Uşaqlara nə vaxt və hansı oyuncaqlar verilməlidir?

Uşaqlara nə vaxt və hansı oyuncaqlar verilməlidir?Yaşa görə seçilməyən oyuncaqlar uşaqlarda bir çox problemlər yarada bilər. Böyük əksəriyyətimizin evində körpə var, körpə olan evdə də sözsüz ki, oyuncaqlar da var. Bir çoxumuz uşaqlarımıza oyuncaq alarkən hər bir nüansa diqqət yetiririk, bəzilərimiz isə "oyuncaq olsun" fikrilə qarşımıza çıxanı alırıq. Bu günədək oyuncaqların zərərləri və xeyirləri barədə çox yazılıb. Biz isə qərara aldıq ki, oyuncaqların körpənin yaş dövrünə uyğun seçimi və düzgün seçilmədikdə övladımızda yaratdığı psixoloji və əqli problemlər barədə yazaq. Beləliklə, budəfəki araşdırma oyuncaqların körpənin inkişafındakı önəmi və ziyanları barədədir.

Hansı tip oyuncaqlar daha yaxşıdır?

Oyuncaqlar, bir tərəfdən körpə üçün əyləncəli anlar yaradar, digər tərəfdən də olduqca təsirli və tərbiyəvi vəzifəni boynuna götürür. Uşaqların romantik, ruhi, əqli və fiziki inkişafı baxımından ən təbii və ən aktiv öyrənmə zamanı oyuncaqlarla təmas əsnasında yaranır. Pedaqoqlar bildirir ki, körpələrin ilk oyuncaqları arasında mütləq zərif, ona zərər verməyən, yumşaq oyuncaqlar olmalıdır.

Qucaqlayıb yata biləcəyi yumşaq parçadan oyuncaq körpənizin yatağında özünü güvəndə hiss etməsini təmin edəcək. Yumşaqlığı və təbiiliyi ilə bu oyuncaq körpə üçün bir yoldaş funksiyası yerinə yetirəcək və bəlkə də irəlidə ilk söhbətlərini onunla edəcək. Ayrıca, yumşaq bir oyuncağın körpənizin bədəninə təmas etməsi onu yanında kiminsə olmasından xəbərdar edəcək və toxunma duyğusunu inkişaf etdirəcək.
Yetkinlərdə olduğu kimi körpələrin də sağlam bir bədənə sahib olmaq üçün bəzi məşqlərə ehtiyacları var. Məşq oyuncaqları, sağlam bir şəkildə körpənizin qollarını, qıçlarını, ya da bütün bədənini hərəkət etdirməsini təmin etməlidir.

Qısası, körpəniz əylənərkən bir tərəfdən də fiziki inkişafına yardımçı olan hərəkətlər edə bilər. Bu kimi oyuncaqlar sırasına şəkilli qutular, iç-içə keçə bilən qablar, musiqili və səsli oyuncaqlar, hərəkət edən oyuncaqlar, gildən və ya plastilindən hazırlanmış oyuncaqlar və s. aid etmək olar.

Səsli oyuncaqlar hansı yaşda körpələr üçün zərərlidir?

Bütün uşaqlar musiqini sevir. Hətta hələ doğulmamış olanda belə. Hamilə qadına musiqi dinlədilməsi praktikası artıq bizim ölkəmizdə də var. Mütəxəssislər apardıqları müşahidələrə əsasən bildirir ki, ana bətnində olan körpə milli və klassik mahnıları sevir. Bir qədər qaba, gurultulu müasir musiqilər isə körpəni narahat edir. Körpə doğulduqdan sonra da belədir. Şəxsən öz təcrübəmdən bilirəm. 3 yaşlı oğlum 4 günlük olandan milli mahnımız "Sarı Gəlin"in sədaları altında yatır. Mütəxəssis deyir ki, bu körpənin əsəb sisteminə və rahat yuxu yatmasına çox böyük kömək edir.

Amma körpəni rahatlatmaq əvəzinə əhvalını pozan, əsəbləşdirən musiqilər də var və bu musiqilər çox vaxt uşaq oyuncaqlarında quraşdırılır. Ökəmizd satılan oyuncaqların demək olar ki, hamısı bizə yad ölkələrin məhsuludur. Təbii ki, oyuncaqlara da yad mədəniyyətə aid musiqilər qoyulur. Körpə gözünü açandan yad nəğmələr, mahnılar eşidir, o ruhda böyüyür. Yad musiqi deyib keçməyin, klassika deyil ki bunlar.

