Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? - HƏKİM YAZIR

Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? - HƏKİM YAZIRYaxşı yuxu uşaqların elmi uğurları üçün çox vacibdir. Yaxşı yuxu uşaqların əhval-ruhiyyəsini və konsentrasiya qabiliyyətini yaxşılaşdırır. Yuxu məlumatların formalaşmasına və yadda saxlanılması üçün də çox vacibdir - öyrənməninn vacib hissəsidir. 
Uşaqların yay tətilindən sonra məktəbə qayıtması zamanı valideynə necə kömək etmək olar? Bunun sirri il boyu sağlam yuxu vərdişlərini saxlamaqdır. Müntəzəm yuxu rejiminə, keyfiyyətli yuxu mühitinə və yaxşı yuxu gigiyenasına riayət etmək uşaqların performansına və ümumi rifahına kömək edir.
Yuxu cədvəlini təyin etmək nə dərəcədə vacibdir?
Daimi yuxu cədvəli həm böyüklərdə, həm də uşaqlarda nə zaman yatmaq, nə zaman oyanmaq bəradə bədəni rejimə salır. Yuxu ritmi yorğunluq və gündüz yuxululuğunun qarşısını almağa kömək edir. Hansı uşaqların və yeniyetmələrin ki valideynləri yuxu rejimi cədvəli təyin edirsə, onlar daha adekvat yuxu alırlar, gün ərzində daha az yorulur və gümrah olurlar.
Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? - HƏKİM YAZIRUşaqların yuxuya ehtiyacı nə qədərdir?
Uşağın yuxuya ehtiyacı onun yaşından, fəaliyyət səviyyəsindən və fərdi ehtiyyaclarından asılıdır. Mütəxəssislərin tövsiyyələrinə əsasən aşağıdakı qaydalar tədbiq olunur:
- Məktəbəqədər uşaqlar (3-5 yaş) 10-13 saat yuxuya ehtiyac duyurlar.
- Məktəb yaşlı uşaqların (6-13 yaş) 9-11 saat yuxuya ehtiyacı var.
- Yeniyetmələr (14-17) 8-10 saat yuxuya ehtiyac duyurlar.
Araşdırmalar göstərir ki, əksər uşaqlar və gənclər kifayət qədər yuxulamırlar. Təxminən şagirdlərin üçdə ikisi gecə səkkiz saatdan az yatır.
Yay tətilindən sonra yeni dərs ili üçün yuxu ritminə necə qayıtmaq olar?
Tətil zamanı uşaqların yuxu rejiminin dəyişməsi başa düşüləndir. Uşaqlar tətildən dincəlmək və enerjilərini bərpa etmək üçün istifadə edirlər. Bununla belə qısa tətil fasilələrində uşaqlar normal yuxu rejiminə eməl etməyə çalışmalıdırlar. Belə olduqda tətildən sonra yuxu rejiminə yenidən alışmaq məcburiyyətində olmazlar. 
Mümkün olduqca uşaqların hər gün eyni vaxtda yatmasına və oyanmasına kömək edilməlidir. Bu yolla uzun fasilədən sonra yenidən dərs başlayanda belə, artıq nizamlı yuxuya öyrəşmiş olurlar. 
Ümumiyyətlə valideyn məktəbə yenidən qayıtdıqda uşaqların məktəb yuxu rejiminə dönməsinə necə köməklik edə bilər? Əlbəttə ki addım-addım!
Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? - HƏKİM YAZIRYuxu rejiminin tənzimlənməsi prosesi tədricən olmalıdır. Dərs ilinə bir neçə həftə qalmış alışdığı vaxtda 15 dəqiqə tez oyanmalı və 15 dəqiqə daha tez yatmalıdır. Yuxu və oyanma vaxtları məktəb rejiminə uyğun olana qədər bir neçə gündən bir 15 deqiqəlik artımlarla tənzimlənməlidir. Məktəbin ilk günündə uşaq artıq yeni yuxu rejiminə alışmalı və dərsə tam konsantrə olunmaga hazır olmalıdır. 
Bəzi insanlar yeni yuxu rejiminə uyğunlaşmaqda çətinlik çıkirlər.  Əgər uşaq 20 dəqiqə ərzində yuxuya getmirsə, o, otağından çıxıb mavi işıqdan uzaq olmaqla sakit, yuxu gətirməyə kömək ede biləcək fəaliyyətlə məşğul olmalıdır. Əgər yorularsa yenidən yuxu üçün yatağa qayıtmalıdır. 
Bunun üşün valideynlər səbrli olmalı və vaxtlarını ayırmalıdırlar. Yeniyetmələrlə isə yuxunun əhəmiyyəti və yuxu rejimi barədə söhbətlərdən faydalana bilərlər.
Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? - HƏKİM YAZIRYaxşı yuxu rejimi nədir?
Uşaqlar günün sonunda daha dərin yuxu yata və səhəri gün dərsə daha energili başlaya bilərlər. Yaxşı yuxu rejiminə müəyyən rahatlaşdırıcı fəaliyyətlər də daxildir, məs:
- İsti vanna və ya duş qəbulu
- Meditasiya etmək
- Valideynlərlə bir şeyləri paylaşmaq
- Günlük emosiyalarını gündəlik formasinda yazmaq 
- Fiziki məşqlər, lakin unutmaq olmaz ki, yuxu öncəsu məşqlər yuxunun keyfiyyətini pisləşdirə bilər
- Gündüz mürgüləmələri: Əgər uşaq dərsdən çox yorgun qayıtmışsa və dincəlməyə ehtiyacə varsa, mürgüləmə 30 dəqiqəni keçməməlidir. Belə ki uzunmüddətli mürgüləmə gecə yuxusunun keyfiyyətini aşağı salır.
- Kafeindən uzaq durmaq: Kafe, tünd çay və başqa stimullaşdırıcı içkilərdən günün ikinci yarısı uzaq durmaq məsləhət görülür.
Uşaq otağında keyfiyyətli bir yuxu üçün nələrə diqqət yetirmək lazımdır?
- Uşaq otağı qaranlıq olmalıdır. Bunun üçün qalın, işıqkeçirməz pərdələrdən istifadə oluna bilər.
- Uşaq otağı sərin olmalıdır. Çox isti mühit uşağın yuxuya getməsinə mane ola bilər.
- Səs-küydən uzaq olmalıdir.
- Yataq yalnız yatmaq üçün istifadə edilməlidir. Yataq ev tapşırığı yerinə yetirmək, oxu və digər fəaliyyətlər üçün istifadə edilməməlidir.
Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? - HƏKİM YAZIRMavi işıq, texnilogiya və yuxu
Bir sıra tədqiqatlar göstərir ki, yatmazdan əvvəl mavi işığa məruz qalan insanların yuxu keyfiyyəti pis olur. Mavi işığın bizə yatmaq vaxtının gəldiyini bildirən hormon-elotonini basqıladığı düşünülür. 
Mümkün yuxu pozulmalarının qarşısını almaq üçün uşaqlar yatmazda bir saat əvvəl aşağıdakı şeylərdən uzaq durmalıdırlar:
- Televizor
- Kompyuter və ya laptop
- Mobil telefonlar
- Mavi işıq yayan digər elektron cihazlar
Yatmazdan əvvəl elektron cihazlardan imtina etmək bəzi uşaqlar üçün çətin ola bilər. Bunun üçün alternativ istirahət  formalarından istifadə etmək məqsədə uyğundur. Məsələn, mütaliə.
Məktəbə başladıqda uşaqlarda ümumi bir rutin dəyişir, yeni gözləntilər yaranır, daha az boş vaxt olur. Bu bir təlatümlər zamanıdır. Müsbət vərdişləri təşviq etmək üçün diqqətli olmaq lazımdır. Məktəbdən sonra yaxşı istirahət və möhkəm yuxu rejimi faydalıdır. Bunun üçünsə bir neçə həftə ərzində keçid dövrü keçmək  tələb edir. 
Məktəb yuxusuna keçid dövrü başa çatanda uşaqlar rahat yuxuya gedirlər. Nəticədə uşaq məktəbdə daha yaxşı oxuyacaq, konsentrasiyasını dərsə yönəldə biləcək və dərs sonrası yorğunluğu daha az olacaq.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az

