Uşaqlara həkim təyinatı olmadan vitamin qəbul etdirmək

Uşaqlara həkim təyinatı olmadan vitamin qəbul etdirməkPayız və qış fəslində, yəni soyuq aylarda immunitet zəifləməyə başlayır. Eyni zamanda, məktəblərin və bir sıra iri ticarət mərkəzlərinin açılışı, bağçalarda kütləviliyin artması infeksiya ilə xəstələnmənin sayına təsir göstərib. Nəzərə almaq lazımdır ki, uşaqların güclü immun sisteminə malik olması üçün düzgün və sağlam qidalanmaları mütləqdir. Körpələr mümkün qədər ana südü ilə qidalandırılmalı, böyüklər isə balanslaşdırılmış qidalardan yararlanmalıdırlar. Həmçinin kiçik yaşlı uşaqların təmiz havada olması olduqca faydalıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin instaqram hesabında canlı yayımda çıxışı zamanı deyib.
Mütəxəssis bildirib ki, həkim məsləhəti olmadan uşaqlara vitamin verilməsi düzgün yanaşma deyil: "Həkim təyinatı olmadan uşaqların vitamin qəbul etməsi müxtəlif fəsadlara səbəb ola bilər. Valideynlər vitamin verməklə övladlarının immun sistemini gücləndirə biləcəklərini düşünürlər. Lakin bəzi vitaminlər orqanizmə yüklənib qalır və nəticədə ciddi fəsadlara səbəb olur. Uşaqlarda mütəmadi müşahidə edilən mədə-bağırsaq pozuntularının başlıca səbəblərindən biri məhz budur. Misal üçün, mədənin qastrit xəstəliyi adətən həkim resepti olmadan qəbul edilmiş vitaminlərdən qaynaqlanır".
A.Zeynalovanın dediyinə görə, son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb: "Belə ki, 0-13 yaş arasında olan uşaqlarda mədə-bağırsaq sistemi xəstəlikləri 2010-cu ildə 35 min 954 sayda idisə, ötən il bu göstərici 42 min 490 olub. Yəni, rəqəmlərdən də göründüyü kimi uşaqlar arasında mədə-bağırsaq xəstəliklərində artım var. Eyni zamanda, 2010-cu ilin statistikasına əsasən, 13-18 yaşlı uşaqlarda həmin xəstəliklər üzrə göstərici 45 min təşkil edirdisə, 2020-ci ildə 57 min 592-ə çatıb. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və qeyri-düzgün qidalanmadır. Uşağa yalnız yeyə biləcəyi miqdarda yemək vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətbiq etmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1047   Tarix: 29 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az