşağın yemək stulunun altına böyük bir örtük sərsəniz sizə daha asan olacaqdır;  
• Uşağı qətiyyən tək qoymamalısınız. Çünki, boğazına yemək qaça bilər və s.;
• Uşağınız əvvəlcə əli ilə, qaşıq və çəngəllə yeməyə başlayacaqdır. Bu dövrdə səbirli olmaq lazımdır. Çünki, qaşıq və çəngəllə yeməyi öyrənmək daha uzun vaxt alacaqdır.
BLW metodunda hansı yeməklərə (qidalara) üstünlük verilməlidir?
• BLW metodunda başlanğıc yeməklər: buxarda bişən kök, kartof, brokoli kimi tərəvəz və alma, armud kimi meyvələrdir;
• Başlanğıc dövrdə uşağın sevdiyi tərəvəzlərə və meyvələrə üstünlük verməyə çalışın;  
• Bananı kəsib verə bilərsiniz;
• Tumlu meyvələrin tumunu çıxarmamış verməməlisiniz;
• Sup və ya püre kimi yeməklər olduqda isə çalışın kənarına buxarda bişmiş kök və s. qoyasız ki, uşaq onu əlinə alıb yeyə bilsin.  
Əgər uşağınız bu metoda uyğunlaşması vaxt alırsa, qarşısına qoyulan yeməkləri yerə atırsa və ehtiyac olan qidanı almırsa onda uşağına əllə verilən yeməkləri dayandırmadan pürə şəklində də qidaları verməyə davam edin. Amma, bu dövrü öyrəşkənlik halına gətirməyin.
Bu metodu yoxlayan anaların əksəriyyəti uşaqların yemək seçmədiyini və qabaqlarına qoyulan hər şeyi yediklərini deyirlər. Əlbəttə hər körpədə bu fərqli ola bilər. Amma, uşağınızın yemək seçməyən fərd olması üçün ilk addım olaraq BLW metodunu yoxlaya bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1752   Tarix: 14 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

qadin dunyasi hamiləlik geyim seçimi kök suyu otaq dizaynlari ariqlamaq ucun kofe psixologiya kosmetika vetene aid bayati kley lekesi qardasa aid haxistalar gəncə sevda