Uşaqlarda burun qanaxması

Uşaqlarda burun qanaxmasıUşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallarda qanaxma xeyli miqdarda olmaqla, uşağın sağlamlığı üçün təhlükəli də ola bilər.
Burun qanaxmasının səbəbini müəyyən etmək üçün ilk növbədə aşağıdakıları aydınlaşdırmaq lazımdır:
- travmanın olub-olmaması (əksər hallarda uşaqlar burunlarını "qurdalayaraq" onu zədələyirlər);
- buruna yad cicmin düşüb-düşməməsi. Bu halda burundan qanla birlikdə pis qoxulu ifrazat da xaric olur. Bunu dəqiqləşdirmək üçün uşağı mütləq burun-boğaz-qulaq həkiminə göstərmək lazımdır;
- uşağın uzun müddət ərzində günəş altında olması.
Uşağın bədənində tez-tez göyərmiş sahələrin yaranması ilə yanaşı burun qanaxmasının da baş verməsi - onun tez bir zamanda həkim hematoloq tərəfindən müayinə edilməsini tələb edir. Digər halda, burun qanaxması ilə yanaşı başda pulsasiya şəkilli baş ağrılarının olması arterial təzyiqin yüksəlməsinin əlaməti ola bilər.
Burun qanaxmasını saxlamaq üçün, bədənini bir qədər önə əymək şərti ilə uşağı otuzdurmaq lazımdır. Heç bir halda uşağı uzandırmaq və ya başını xeyli arxaya tərəf əymək olmaz. Çünki bu zaman qan udlaq vasitəsilə yemək borusuna və ya daha qorxulu hal hesab edilən nəfəs borusuna axa bilər. Qan axan burun yoluna 3%-li hidrogen peroksid məhlulunda (və ya adicə soyuq suda) isladılmış zolaq şəkilli tənzif parçası daxil etmək, daha sonra isə burun pərlərindən yuxarı olmaqla burunun yumşaq hissəsini 5 dəqiqə ərzində barmaqlarınızla sıxmaq (iri yaşlı uşaqlar bunu özləri də edə bilərlər) lazımdır. Qanaxma davam edərsə, burunu daha 10-15 dəqiqə ərzində sıxıb saxlamaq lazımdır. Qanaxma dayandıqdan sonra tənzif zolağını burundan xaric etmək üçün onu pipet ilə bir qədər islatmaq lazım gəlir.
Burun qanaxması zamanı uşaqlar üçün olan damardaraldıcı burun damcıları (naftizin, nazol bebi və s.) da bu halda yaxşı kömək edir. Əgər uşaq qrip, KRVİ ilə xəstə deyilsə, burunun üst hissəsinə hər hansı bir soyuq (burun boşluğunda olan damarların sıxılması üçün) əşya (məsələn, sellofan paketdə olan buz kubları, soyuducuda olan və sellofan paketə və ya əskiyə bükülmüş hər hansı donmuş məhsul) qoymaq olar. Bu zaman uşağa danışmağa, öskürməyə, burnunu çəkməyə də icazə verməyin!
Uşaqda burun qanaxması güclü olarsa və görülən tədbirlərə baxmayaraq onu saxlamaq mümkün olmazsa, tez bir zamanda "təcili yardım" çağırmaq və ya uşağı yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq lazımdır!
Milli.Az

Xəbərlər     Baxılıb: 1071   Tarix: 07 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 hamilelikde qidalanma asiq qadin sayti 2026 ayaqqabı modelləri vaginal təmizlik kosmetika lakonizm qz eviyçun hakışta ariqlamaq olumu qiz evi ucun