Uşaq psixologiyası

Uşaq psixologiyasıUşaq və yeniyetmə psixologiyasına dair ən çox soruşulan 5 sualın cavabı:

Həyatımızın bütün sahələrində psixologiya bizə lazımdır. İnsanlarda psixologiyanın formalaşması, insan həyatında rolu, həyatımızda baş verəcək hadisələrdəki rolu, uşaqlarda psixologiyanın formalaşması dövründə, onların psixikasını necı və nələrdən qorumaq lazım olduğunu, məktəbdə və evdə nəyə diqqət yetirmək lazım olduğunu, küçədə olarkən uşaqların davranışlarına necə fikir vermək lazım olduğunu, sahibsiz küçə uşaqlarının formalaşması necə gedir, uşaqların gələcəkdə qorxaq, kompleksli və yaxud əksinə kortəbii fanatik, terrprçu, monyak, qatil, zorakı olmalarında psixoloji faktorların yeri, həmçinin digər vacib məqamlara psixoloqumuz aydınlıq gətirəcək.

Sual 1: Uşaq psixologiyası nə zamandan etibarən formalaşır?

Cavab: Əvvəla qeyd edim ki, uşağın gələcəkdə kim və necə bir insan olmasının təməli hələ onun ana bətnində olduğu zamandan başlayır. Ana bətnində və doğulandan sonra uşağın ətrafında baş verənlər, danışılan sözlər onun şüuraltına yazılır. Uşaq doğulduğu andan cəmiyyətin bir üzvünə çevrilir. Ona bu cür yanaşmaq lazımdır.Yoxsa ona qarşı "Bu körpədir, heç nə başa düşmür" və bu kimi sözlər deyib yanaşmaq düz deyil. Məhşur psixoloq Edissonun yanına günlərin bir günü bir nəfər gəlib uşağının tərbiyəsi ilə bağlı məsləhət istəyir. Edisson uşağın yaşını soruşur. Cavabında həmin adam deyir ki, uşaq 7 gündür doğulur. Psixoloq ona "Siz 7 gün gecikmisiniz" – deyir. Burda müəyyən həqiqət var. Uşaq doğulduğu andan ətraf aləmlə birbaşa qarşılıqlı münasibətdə olur. Onun psixikasına ətraf aləm yaxşı və ya pis təsir edə bilir. Uşağın yanında hər sözü danışmaq olmaz. Hər şey uşağın şüuraltında öz əksini tapır. Uşağın tərbiyəsində elə üsullardan istifadə etmək lazımdır ki, o travmatik təsirlərdən uzaq olsun. Valideynlərin davranışı, özündən böyüklərin onunla davranışı xüsusi diqqət və ehtiyatlılıq tələb edir. Körpə uşaq daim nəvaziş görməlidir. Şərt deyil ki, o gözəl-göyçək olsun. Başa düşüb düşməməyindən asılı olmayaraq həssas yanaşmaq lazımdır. Düzgün inkişafını formalaşdırmaq üçün uşağı ancaq müsbət proqramlaşdırmaq lazımdır. Ağıllı olmağını ona təlqin eləmək lazımdır. İnsan üçün müsbət saydığımız bütün keyfiyyətləri uşağın beyninə, şüuruna, şüuraltina yeritmək lazımdır. Bununla biz onun gələcəyini proqramlaşdırırıq. Uşağa axmaq, qorxaq və digər yarıtmaz sözlərlə çağırmaq olmaz. Britaniyanın baş naziri Uinston Çörçilin anası uşaqlıqdan həmişə ona qulluq edəndə deyirdi "Mən Böyük Britaniyanın baş nazirinə qulluq edirəm.Yəni onu məktəbə aparanda, çimizdirəndə, yedirdəndə "Oğlum sən baş nazir olacaqsan" deyirdi. Hərçənd uşaqlıqda Çörçil yöndəmsiz uşaq olub.Yəni proqramlaşma çox önəmlidir. Bu bir məsələ. Digər maraqlı məsələyə də toxunaq. Uşaq baxçaya gedəndə tanımadığı uşaqlarla ünsiyyətdə olmağa başlayır. Bu dövrdə xüsusilə diqqətli olmaq lazımdır ki, uşaqda eqoizm hissləri baş qaldırmasın. Buna baxça müəllimlərindən savayı valideynləri diqqət yetirməlidir. Uşağı ətrafdakı həmyaşıdları və digərlərinə qarşı insani münasibət ruhunda formalaşdırmaq lazımdır. Çox valideyn deyyir ki, oğlum gördün biri səni itələyir vur ağzını dağıt. Mən arxandayam. Buna yol vermək olmaz. Bu sözlər uşağın gələcəyini korlaya bilər.....

