Uşaqlarda boy artımını sürətləndirən əsas amillər nələrdir?
Uşaqların sağlam böyüməsi və boyunun uzanması valideynləri ən çox düşündürən məsələlərdəndir. Mütəxəssislər bildirir ki, boy artımı yalnız genetik faktorlarla deyil, qidalanma, fiziki aktivlik və yemək vaxtlarının düzgün seçilməsi ilə də birbaşa əlaqəlidir.
Milli.Az xəbər verir ki, ekspertlərin sözlərinə görə, uşağın böyüməsi üçün ən vacib qida maddələrindən biri proteindir. Protein sümüklərin, əzələlərin və toxumaların inkişafında əsas rol oynayır. Ət, balıq, yumurta, süd məhsulları, paxlalılar və qoz-fındıq proteinlə zəngin qidalar sırasındadır.
Mütəxəssislər xəbərdarlıq edir ki, həddindən artıq xəmir xörəkləri və sadə karbohidratların çox qəbulu uşaqlarda artıq çəkiyə, maddələr mübadiləsinin zəifləməsinə və nəticədə boy artımının ləngiməsinə səbəb ola bilər.
Bunun əksinə olaraq, müntəzəm idmanla məşğul olan və kifayət qədər protein qəbul edən uşaqlarda boy artımı daha sürətli və sağlam şəkildə baş verir.
Nahar yeməyi buraxmaq böyüməkdə olan bir fərdin sağlam inkişafına mənfi təsir göstərən digər amillərdəndir və potensial boy artımını məhdudlaşdırır, çünki protein, vitaminlər (xüsusilə D və C), kalsium və böyümə üçün vacib olan digər minerallar yemək yolu ilə əldə edilir; yeməkləri buraxmaq bu vacib qida maddələrinin çatışmazlığına səbəb olur və böyümə hormonlarının ifrazına və sümük sağlamlığına mənfi təsir göstərir. Balanslı və müntəzəm qidalanma (süd, yumurta, balıq, ət, yaşıl tərəvəzlər), kifayət qədər yuxu və idman boy artımının açarıdır.
Milli.Az









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"Yalı çapkını"nın aktrisası Bakıda toyda
Uzak şehir'in aktrisası onunla eşq yaşayır
Məşhur aktyor vəfat etdi
"İflic olacağam və yataqda qalacağam
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi