Uşağın məktəbə psixoloji hazırlığı

Uşağın məktəbə psixoloji hazırlığıUşaqda qavrayışın, diqqətin, təxəyyülün, hafizə, təfəkkür və nitqin inkişafı ilə yanaşı onun müxtəlif fəaliyyət növlərini, xüsusilə təlim fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirməsi üçün bir sıra keyfiyyətlərə yiyələnməsi zəruridir.

Həmin tələblərə aşağıdakıları aid etmək olar: uşağın ümumi fiziki inkişafı, kifayət qədər bilik ehtiyatına malik olması, özünəxidmət "məişət" vərdişlərinə yiyələnməsi, ünsiyyətə girə bilmək bacarığı, mədəni davranış, sadə əmək vərdişlərinə, nitqə, əsas psixi funksiyaların zəruri inkişaf səviyyəsinə, koqnitiv və əqli inkişaf səviyyəsinə yiyə­­lənmək, əməkdaşlıq etməyi bacarmaq, davranışın ixti­ya­­riliyi, oxumağa arzu və maraq.
Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s. kimi əsas psixi funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur.
Bəs məktəbə psixoloji hazırlıq üçün bütün bu qeyd olunanların inkişaf səviyyəsi necə olmalıdır?

Burada birinci növbədə sensor (duyğu və qavrayışın) inkişafının müvafiq səviyyədə olması zəruridir. Uşağın qavrayışının seçiciliyi, mənalılığı, predmetliliyi lazımi səviyyədə olmalıdır. Məktəbə daxil olan uşaq cisimlərin və onların xassələrinin identikliyini müəyyənləşdirməyi bacar­­malıdır. Uşaq rəngləri, cisimlərin forma və həcmini fərq­­ləndirməyi bacarmalıdır. Təcrübə göstərir ki, çox vaxt məktəbə daxil olan uşaqlarda bu cür bacarıq, başqa sözlə, qavradıqları cisimləri məqsədəuyğun təhlil və fərqləndirmə bacarığı formalaşmadığına görə təlimdə ciddi çətinliklərlə qarşılaşırlar. Ona görə də təlim fəaliyyəti prosesində uşaqlarda həmin bacarıqları formalaşdırmaq, onları müşa­hidə etməyə alışdırmaq zəruridir. Uşağın qavrayışının seçiciliyi, mənalılığı, predmetliliyi lazımi səviyyədə olma­lıdır.

Məktəbə daxil olan vaxt uşağın diqqəti artıq ixtiyari xarakter daşımalı, onun həcmi, davamlılığı, paylanması və keçirilməsi kifayət qədər inkişaf etməlidir. Altı yaşlı uşaq yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir işlə məşğul ola bilər ki, həmin iş onu maraqlandırsın, özünə cəlb etsin. Lakin bu yaş dövründə uşaqda ixtiyari diqqət hələ o səviyyədə formalaşmamışdır ki, onun üçün maraqlı olmayan bir cismin və ya hadisənin üzərində mərkəzləşməsini təmin etsin. Təlim fəaliyyəti isə ixtiyari diqqət olmadan keçə bilməz. Burada çox vaxt maraqlı olmayan, lakin zəruri tapşırıqları da yerinə yetirmək tələb olunur. Ona görə də təlimin ilk günlərindən müəllim şagirdlərdə ixtiyari diqqətin planlı şəkildə formalaş­dırıl­masına fikir verməlidir.

Altı yaşlı uşağın hafizəsini də diqqətində olduğu kimi səciyyələndirmək lazım gəlir. Uşaq öz parlaqlığı, qeyri adiliyi ilə diqqətini cəlb edən cisim və hadisələri asan və tez yadda saxlayır. Bu o deməkdir ki, bu dövrdə qeyri-ixtiyari hafizə üstünlük təşkil edir. Təlim fəaliyyətində isə ixtiyari hafizəyə istinad olunması zəruridir. Məhz buna görə də məktəbə təzəcə daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris proqramını yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xarakter daşımaqla, uşaq yaddasax­lamanın səmərəli yollarından istifadə etməyi bacarmalıdır. Lakin təcrübə göstərir ki, uşaqlarla xüsusi şəkildə iş aparıl­madıqda bu cür bacarıqlar çətin formalaşır.
Məktəbə təzəcə daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris proqramını yax­şı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xarak­ter daşımaqla, uşaq yaddasaxlamanın sadə səmərəli yollarından istifadə etməyi bacar­malıdır.

Məktəbə daxil olarkən uşağın təxəyyülü də in­kişaf etməlidir. Xüsusilə uşaqlarda təsvir əsasın­da təxəyyül surətləri yaratmaq bacarığı, başqa sözlə, bərpaedici təxəyyül müvafiq səviyyədə olmalıdır.