Sual 2: Kompüter və internetə həddən artıq aludəçilik uşaqlara necə ziyan vurur?

Cavab: Hazırda informasiya texnologiyaları geniş vüsət alıb. Az qala hər ailədə kompüter var.Və yaxud kompüterli oyunlar var. Uşaqlar erkən yaşdan kompüterlə ünsiyyətə başlayırlar. Kompüter uşaqların potensialini formalaşdırmaq, onların inkişafı üçün çox faydalıdır. Digər tərəfdən son dərəcə ziyanlı mənfi tərəfləri də var. Əvvəla hamı bilir ki, kompüter də daxil olmaqla elektriklə işləyən texnikalar elektromaqnit şüalanmasına məruz qoyur. Elektromaqnit şüalanması uşaqlara yaşlı adamlardan daha çox mənfi təsir edir. Çünki uşağın enerji sistemi hələ formalaşmayıb. Aurası möhkəm deyil. Kompüterlər uşağın aurasını, enerji sistemini çox tez zədələyə bilir. Onu əcaib deformasiyaya uğrada bilər. Məsələnin digər tərəfi də var. Kompüterin qarşısında uzun müddət yöndəmsiz, əyri formalarda otururlar. Bu da uşaqların onurğa sistemində deformasiyaların əmələ gəlməsinə yol açır. 3-cü məsələ kompüterdən alınan informasiyalarla bağlıdır. Valideynlər çalışmalıdırlar ki, uşaqların kompüter oyunlarında pozitiv, xeyirli şeylər olsun. Dəhşət və zorakılıq, ölüm, qan, terror səhnələri ilə dolu olan kompüter oyunlarına, habelə filmlərə, cizgi filmlərinə icazə vermək olmaz. Çünki bunlar uşağı akumulyasiya edir. Şüraltında getdikcə toplanmağa başlayır. Bu kimi şeylər uşağın qətllər, cinayətlər, ağlasığmayan zorakılıqlar törətmələrində rol oynayır. Dəhşətli səhnələri uşaq təkcə film və oyun kimi seyr eləmir. Özünü həmin hadisələrin içində görür, o həyacanları keçirir. Bu da şüuraltında özünə yer tutur. Həmin zorakı obrazlar şüuraltında yatır. Belə şeylərə baxan uşağın ətrafında üstəlik haqsızlıqlar, zorakılıq da baş verəndə filmlərdə, kompüter oyunlarında gördüyü vəhşi, zorakı obrazlara şüuraltında haqq qazandırır. Böyüdükcə güc tətbiq etmə, vəhşilik səhnələri onun içindən keçir.Yeri gəldikcə özündə vəhşilik etmə istəyinə haqq qazandırır, vəhşilik etmək gücünü özündə istəyir. Gələcəkdə müəyyən bir situasiyada bu istək çox asanlıqla onda baş qaldıra bilər. Bunlar cinayətkarlıq, narkomaniya, residivizm və sairənin çoxaalmasına səbəb yaradır.
Bundan əlavə kompüter uşaqların kompüter monyakı kimi böyüdə bilər. Kompüterdə saatlarla oturduqca süursuzlaşa, keyləşə bilir.

Sual 3: Valideynlər çox vaxt hiper aktiv, həddən artıq dəcəl uşaqlardan gileylənirlər. Onların "İpini necə yığmağın" yollarını bilmirlər. Dəcəl uşaqlar yeniyetmə çağına çatanda daha da dözülməz ola bilir.

