Uşaqlarda cinsi inkişafı sürətləndirən səbəblər: "Onlar o qədər həssasdır ki..." - FOTO

Uşaqlarda cinsi inkişafı sürətləndirən səbəblər: Yoxsul ölkələrdə yaşanan aclığın fonunda qida ekspertləri etiraf edir ki, dünya heç vaxt bu qədər qida çeşidi və bolluğu içində üzməyib. Qışın ortasında mağazalarda çiyələk və qarpız görə biliriksə, etiraz etməyə həqiqətən yer qalmır. Xüsusilə böyük şəhərlərdə hazır yeməklərə olan tələbat qida istehsalçılarını hər gün onlarla yeni məhsul buraxmağa sövq edir. Əsas problem ondadır ki, hazır yeməklər, yarımfabrikatlar, konservlər və istixanalarda müxtəlif kimyəvi maddələrin təsiri ilə yetişdirilən məhsullar ilk növbədə uşaqlara zərər vurur. 
Uşaq endokrinoloqu Nabat Ağayeva-Əlibəyovanın sözlərinə görə, uşaq orqanizmi o qədər həssasdır ki, yuxarıda sadalanan amillər, məhsullardakı hormonal maddələr uşaqlarda erkən cinsi inkişafa səbəb ola bilər.
Publika.az Nabat Ağayeva-Əlibəyova ilə müsahibəni təqdim edir:
Uşaqlarda cinsi inkişafı sürətləndirən səbəblər: - Uşaq endokrinoloqu böyüklərdən nə ilə fərqlənir və hansı hallarda uşağı endokrinoloqa yönləndirirlər?
- Bu sahələrin endokrinologiyanın yaşlara bölünmüş iki hissəsi olmasına baxmayaraq, bir-birindən tamamilə fərqlənir. Uşaqlar üçün norma sayılan hallar böyüklər üçün patoloji hesab olunur. Uşaqların kliniki və laborator göstəriciləri böyüklərdən tam fərqlənir, uşaq göstəricilərini böyüklərlə müqayisə etmək lazımsız müalicələrə səbəb olur. 
Uşaqda boy geriliyi, erkən cinsi inkişaf, tüklənmə, piylənmə, cinsi inkişaf geriliyi, qalxanabənzər vəzidə böyümə, sümük əyilmələri, şəkərli diabet kimi xəstəliklərə şübhə olduqda endokrinoloqa yönəldilməlidir.
- Şəxsi təcrübənizə söykənsək, bu gün uşaqlarda rast gəlinən başlıca problemlər nələrdir? 
- Bu gün uşaqlarda ən çox rast gəldiyimiz endokrinoloji problem boy geriliyidir. Çoxsaylı sosial maariflənmə tədbirlərinə baxmayaraq, valideynlər hələ də boy geriliyini ciddi bir problem olaraq görmür.
- Endokrin sistem xəstəlikləri vaxtında aşkarlanmaqla müalicə edilə bilərmi?
- Qalxanabənzər vəzi, şəkərli diabet kimi xəstəliklərin qarşısını almaq mümkün deyil təəssüf ki, lakin boy gerilikləri, cinsi inkişaf geriliyi, erkən cinsi inkişaf kimi hallar vaxtında aşkarlanarsa, müalicə ilə qarşısı alına bilər. Bunun üçün mütəmadi olaraq pediatr müayinəsi vacibdir.
- Uşaqlarda zob ola bilərmi? 
- Çox rastlaşdığımız suallardandır. Bəli, uşaqlarda da zob - yəni qalxanabənzər vəzi böyüməsi ola bilər. Qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi uşağın həm fiziki, həm də əqli inkişafının geri olmasına səbəb ola bilər.
Uşaqlarda cinsi inkişafı sürətləndirən səbəblər: - Endokrin sistem xəstəliklərinin diaqnostika üsulları hansılardır? Həkim, endokrin sistemdə pozğunluqları göstərəcək simptomların siyahısı varmı? Mümkünsə, valideynləri bu əlamətlərlə tanış edərdiniz. 
