Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləriBəzi uşaqlar az-az hallarda xəstələnir və xəstələndikdən sonra da sağlamlıqlarını tez bir zamanda bərpa edirlər. Digərləri isə asanlıqla bir xəstəlikdən digərinə "keçir" və bunun sonu görünmür.

Bunun səbəbi isə uşaq immunitetinin vəziyyətindən asılıdır. Doğulduğu ilk günlərdən uşağın immunitetinin qayğısına qalmaq valideynlərin əsas vəzifələrindən biridir. Uşağın həyatının nə qədər sağlam və tam dəyərli şəkildə keçməsi bir çox hallarda məhz onun immunitetinin vəziyyətindən asılı olur.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri bunlardır:

— Uşaq soyuqdəymə və infeksion xəstəliklərə (KRVX — kəskin respirator virus xəstəliyi, qrip) il ərzində 5 dəfədən artıq tutulur.

— Bu xəstəliklərin uşaqda hərarətin qalxmadan keçməsi mənfi əlamətdir. Bu, immun sisteminin fəaliyyətində ciddi pozulmaların olmasını sübut edir. Bu halda immun sistemi o qədər zəifləmiş olur ki, bakteriya və viruslara qarşı ciddi şəkildə müqavimət göstərə bilmir.

— Uşaq hətta adi soyuqdəymələri də ağır keçirir və bu zaman bir çox fəsadlar (otit, bronxit, tonzillit və s.) yaranmış olur.

— Uşaq orqanizmi aparılan müalicəyə zəif reaksiya verir, onda xəstəlik digər uşaqlara nisbətən daha uzun müddət davam edir, xəstəlikdən sonra bərpa prosesi isə çox ləng və ağır keçir.

— Uşağın boyun, qoltuqaltı və s. limfa vəziləri tez-tez böyümüş olur. Əllənərkən bu vəzilər yumşaq, tamamilə ağrısız olur.

— İmmuniteti aşağı olan uşaqların bir qismində, bir çox hallarda dalaq xeyli böyümüş olur.

— Uşaqda göbələk infeksiyaları tez-tez baş verir.

— Uşaqda bir sıra qidalara və dərmanlara qarşı allergiyanın olması da onun immunitetinin zəifləməsindən xəbər verir.

— Uşaq tez yorulur, hər zaman yatmağa meyilli olur.

— İmmunitetin zəifləməsinin əlamətlərindən biri də disbakteriozun olmasıdır. Disbakterioz iştahanın azalması, qarında qurultunun olması, uşaqda çoxlu qaz xaric olması, qəbizlik, ishal kimi əlamətlərin olması və bədən çəkisinin azalması ilə xarakterizə olunur.

Uşaqda immunitetin zəifləməsinin ilkin əlamətləri qeyd olunan kimi, valideynlərin vəzifəsi tez bir zamanda uşağı həkim-immunoloq və ya sahə pediatrına göstərməkdən ibarətdir. Bu problemləri özbaşına həll etməyə cəhd etməyin!

Uşaq immunitetinin zəifləməsinin səbəbləri aşağıdakılar ola bilər:

— vaxtından qabaq doğuş və ya uşaqda doğuş travmasının olması;

— anada hamiləlik dövründə olan problemlər (toksikozlar və s.);

— genetik meyilliliyin olması (yaxın qohumlarda immunitetin aşağı olması hallarına təsadüf edilməsi);

— uşağın ana südü ilə çox qısa bir müddət ərzində (6 aya qədər) əmizdirilməsi;

— uşağın qidalanmasına ana südü və ya süni süddən savayı, digər qidaların (sıyıq, püre, şirə və s.) vaxtından tez, çox gec və ya düzgün olmayan qaydada əlavə olunması;

— balanslaşdırılmamış qidalanma (vitaminlərin, mikroelementlərin çatışmazlığı);

— mədə-bağırsaq sisteminin, böyrəklərin, qara ciyərin, qalxanvari vəzinin xəstəlikləri;

— bağırsaqlarda qurdların, lyamblilərin olması;

— xroniki infeksiya ocaqlarının (xroniki tonzillit, otit, haymorit, kariesli dişlər) olması;

— xəstəliklər zamanı antibiotiklərdən, hərarəti salan və s. dərmanlardan əsassız şəkildə tez-tez istifadə olunması.

Ailə və Uşaq     Baxılıb: 2724   Tarix: 07 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

turlar.az

aksessuarlar reseptler qadın geyimi qadın xəyanət gullu cantalar xina qoymaq qaydasi dəri xərçənginin əlamətləri kosmetika novruz bayramina aid hakistalar sağlıq vətən rus dilini öyrənək 2 ci dərs nizami gəncəvi