Cavab: Çox dəcəl və hiper aktiv uşaqların, yeniyetmələrin enerjisini müvafiq idman növünə yönəltmək lazımdır. Elə uşaqlar olur ki, evdə, ətrafda hər şeyi vurub dağıdır, qırır, digər uşaqları incidir və sairə. Hər uşağın sevib-seçdiyi bir idman növü olur. Onu aktiv idman növünə yönəltmək lazımdır ki, çox hərəkət eləsin, enerjisi çıxsın. Və idmanda onu fərəhləndirmək, həvəsləndirmək lazımdır. İdmanın növünü də düzgün seçmək lazımdır. Hiper aktiv uşaq şüuraltı olaraq özünü təsdiq etmək üçün vasitələr axtarır. Bu da şuluq hərəkətlərdə özünü göstərir. Hiper aktiv uşağı şahmat, dama seksiyasına qoyma gülüncdür. Belələrini üzgücülüyə, həndbola, voleybola, yüngül atletikanın müxtəlif növlərinə və sağlamlığa əla təsir edən digər sahələrə qoymaq olar. Xüsusi həvəsi olanları atçılıq idmanına qoymaq da olar. İdman gimnastikası da çox enerji tələb edən idman növüdür. Hiper aktiv uşaq sevdiyi idman növü ilə məşğul olursa, enerjisini buna sərf edirsə, getdikcə onun ziyanlı tərəfləri itib batacaq.Yəni uşaq özünü orda tapacaq.

Sual 4: Yeniyetməlik psixologiyasının müxtəlif dözülməzlikləri var. Bir çox yeniyetmələr keçid dövrünü çətin keçirirlər. Valideynləri bundan çox üzüntü keçirir...

Cavab: Yeniyetmələrın adətən evdəki həyatı ilə evdən kənardakı həyatı çox fərqlənir. Evdən kənarda nə qədər özünü sərbəst hiss edirsə ona belə rahat olur. Filmlərdəki sevgi səhnələri onun şüurunda iz buraxır. O hissləri özündə yaşamaq, təkrarlamaq istəyir. Bədəndə gedən hormonal dəyişikliklər və onun şüurunda, şüuraltında iz buraxan təsirlərdən yaranan obrazlar yeniyetmələri yersiz-yaramaz, ailə üçün dozülməz hərəkətlər etməyə sövq eliyə bilir. Bəs bunun həlli yolu nədir? Qız uşağı anasıyla, oğlan uşağı isə atasıyla müəyyən mövzuları bölüşməyə, danışmağa adət eləməlidir. Onlarla valideynlər arasında qapalılıq düz deyil. Pərdə lazımdır. Lakin biz azərbaycanlılar bu pərdəni keçilməz "dəmir pərdə" kimi qavrayırlar. Pərdə yumşaqdır. İstənilən vaxt onu kənara çəkib övladının əlindən tutub keçid dövründə ona yardımçı olmaq lazımdır. Hər şeyin bir üsulu var. Dərinə getmədən müəyyən mövzuları, o cümlədən cinsi söhbətləri, cinsi yetişkənliklə əlaqədar söhbət aparmaq lazımdır. Cinsi meyllərin daha çox ziyan gətirə biləcək tərəflərini başa salmaq lazımdır. Oğlan uşaqlarına təhlükəli infeksiyalar , zöhrəvi xəstəliklərin, hepatitlərin cinsi yolla keçdiyini, təhlükə mənbəyi olduğunu başa salmaq lazımdır. Düşüncəsiz addımların nəticələrini bildirmək vacibdir.Cinsəl maraqlar barədə səthi olan informasiyaları valideyn gerçək dərinliklərlə zənginləşdirməlidir. Cinsəl maraqlar yeniyetmənin təkcə xəstələnməsi ilə yanaşı psixikasına da zərərli təsir edə bilər. Həmçinin analar qızlarına cinsi yetişkənlik barədə izah eləməlidirlər. Çox vaxt qızlar ilk aybaşından qorxur, həyacanlanırlar. Rəfiqələrinə deyirlər. Xoflanırlar, təhlükəli bir şey kimi başa düşürlər. Bunu asan keçirmələri üçün anası başa salmalıdır. İzah etməlidir ki, qızım artıq sən uşaq deyilsən, böyüyürsən, yeniyetməlik dövrün başlanır. Gələcəkdə ana olmağa hazırlıq dövrün başlayır. Yeri gəldikcə anası qızlarının cinsi inkişafına nəzarət eləməlidir. Qapalı mövzu olduğuna görə bəzən qızlar yeniyetməlikdə xəstəliklər keçirəndə bunu gizlədir, utanırlar. Qadağan olunmuş mövzu hesab elədiklərinə görə baş verənləri anası ilə bölüşmür. Halbuki erkən çağlarda, yeniyetməlik yaşında keçirilən xəstəliklər gələcəkdə sonsuzluğa səbəb ola bilər. Bunu önləməyin ən yaxşı yolu ana ilə qızının arasında dostluğun olmasıdır.