- Endokrin sistem xəstəliklərindən kliniki əlamətlərə əsasən şübhələnir, laborator və instrumental olaraq diaqnoz təsdiqlənir. Məsələn, uşaqda boy geriliyi varsa, valideyn onun sinif yoldaşlarından balaca olduğunu, son 2 ildə geyim ölçülərinin dəyişmədiyini müşahidə edəcək. Əgər oğlanlarda 9 yaşdan tez tüklənmə və cinsiyyət üzvündə böyümə varsa, qızlarda 8 yaşdan tez tüklənmə və süd vəzilərində böyümə varsa, bu, erkən cinsi inkişafdan xəbər verir. Əgər qızlarda 13 yaşına qədər süd vəzilərində böyümə yoxdursa, aybaşı olmayıbsa, oğlanlarda 14 yaşa qədər tüklənmə, səs qalınlaşması, xayalarda böyümə yoxdursa, bu halda valideynlər cinsi inkişafın ləngiməsindən şübhələnməlidir. Əgər uşaq qəfildən çox su içməyə, sidiyə tez-tez getməyə, arıqlamağa, gecə sidiyə getməyə başlayıbsa, şəkərli diabetdən şübhələnmək lazımdır. Boğaz nahiyəsində böyümə, udqunanda çətinlik varsa, bu, qalxanabənzər vəzi problemi ola bilər. Əlamətlər və xəstəliklər çoxdur, lakin ən çox rast gəlinənləri bunlar olduğu üçün valideynlər diqqətli olmalıdır. 
- Endokrin sistem xəstəliklərinin qarşısını necə almaq olar?
- Endokrin sistem xəstəliklərinin qarşısını almaq üçün qohum nikahlardan uzaqlaşmaq, sağlam həyat tərzi keçirmək, hər gün mütləq açıq havada gəzmək, fiziki aktivliklə məşğul olmaq, zərərli vərdişlərdən uzaq olmaq və ən əsası sağlam qidalanmaq lazımdır. Erkən yaşlarda fəstfud tipli qidalar, şirin qazlı içkilər uşaqlara ziyandır. 
- Bu gün mağazalardakı ərzaqların, hətta ət məhsullarının da tərkibində çoxlu hormonlar və digər təhlükəli komponentlərin olduğu və belə məhsullardan istifadənin problemlərə yol açacağı ilə bağlı valideynlərin ciddi qorxuları var. Bu barədə nə deyə bilərsiniz?
- Çox vacib məqamdır. Vurğuladığınız səbəbə görə bu gün hətta ət məhsullarının qəbuluna da məhdudiyyət qoymaq məcburiyyətindəyik. Ət məhsullarının həftədə 2-3 dəfədən artıq qəbul edilməməsini, meyvə və tərəvəzlərin mövsümə uyğun alınmasını, mağazalarda satılan hazır şirniyyat və yeməklərdən istifadə olunmamasını tövsiyə edirik. Bu məhsullardakı hormonal maddələr uşaqlarda erkən cinsi inkişafa səbəb ola bilər.
Uşaqlarda cinsi inkişafı sürətləndirən səbəblər: - Həkim, qızlarda və oğlanlarda ərgənlik (cinsi yetkinlik) əlamətləri neçə yaşında özünü göstərməlidir?
- Qızlarda 8 yaşından, oğlanlarda 9 yaşından etibarən cinsi əlamətlər başlaya bilər. Lakin burada cinsi inkişafın yaşından daha önəmli məsələ onun hansı sürətlə irəliləməsidir. Əgər cinsi inkişaf sürətlə irəliləyərsə, uşaqların yekun boyu qısa ola bilər, odur ki, cinsi inkişafı başlayan uşaqların vaxtaşırı endokrinoloq müayinəsində olması lazımdır.
- Nə kimi amillər cinsi yetkinliyin erkən inkişafını tezləşdirə bilir?
