Uşağınız sizdən intiqam alır? – VALİDEYNLƏRİN MENYUSUNA

Uşağınız sizdən intiqam alır? – VALİDEYNLƏRİN MENYUSUNAUşağınız narahat olduğunuzu bildiyi halda, bəzi hərəkətlərindən əl çəkmir? Və ya siz narahat olduqca və ya hirsləndikcə o özünü "daha xoşbəxt" hiss edir? Elə isə uşağınız sizdən istər şüurlu, istərsə də şüuraltı olaraq intiqam ala bilər?..

İntiqam axtarışında olan uşaqlar sevilmədiklərinə inanırlar və təbii olaraq, validleynləri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu uşaqlar özlərini incidilmiş kimi hiss etdikləri üçün qarşı tərəfi də incitmək istəyilər. Belə uşaqlar, xüsusilə, valideynlərinin narahat olduqları hərəkətlərə yol verirlər. Məsələn, valideynlərinin narahat olduqlarını bildikləri halda, yemək yemirlər və ya valideynlərinin narahat olduqlarını bildikləri halda, paltar geymirlər və s.

Təbii ki, bu cür hərəkətlərə yol verərkən uşaqlar "Mən intiqam alıram" deyə düşünmürlər. Ancaq daxili dünyalarında formalaşan nifrət hissi onlara bu cür hərəkətlərə yol verməyə imkan verir. Ona görə də, valideynlər belə hallarda təmkinli olmalı və uşaqlarının bu hərəkətlərə necə hərəkət etmək lazım olduğunu bilmədikləri üçün yol verdiklərini bilməlidirlər.

Digər tərəfdən, valideynlər intiqam axtarışında olan uşaqlara qarşı heç cür sərt münasibət göstərməməlidirlər. Çünki onlar bu cür münasibətlərlə həm uşaqlarında inadkarlığa, həm də valideyn və uşaq arasındakı ünsiyyətiin pozulmasına səbəb ola bilərlər. Buna görə də, valideynin ilk məqsədi uşağı ilə arasındakı ünsiyyəti bərpa etmək olmalı və əgər mümkünsə, işə səmimi bir söhbətlə başlamalıdır.

Ünsiyyət bərpa olduqdan sonra intiqam əlaməti olan mənfi hərəkətlər də, təbii olaraq, aradan qalxacaq. Bir sözlə, valideynlər uşaqlarını diqqətlə müşahidə etməli, intiqam məqsədi daşıyıb-daşımadıqlarını anlamağa çalışmalı, sonra da istər qayğılarını, istərsə də sevgilərini ondan əskik etməməlidirlər…

Ailə və Uşaq     Baxılıb: 2072   Tarix: 25 sentyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

qadin dunyasi kosmetoloq geyim və ayaqqabılar toyuqlar haqqinda tort reseptleri xorionik qonadotropin kabab reseptləri kosmetika novruz bayramı klitor kökəlmək üçün gunay opusme