Sual 5: Bir çox imkanlı valideynlər şikayət edir ki, uşağımız evdə hər cür naz-nemət görsə də kasıb uşalarla yoldaşlıq edir, çətin şəraitdə yaşamaq istəyir. Sanki macəra axtarır. Bunu necə izah etmək olar.Və valideyinlərə necə kömək etmek olar?

Cavab: Əvvəla qeyd edim ki, hər bir valideyn nə qədər zəngin olsa da onun davranışında özünü göstərir. Zəngin valideyn öz kasıb qonşusunu səmimi qarşılıqlı olursa, evdə belələri haqda dedi-qodu eləmirsə övlad belə imkansız və kasıb "kruqlara" girməyə cəhd etməz. Maraq bürüməz onu. Həm də onlardan uzaqlaşmaz da. Ailədə böyüklərin münasibəti uşaqların münasibətlərini müəyyənləşdirir. İmkanlı valideynin kasıblara qarşı münasibəti düzgün olsa onun uşaqları üçün belə kasıb, çətin, əziyyətli yerlər və yoldaşlar romantizm mənbəyi olmayacaq. Varlı uşaqlarında adətən kasıbçılıq haqda maraq və ya kompleks olur. Deyirlər görəsən kasıbların həyatı necə olur.
Kasıblarla varlılar arasında uzaq məsafə saxlamaq məqbul deyil.yeri gəlsə valideyn uşağını arada bir kasıb uşağı ilə yedirtməlidir. Və ya onlar bir yerdə oynayanda varlı valideyn onları ayırmağa tələsməməlidir. Düzdür mənəviyyatı pozğun insanlar zəngin ailələr də olur kasıblarda böyüyə bilər. Hansısa xarakter kasıbda və varlıda da ola bilər. Belə hökm yoxdur. Valideyn düzgün yanaşma tərzi seçməlidir. Valideyn övladında eqoizm hisslərinin yaranmasına da imkan verməməlidir. Yoxsa çox vaxt imkanlı ailələrin uşaqlarında natamamlıq hissi, kompleksi olur. Ya da ki natamamlıq duyğusu onda qeyri-adi mühitə, şəraitə maraq oyadır. Uşaqlara çoxlu pul vermək düz deyil. Yoxsa uşaq başqa meyllərə düşəcək. Əgər valideyn məktəbə gedən uşağına 1 manat verirsə və məktəbdəkilərin də cibində 1 manatı varsa o uşaq gedib hansısa kasıbın evində və ya yataqxanada qalmaq marağında olmayacaq. Çətinliyi varlı uşaqları da görməlidirlər ki, başqa yerlərdə macəra, romantizm axtarmasın. Özünü tamamlasın. Belə olanda asıblıq hissini varlı uşağı yaşamış olur.

Ailə və Uşaq     Baxılıb: 5319   Tarix: 24 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

sonxeber.az həkim məsləhəti aksessuarlar qaşların formalari nermin ibrahimova doğuşa hazırlıq yay koftalari faydalı məsləhətlər sevgi dolça pizza faydalı maskalar vətən haqqında bayatılar