Uşaqlarda eşitmə problemi

Uşaqlarda eşitmə problemiEşitmə problemi olan bir uşaq, danışmağı öyrənə bilməz və ətrafıyla ünsiyyətdə problemlər yaşayar. Odur ki, uşağınız doğulduğu ilk gündən etibarən onu daim nəzarətdə saxlamalı, şübhəli bir hal müşahidə etdikdə həkimə müraciət etməlisiniz. Onu da qeyd edək ki, vaxtıda müdaxilə edildiyi təqdirdə eşitmə qüsuru ilə doğulan uşaqların böyük əksəriyyəti bir müddət sonra normal eşitməyə başlayırlar.
Uşaqlarda eşitmə problemi
Körpənin eşitmə problemi ilə doğulmasının bir çox səbbləri var. Bunlardan məyən anaların günahı ucbatından baş verir. Məsələn qadın hamiləlik zamanı qırmızı və soyuq qidalarla qidalaırsa, spirtli içkilərə və siqaretə meyllidirsə bu uşağın problemli doğulma riskini xeyli artırır. Uşağın zəif eşitməsinin bir səbəbi də genetik faktorlarla əlaqədardır. Belə ki, valideynlərdən birində uşaq vaxtı eşitmə problemi olubsa bu mütləq özünü körpədə də göstərəcək.
Aşkar nişanələr
Ancaq valideyn nə qədər diqqətli olsa belə "dilsiz-ağızsız" körpənin problemini anlamaqda çətinlik çəkəcək. Lakin problemin aşkar əlamətləri var ki, bununla balacada eşitmə qüsurunun olmasını başa düşmək olar. Beləliklə əgər körpənizdə aşağıda göstərilən hallar baş veribsə onda eşitmə qüsurunun olması ehtimalı xeyli artmış olur:
Körpənin üzündə normal olmayan görünüş
Körpənin 5 gündən çox reanimasiya modulunda qalması
Körpəyə damardan antibiotik verilməsi
Körpənin menenjit keçirməsi
Körpədə n evroloji qüsurların olması
Körpənin 9 gün ündən 2 yaşına qədər ağır kəllə — beyin travması alması
Körpənin qulağından maye gəlməsinə səbəb olan, 3 aydan çox davam edən və xroniki hal alan qulaq infeksiyasına yoluxması
Bundan əlavə...
Əgər uşağınız, 6 aylığına qədər;
Səslərə ağlamaq, gülmək və ya digər bir formada reaksiya vermirsə;
Səs-küyə oyanmırsa;
Səsləri təqlid etmirsə;
Başını səs gələn istiqamətə çevirmirsə:
6 — 12 ay arasında;
Soruşduqda ona tanış bir obyekti və ya şəxsi göstərə bilmirsə;
Qəribə səslər çıxarmayıbsa (və ya ümumiyyətlə danışmırsa);
Sadə komandalara ("Əlini yellə", "Gül" və s.) reaksiya vermirsə:
18 ay — 2 yaş arasında:
İlk çağırışdaca səsinizə və ətrafdakı səslərə reaksiya reaksiya vermirsə;
Səsin haradan gəldiyini çətinliklə müəyyən edirsə;
Tanış simalar və ya cismlər gördükdə sadə sözlər işlətmirsə;
Yaşıdlarının istifadə etdiyi sözləri deyə bilmirsə:
Yuxaridakı 3 bölmədə göstərilən əlamətlərdən he, olmasa biri uşağınızda müşahidə edilirsə deməli ondaeşitmə ilə bağlı problem var. Onu durmadan eşitmə cihazında eşitmə testindən keşirin. Qeyd edək ki, bu testdən keçmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hətta yeni doğulmuş körpə belə bu prosedurdan keçirilib qulağında problemin olub-olmamasıilə bağlı dəqiq diaqnoz qoyula bilər.
Yox əgər yuxarıda göstərilən əlamətlər körpənizdə yoxdursa lakin o hələ də danışmırsa o zaman danışma mütəxəssisinə müraciət edib uşağın dil inkişafını yoxlatmalısınız. Sözügedən mütəxəssislər həm uşaq xəstəxanalarında həm də əksər özəl klinikalarda var.
Unutmayın ki, "Ehtiyatlı igidin anası ağlar qalmaz". Odur ki, uşağınızda eşitmə və ya digər bir xəstəliyin olmasıyla bağlı şübhəniz varsa durmadan həkimə müraciət edin. Əgər onda xəstəlik tapılmasa belə həkim yoxlanışının ona heç bir ziyanı olmayacaq. Ancaq gecikməklə uşagınızı ömrü boyu həyatın gözəl səslərini eştməkdən məhrum edəbilərsiniz.

Ailə və Uşaq     Baxılıb: 2859   Tarix: 11 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari toy makiyaji sekilleri cinsi xəstəliklər saçlara qulluq ayaqqabı bagirsaqlari temizlemek ucun kosmetika ikizler veten haqqinda bayati burclerin uyumu hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruz hakisdalari