Hərə bir not yazır indi, zərərini də biz çəkirik. Rok, pop adı altında alt şüura təsir edən minlərlə musiqi var. Oyuncaqlara qoyulan musiqilər də bu tipdən, daha doğru ifadə etsək, psixologiyanı darmadağın edən tipdən musiqilərdir.
Təsəvvür edin ki, uşaqlar üçün avtomat, tapanca istehsal edən ölkələr hər biri öz dilində "əllər yuxarı", "atəş" sözünü diqtə edirlər. Dili yenicə açılmış, hər sözü beyninə yazan körpə isə bunun mənasını bilmədən sözün əsirinə çevrilir, yaş irəlilədikcə bu sözlərin "ölüb-öldürmək" olduğunu anlayır.

Psixoloq Aida Qarayeva bildirir ki, bizim ölkədə körpə anadan olan kimi ona "şıq-şıq" dediyimiz oyuncaqlar alırlar: "Hərə əlinə bir şıq-şıq alıb dayanır körpənin beşiyinin başında, başlayırlar cingildətməyə, şıqqıldatmağa. Təsəvvür edin ki, yetişkin bir insan dəmirkəsənlə dəmir kəsiləndə oradan çıxan səsdən necə narahat olursa, körpə də o şıqqıltıdan narahat olur. O yeni doğulub, bu günədək yaşadığı yer, ana bətni çox sakit və rahat bir yerdir, ora adaptasiya olmuş körpənin birdən birə səs-küylü bir mühitə düşməsi olduqca mənfi nəticələr verə bilər".

Mütəxəssisin sözlərinə görə, o cür oyuncaqları körpəyə yalnız bir yaşından sonra vermək olar: "Bir şərtlə ki, həmin oyuncaqlar Çin istehsalı olmasın. Çünki bu oyuncaqlar uşaqlarda dəri-zöhrəvi xəstəlikləri, hətta xərçəngə belə səbəb ola bilər".

Hərəkətli oyuncaqlar körpəyə nə vaxt lazımdır?

Kanadada aparılan bir elmi araşdırma zamanı məlum oldu ki, hərəkətli oyuncaqlar uşaqların inkişafında və hərəkətlərinin doğru istiqamətləndirilməsində olduqca böyük önəmə malikdir. Amma bir şərtlə ki, bu cür oyuncaqlar uşağa zamanında verilsin. Belə ki, bir yaşından öncə körpəyə hərəkət edən oyuncaqların verilməsi düzgün deyil.
Kanadalı mütəxəssislər bildirir ki, yaxşı olar ki, körpə iməkləsin və ya yerisin, daha sonra ona hərəkət edən oyuncaqlar verilsin. Körpələr üçün iməkləməyə və yeriməyə başlamaq azadlıqlarına qovuşmanın ilk addımıdır. Hərəkət qabiliyyətləri artdıqca, gördükləri hər hərəkətli obyekti tutmaq və araşdırmaq üçün həvəslidirlər. İməkləməyə başlayan uşaq hərəkət edən oyuncağın arxasınca iməkləyə-iməkləyə hərəkət etmiş olur, və fizikin cəhətdən daha yaxşı inkişaf edir.

Əgər körpə hələ yerimir və ya iməkləmirsə ona hərəkət edən oyuncağı vermək düzgün deyil, çünki oyuncağın arxasınca gedə bilməyəndə körpə sinirlənir, əsəbi hal alır.

Uşaqlara hansı yaşda, hansı oyuncağı verməli?

Bu gün oyuncaq istehsalı olduqca inkişaf edib, hər gün yeni bir oyuncaq dizayn edilərək bazara çıxarılır. Qız uşaqları daha çox gəlincik və ya miniatür ev əşyalarına üstünlük verir, oğlanlar isə daha çox konstrukturlar, silah, mexaniki, elektronik oyuncaqlarla maraqlanır. Amma mütəxəssislər uşaqlara yaşa görə oyuncaq alınmasını israr edirlər. Pedaqoqlar oyuncaqların yaşa görə bölünməsini bu cür sıralayırlar:

0 - 6 ay - Zamanının böyük bir hissəsini yataraq keçirən yeni doğulmuş körpəniz üçün yuxu, inkişafı baxımından çox önəmlidir. Məhsuldar bir yuxu üçün, körpənizin yuxusuna mane olan bütün faktorları ortadan qaldırmalı, ona rahat və etibarlı bir mühit yaratmalısınız. Bu ərəfədə ona zəngli, musiqili və şıqqıltılı oyuncaqlar verməyin. Onun üşün ən yaxşısı sadə formalı, səs-küyü olmayan zərif parçadan olan oyuncaqlardır.

6 - 12 ay - Bu dövrdə körpənin duyğu orqanları inkişaf edir. Buna görə də fərqli rənglərdə və fərqli parça və məhsullardan hazırlanmış oyuncaqlarla oynaması, toxunma duyğusu və anlayış qabiliyyətinin inkişafı baxımından olduqca faydalıdır. Bu dövdə ona iç-içə keçə bilən qablarla və ya fərqli boyda və şəkildəki qutularla oynamaq üçün şərait yaradın. Bu, körpənin bir çox bacarığını inkişaf etdirməsini təmin edir. Onları bir-birinə vuraraq, iç-içə və ya üst-üstə qoyaraq fərqli əyələncələr yarada bilər.