Xəbərlər     Baxılıb: 1223   Tarix: 07 sentyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər

Sağlam qidalanma və uzun ömür mövzusunda maraqlı faktlardan biri də Yaponiyadakı uzunömürlü insanların gündəlik qidalanma vərdişləridir. Onların menyusunda xüsusi yer tutan məhsullardan biri umeboşidir.  xəbər verir ki, umeboşi

.

Ən riskli qırmızı ət növü açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı və qida mühəndisləri qırmızı ət istehlakında sağlamlıq risklərini artıran əsas amilləri diqqətə çatdırıblar. Araşdırmalar göstərir ki, risk ətin növündən çox, onun emalı, saxlanması və bişirilm

.

Bu şəxslərə banan yemək olmaz - SƏBƏB

Banan dadlı və faydalı meyvə olsa da, bəzi insanlar üçün risk daşıya bilər. xəbər verir ki, dietoloqlar və həkimlər xəbərdarlıq edirlər ki, diabet xəstələri banan yedikdə qan şəkərinin sürətlə qalxması ilə üzləşə bilər. B

.

Yuxu pozuntularının sağlamlığa təsiri

Yuxu pozuntuları sağlamlığa təsir edir. xəbər verir ki, türkiyəli həkim Muhammed Emin Akkoyunlu deyib ki, xoruldama, səhərlər yorğun oyanmaq və gün ərzində yuxulamaq kimi əlamətlər ciddi xəstəliyin göstəricisi ola bilər

.

Ölkəmizdə vərəmlə bağlı statistika AÇIQLANDI

Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.00 əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5 qeyd olunub. . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər

.

Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz

Qış mövsümündə yaz fəslinə keçid həm bədən, həm də ruh sağlamlığı üçün həssas dövr sayılır. Havanın soyuq və rütubətli olması, günəş işığının azlığı və qış xəstəliklərinin hələ tam keçməməsi insan orqanizmi üçün əlavə diqqə

.

Ən zərərli ət məhsulu bu İMİŞ: Hər gün istifadə edirik

Sağlam qidalanmaya diqqət artdıqca, hansı ət növlərinin daha zərərli olduğu məsələsi də tez-tez araşdırılır. Bir çox insan toyuq və ya hinduşka ətinin sağlamlıq riskləri haqqında məlumat axtarsa ​​da, mütəxəssislər əsl riski

.

Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri

Rusiyalı kardioloq Valeriya Bonadıkova yeriyərkən siqaret çəkməyin sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib. xəbər verir ki, həkimin sözlərinə görə, sürətli addımlarla yeriyərkən orqanizm artıq yüklənmə rejimind

.

Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI

Son illər təbii gözəllik üsulları yenidən populyarlaşıb. -ın məlumatına görə,  xüsusilə üzü duzlu su ilə yumağın dərini cavanlaşdırdığı iddiaları sosial şəbəkələrdə geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, düzgün və ölçül

turlar.az

maskalar geyim və ayaqqabılar aksessuarlar makiyaj formalari cins salvarlar facebook saç maskaları vətən haqqında inşa kosmetika novruz bayramina aid hakisdalar gözellik dolca arxadan olmag novruz haqistalari