Uşaqlar üçün ən lazımlı VİTAMİN
Diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq C vitamininin uşaqlar üçün faydalarından danışıb.
Publika.az xəbər verir ki, "gazeta.ru"ya danışan həkimin sözlərinə görə, mikroelementlər və vitaminlərin balansı uşaq üçün xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə C vitamini dəmirin sorulmasına, kollagenin sintezinə kömək edir, immun sistemini stimullaşdırır və gücləndirir.
"Biz bilmirik ki, C vitamini ömrü uzada bilir, ya yox, yaxud xərçəngdən qoruduğunu da tam olaraq bilmirik, o, bu şəkildə işləməlidir, buna dair sübutumuz yoxdur. Amma dəqiq məlumdur ki, bu vitaminin çatışmazlığı diş ətində problemlərə gətirib çıxarır və körpələrdə böyümə geriliyinə səbəb ola bilər", - həkim bildirib.
Vitamin C həmçinin müxtəlif biokimyəvi reaksiyalarda, o cümlədən oynaqların, sümüklərin, saçın və dərinin əsas komponentlərindən biri olan kollagenin sintezində iştirak edir. Diyetoloqun fikrincə, bu vitaminin qəbulu uşaqların düzgün inkişafı üçün lazım olan dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir.
Sağlamlığı qorumağın sadə və təhlükəsiz yolundan danışan məşhur akademik və kardiocərrah Leo Bokeria isə qeyd edib ki, ürək xəstəliklərinin qarşısını almaq və mümkün qədər uzun müddət aktiv qalmaq üçün mütəmadi olaraq hər gün 10 minə yaxın addım atmaq lazımdır.









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Zarina məzun oldu - FOTOLAR
Zaur Əmiraslanovdan toy bazarına etiraz: "Səsimə heyfim gəlir
Xanımından Azərlə bağlı paylaşım - FOTOLAR
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
Hazal ailəsi ilə Türkiyəni tərk edir
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
Məşhur fransız müğənni vəfat etdi