Uşağın məktəbə psixoloji hazırlığı üçün tə­fəkkürüninkişafı xüsusi əhəmiyyətə malikdir. Mək­təbə yeni gələn uşaqlarda təfəkkürün əyani-əməli, əyani-obrazlı və sözlü məntiqi növ­­lərinin hər üçü lazımi səviyyədə inkişaf etməlidir. Bu dövrdə uşaq­larda təfəkkürün prosesləri də müvafiq səviyyədə in­kişaf etməlidir. Uşaqlar öz idrak obyektlərinə tən­qidi yanaşmağı və müstəqil fikirləşməyi bacarma­lıdırlar.

Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikrini ifadə edə bilsin. Uşağın nitqindəki qüsurlar onun təlim fəaliyyətini çətinləşdirir.
Uşaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatının olması da məktəbə psixoloji hazırlı­ğın əsas şərtlərindəndir. Bununla yanaşı olaraq uşaqlarda təlim motivi kimi müvəffəqiyyət qazan­mağa tələbat, müvafiq özünüqiymətləndirmə və iddia səviyyəsinin inkişafı da zəruridir.
Məktəbə təzəcə gələn uşaq tamamilə yeni mühitə, yeni əhatə dairəsinə daxil olur. Ona görə də burada uşağın düşdüyü yeni mühitdə həmyaşıdları və böyüklərlə ünsiy­­yətə girə bilmək bacarığına yiyələnməsi də zəruridir.

Bütün bunlarla yanaşı uşaqlarda müvafiq qabiliyyət­lərin və xarakter əlamətlərinin inkişafı da məktəbə psixoloji hazırlıq üçün əsas şərtlərdən hesab olunur.

Bağça yaşlı uşaqların psixoloji xüsusiyyətləri (3-6 yaş)

APARICI FƏALİYYƏT – OYUN, insanların davranış və fəaliyyət normalarının mənimsənilməsi
-3-4 yaş – özünütəsdiq; reaksiyaları: sözə qulaq asmamaq, tərslik, neqativizm, höcətlik, "böyükləri məcbur etmək" ("mən özüm", "mən özüm bilirəm", özünü öymə)
TƏKBAŞINA OYUN (əşyavi, quraşdırma, süjetli-rollu oyunlar)
-5-6 yaş – böyüklərə münasibətin ahəngdarlığı, uşaqlara mü­nasibətin inkişafı, uşaqlarla birgə oyun (qaydalı, süjetli-rollu oyunlar), uşaqlar arasında liderlik və tabeçilik münasibətinin formalaşması, "yarış xarakterli oyunlar".
-Quraşdırma oyunlarının inkişafı, PRAKTİK TƏFƏKKÜ­RÜN inkişafı.
Rəsm qabiliyyətinin, musiqi qabiliyyətinin (musiqini başa düşmək, oxumaq, oynamaq) inkişafı, yaradıcılığın inkişafı.
-Təfəkkürün EQOSENTRİZMİ.
-Qavrayışın inkişafı (perseptiv işlərin, perseptiv etoalonların mənimsənilməsi), diqqətin, hafizənin qeyri-ixtiyaridən ixtiyariyə doğru inkişafı, iradənin inkişafı.
-Hər şeylə maraqlanmaq (4-5 yaşında "bu nədir?")
-Təxəyyülün inkişafı (reproduktiv formadan yaradıcıya doğru).
-Başqa adamlarla dialoji nitqin və eqosentrik nitqin inkişafı, daxili nitqə keçid.
-Məfhumların inkişafı (3-5 yaşlarında sözlər cisim və hadisələri əvəz edən yerlik kimi, 6-7 yaşlarında sözlərin əşyaların mühüm əlamətini bildirməsi – konkret məfhumlar).
-Təfəkkürün əməliyyataqədərki səviyyədə (Piaje) inkişafı, təd­ricən əməliyyat səviyyəsinə keçid.
-Cins üzvlərinə, uşaqların doğulmasına maraq:
a)psixoseksual inkişafın fallik mərhələsi (3-4 yaşda);
b)Edip kompleksinin formalaşması və qarşısının alınması.
-Təşəbbüskarlığın, məqsədəyönəlişliyin, fəallığın formalaşması, müstəqilliyin, neqativ inkişaf gedişində passivliyin, yamsılamağa meylin formalaşması
-Məktəbə hazırlığın formalaşması.

Ailə və Uşaq     Baxılıb: 14843   Tarix: 13 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

turlar.az

aksessuarlar sac duzumleri geyim seçimi qadinlarda cinsi isteksizlik geyim şəkilləri permanent makiyaj kətə kosmetika gözellik haxisdalar rus dilini öyrənək novruz bayramına aid hakıştalar yuxuda qara ilan gormek