- İrsi faktorların, qida və ətraf mühit çirkləndiricilərinin cinsi inkişafı tezləşdirmək xüsusiyyəti var. Tam sübuta yetirilməsə də, bildirçin yumurtası, broyler toyuqlar, kolbasa və konserv məhsulları, arı mumu, lavanda yağı, çiyələk, mövsümə uyğun olmayan meyvələrin cinsi inkişafı sürətləndirdiyi düşünülür, eləcə də uşaqların dərisini nəmləndirmək üçün istifadə olunan yağlar, müxtəlif ot və dəmləmələrin davamlı istifadəsi cinsi inkişafı sürətləndirə bilər. 
- Endokrin xəstəliklərin statistikasını da bilmək istərdik, əvvəlki illərlə müqayisədə uşaqlar arasında bu problemin artımı, ya azalması müşahidə olunur? 
- Dəqiq statistika əlimizdə olmasa da, şəxsi təcrübəmdən deyə bilərəm ki, endokrin xəstəliklər artmağa doğru gedir. Bu, həm aşkarlanmanın və diaqnostikanın çoxalması ilə, həm də uşaqların həyat tərzinin və qidalanmasının pisə doğru dəyişməsi ilə əlaqədardır. Burada sosial-psixoloji gərginliklər, ekoloji çirklənmə də vacib rol oynayır. 
- Doktor, COVID-19 pandemiyası demək olar ki, bitib. Bu, sevindirici xəbər olsa da, indi də hər kəsi post-koronavirus sonrası mərhələ narahat edir. Koronavirus uşaqlarda hansı izləri qoydu? 
- Koronavirusun bizim sahədə ən böyük fəsadı piylənmə oldu. Uşaqların fiziki aktivlikdən uzaqlaşdıqları, oturaq həyata keçdikləri, monitor önündə keçirdikləri saatların artması ilə əlaqədar olaraq, hətta pandemiyadan əvvəl tam normal çəkili olan uşaqların 2 il sonra artıq çəki ilə müraciət etdiklərinin şahidi oluruq.
Uşaqlarda cinsi inkişafı sürətləndirən səbəblər: - Böyümə hormonlarının həkim nəzarəti olmadan istifadəsi hansı problemlərə yol açır? 
- Böyümə hormonunun həkim göstərişi olmadan istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Məsələn, akromeqaliya. Bu zaman bədən üzvləri arasından asimmetrik böyümə qeyd olunur. Uşağın burnu, əl və ayaqları, çənə sümüyündə kobudlaşma, sürətli böyümə qeyd oluna bilər. Qeyd edim ki, boy zonaları bağlanmaq üzrə olan uşaqlara boy hormonu vurmaq qətiyyən olmaz.
- Doktor, patologiyaların uşaqlarda səbəb olduğu inkişaf geriliyi barədə nə demək olar? 
- Uşaq orqanizmi o qədər həssasdır ki, istənilən sistemin psixologiyası inkişaf geriliyinə səbəb ola bilər. Məsələn, mədə-bağırsaq, böyrək, allergik xəstəliklər uşaqların fiziki inkişafına mənfi təsir edə bilər. Ona görə də fiziki inkişaf geriliyi olan uşaqlarda ilk olaraq bu patologiyalar inkar olunmalıdır. İnkişaf geriliyinin hər zaman unudulan, lakin önəmli yer tutan variantını qeyd etmek istərdim - psixososial inkişaf geriliyi. Dərs yükünün artması, ailə təzyiqləri, ailənin maddi rifahının yaxşı olmaması kimi hallar uşağın inkişafını ləngidə bilər.

Sağlamlıq     Baxılıb: 1477   Tarix: 26 aprel 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

aksessuarlar həkim məsləhəti qadin sayti masin sou qan qruplari 2026 cu ilin modasi qadın testləri kosmetika kəlamlar ana haqqinda bayati paxlava oglaq porno