12 - 24 ay - Səsli oyuncaqlar, bu dövrdə uşağın olduqca marağına səbəb olur. Çalışmaq lazımdır ki, qulağa xoş gələn musiqilərlə zəngin oyuncaq alasınız. Bunun üşün daha əlverişlisi odur ki, heyvan səsləri çıxaran oyuncaqlara üstünlük verilsin. İt hürməsi, pişik miyovlaması, cücə cikkildəməsi, xoruz banlaması kimi səsləri bu vasitə ilə öyrənə bilər. Bu uşağınıza həm ətraf aləmi kəşf etməyə kömək edər, həm də yad musiqilərin kobud təsirindən qoruyar.

2 - 5 yaş - 2 yaşına qədər tək oyun oynamağı seçən uşaqlar üçün ilk yoldaşlıq əlaqələri bu çağda başlayır. Artıq özlərinə tərəf müqabili axtarmaya başlayan bu yaşda olan uşaqlar bu vasitə ilə paylaşmağı, dostluğu öyrənir. Mümkün qədər övladınızı həyatla uzlaşmayan, fantastik oyun qəhrəmanlarının oyuncaqlarından uzaq tutun. Körpə nə qədər gerçəkçi böyüsə, bir o qədər əqli və fiziki cəhətdən sağlam olar. Bu yaşda uşaqlara daha çox konstruktiv oyuncaqlar almaq lazımdır. Uşaqlar bu dövrdə boyama kitablarını da çox sevirlər.

5 - 6 yaş - Bu yaşda domino, şahmat kimi nizamlı oyunlar gündəmə gələ bilər. Uşaqları bu ərəfədə kompüterlə tanış etmək lazımdır. Ancaq yaradıcılıqlarını inkişaf etdirəcək, rəngləri, rəqəmləri tanımasını təmin edəcək kompüter oyunlarını təklif edirik.

Oyuncağı necə seçək?

Mütəxəssislər bildirir ki, yaşına uyğun oyuncaq seçimi körpənin zəka inkişafını sürətləndirir. Çünki, bu oyuncaqlar məhz uyğun yaş üçün nəzərdə tutulub. Oyuncaq seçimi edərkən həmişə keyfiyyəti ön planda tutmalı, etibarlılığını sübut etmiş markaları seçmək lazımdır. Əgər yaşı oyuncağa pulunuz yetmirsə o zaman pisini də almayın. Çin istehsalı oyuncaqlardan tamamilə uzaq durun. Qənaət üçün ucuz və keyfiyyətsiz məhsulları almaq sizi və körpənizə zərər verə bilər.

Keyfiyyətli oyuncaq, həm körpənizin sağlamlığı baxımından yaxşıdır, həm də davamlılığı daha çoxdur. Oyuncaqlarını ora-bura və ya balkondan aşağı atan, ya da bir-birinə vuraraq oynamağı sevən körpənizin oyuncağı qırılanda yaşacağı üzgünlüyü mümkün olduğu qədər önləyə bilmək üçün satın aldığınız oyuncaqlar olduqca möhkəm olmalıdır.
Mümkün qədər parlaq rəngli oyuncaqlardan uzaq durun. Uşağınızın qırılmış və ya xarab olmuş oyuncaqlarla oynamasına izin verməyin. Oyuncaqların daimi bir qutuda saxlanmasına çalışın.

Uşaqlığı sovet dönəminə təsadüf etmiş oxucular xatırlayar, o zamanlar indikindən xeyli az növdə oyuncaq vardı, amma indiki kimi, uşaqlarımızın oyuncaqlardan asanlıqla yoluxa biləcəyi xəstəliklər yaradan, onlara mənfi, psixoloji təsir edənləri yox idi. Sağlam gələcəyi qurmaq hər gün bir qədər də çətinləşir.

Övladlarımızın sağlamlığı bəzən bizdən asılı olmayan səbəblərdən pozula bilər. Amma sözügedən mövzu ilə bağlı bir az da biz valideynlər səy göstərməliyik. Övladlarımızın sağlamlığına, fiziki və əqli inkişafına olduqca böyük təsir göstərən oyuncaqların seçimində mümkün qədər diqqətli olmalıyıq.

Ailə və Uşaq     Baxılıb: 3226   Tarix: 13 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

turlar.az

sonxeber.az hamiləlik makiyaj instagram kosmetik vasiteler xərçəng bürcü infarkt elametleri usaq sampunlari böyürtkənin faydaları kosmetika xerceng muellim seiri tanisliq şirin qoğal hesaplama