Uşaqlara oxuma-yazmağı tez öyrətmək onları necə məhvə aparır? - Alimlərdən araşdırma

Uşaqlara oxuma-yazmağı tez öyrətmək onları necə məhvə aparır? - Alimlərdən araşdırmaUşaqları oxumağa məcbur etsək, onların gələcək uğurlarını kölgə altına salmış olarıq...

usaqlara-oxuma-yazmagi-tez-oyretmek-onlari-nece-mehve-aparir

Bəzi ölkələrdə bir düşüncə var: "hələ ibtidai sinifdən uşaqlara oxumağı, yazmağı öyrətsək, həyata yaşıdlarından bir addım öndə başlayarlar", deyə düşünürlər.

Elə bizdə də uşaqları erkən yaşda oxumağa məcbur etməklə, onların uğura daha tez çatacağını düşünürlər.

Amma çox zaman belə olmur. Hətta bu, sonradan uşaqlar üçün zərərli hala da çevrilir.

Uşaqların oxuma, yazma və hecalamağa yönəlik nevroloji inkişafı erkən yaşlarda yaranmır. Onlar hələ bunun üçün lazım olan bazaya sahib deyillər. Uşaq inkişafında nələrisə gözardı etmək, qısa yoldan və ya tələsik həll etmək olmaz.

İnsanın 3-7 yaş aralığında, əsasən, beynin sağ yarımkürəsi inkişaf edir ki, o da bu bacarıqları reallaşdıran hissə deyil. Sağ tərəf şəkilləri görür və bir hekayəni anlamaq, beynimizdəki "film"i yaratmaq üçün zehni görüntüləri istifadə edir. Beynin sol tərəfi isə bu prosesləri həyata keçirən zonadır.

Uşaqları həmin oxumağa məcbur etdikdə onlara sözləri səsləndirməkdənsə, kəlmələrin nəyə bənzədiyini əzbərlətməyə çalışırıq. Bu, doğru oxumaq üsulu deyil. Həm də uşaqlar sözlərin formaca nəyə oxşadığını əzbərləməyə fokuslandıqlarında, beyinlərindəki "filmi" yaratmaq üçün sağ beyinlərini istifadə etmirlər. Bu da onlara oxuduqlarını qavramada çətinlik yaradır.

Odur ki, uşaqları bu yaş aralığında oxumağa məcbur etsək, onların gələcək uğurlarını kölgə altına salmış olarıq.

Bəs bu vəziyyəti necə düzəldə bilərik?

Uşaqlar bu yaşda onları zehni cəhətdən inkişaf etdirəcək oyunlar oynamalıdırlar. Bu hələ son deyil. Uşaqların gələcək uğurlarını formalaşdıran amillərdən biri də kitabdır. Odur ki, 3-7 yaş aralığında onlara bol-bol kitab oxuyun.

Onlara nə qədər çox kitab oxusanız, bir o qədər də zehni inkişaflarını gücləndirmiş olarsınız. Uşaqlar siz yüksək səslə kitab oxuduğunuz müddətdə, uşaqlar kəlmələr arasındakı ən kiçik fərqləri belə dinləyib, ayırd etməyə alışırlar.

Bu amil uşaqlara məktəb illərində daha çox yardımçı olur. Onlar bu metodu mənimsədiklərinə görə, məktəbdə müəllim və təlimçiləri daha diqqətlə dinləyib, daha çox informasiya qəbul etmək bacarığına malik olurlar.

Ailə və Uşaq     Baxılıb: 2442   Tarix: 11 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

turlar.az

donlar 2026 geyim dəbləri toy makiyajlari mələk kartları çək yuxuda balqabaq cox yasa dunyanin gozellikleri kosmetika qız bürcü şirin qoğal faydalı bilgilər maraqlı yutube