Uşaq pudrasının zərərləri: İstifadə edərkən DİQQƏTLİ OLUN!

Uşaq pudrasının zərərləri: İstifadə edərkən DİQQƏTLİ OLUN!Uşaq pudrası anaların ən yaxın köməkçisidir. Onlar körpələrinin həssas dərisini qorumaq üçün adətən bu vasitələrdən istifadə edirlər.

Türkiyə mətbuatında yer alan məlumatlarda bildirilir ki, mütəxəssislər ölkə daxilində satışa çıxarılan 21 fərqli körpə tozunu araşdırıblar. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi, Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 5 markada "müəyyən kanserogen" olaraq təyin olunan "asbest" maddəsinə rast gəliblər. Məlum olub ki, bəzən şüursuzca istifadə edilən uşaq tozları yeniyetmələrdə və körpələrdə illər sonra ölümcül xəstəliklərə səbəb ola bilər.

Uşaq tozunun zərərləri nələrdir?
Uşaq pudrası ənənəvi olaraq körpələrdə uşaq bezinin yaratdığı səpkilərin qarşısını alır və dərilərinin yumşaq olmasını təmin edir. Səpki, körpələrdə ən çox rast gəlinən dəri problemidir. Buna görə də analar səpki problemi üçün bir neçə metodlardan istifadə edirlər, toz da onlardan biridir.

Eyni zamanda, körpə tozu gözəllik sahəsində istifadə edilən çox təsirli bir məhsuldur. Mütəxəssislər buna qətiyyətlə "yox" deyir. Çünki bu maddə əslində bədəndəki nəmi çəkərək içinə hopur. Bu da dərinin qurumasına gətirirb çıxarır və daha çox səpkiyə səbəb olur. Pudra toz halında olduğuna görə tökülərkən ağciyərlərdəki alveollara enə bilər. Bu da ağciyərə yad bir cisim olaraq təsir göstərər.

Uşaq pudrası boyun, qoltuqaltı, cinsiyyət bölgəsi və qırışların altına yığılır. Nəticədə bu bölgələrdə ikinci infeksiyaların yerləşməsinə səbəb ola bilər.

Uşaq tozunda olan asbest ağciyər xərçənginə səbəb olur. Bu səbəbdən bəzi ölkələrdə, xüsusən Amerikada uşaq tozunun istifadəsi qadağan edilib.

Uşaq tozunun toz hissəcikləri sidik-cinsiyyət sistemindən keçərək yumurtalıqlarda yerləşə bilər. Araşdırmalara görə, cinsiyyət orqanlarında tez-tez istifadə olunan körpə tozu yumurtalıq şişlərinə səbəb olur.

Təbii uşaq pudrasını necə hazırlamaq olar?
Bunun üçün bizə yarım stəkan qarğıdalı nişastası, 5-6 damla çobanyastığı yağı lazım olacaq. Nişastanı bir şüşə qaba qoyun. Daha sonra nişastanın üzərinə bir neçə damla çobanyastığı yağı tökün. Onları yaxşı qarışdırın. Əldə etdiyiniz bu tozu körpənizə könül rahatlığı ilə istifadə edə bilərsiniz.

Ailə və Uşaq     Baxılıb: 2651   Tarix: 25 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

qadin dunyasi kosmetoloq geyim və ayaqqabılar toyuqlar haqqinda tort reseptleri xorionik qonadotropin kabab reseptləri kosmetika novruz bayramı klitor kökəlmək üçün gunay opusme