Uşaqlarda eşitmə problemini yaradan səbəblər

Uşaqlarda eşitmə problemini yaradan səbəblərKörpənin eşitmə problemi ilə doğulmasının bir çox səbəbləri var. Bunlardan məyən anaların günahı ucbatından baş verir. Məsələn qadın hamiləlik zamanı qırmızı və soyuq qidalarla qidalaırsa, spirtli içkilərə və siqaretə meyllidirsə bu uşağın problemli doğulma riskini xeyli artırır. Uşağın zəif eşitməsinin bir səbəbi də genetik faktorlarla əlaqədardır. Belə ki, valideynlərdən birində uşaq vaxtı eşitmə problemi olubsa bu mütləq özünü körpədə də göstərəcək.

Eşitmə problemi olan bir uşaq, danışmağı öyrənə bilməz və ətrafıyla ünsiyyətdə problemlər yaşayar. Odur ki, uşağınız doğulduğu ilk gündən etibarən onu daim nəzarətdə saxlamalı, şübhəli bir hal müşahidə etdikdə həkimə müraciət etməlisiniz. Onu da qeyd edək ki, vaxtıda müdaxilə edildiyi təqdirdə eşitmə qüsuru ilə doğulan uşaqların böyük əksəriyyəti bir müddət sonra normal eşitməyə başlayırlar.

Aşkar nişanələr

Ancaq valideyn nə qədər diqqətli olsa belə "dilsiz-ağızsız" körpənin problemini anlamaqda çətinlik çəkəcək. Lakin problemin aşkar əlamətləri var ki, bununla balacada eşitmə qüsurunun olmasını başa düşmək olar. Beləliklə əgər körpənizdə aşağıda göstərilən hallar baş veribsə onda eşitmə qüsurunun olması ehtimalı xeyli artmış olur:

Körpənin üzündə normal olmayan görünüş

Körpənin 5 gündən çox reanimasiya modulunda qalması

Körpəyə damardan antibiotik verilməsi

Körpənin menenjit keçirməsi

Körpədə n evroloji qüsurların olması

Körpənin 9 gün ündən 2 yaşına qədər ağır kəllə - beyin travması alması

Körpənin qulağından maye gəlməsinə səbəb olan, 3 aydan çox davam edən və xroniki hal alan qulaq infeksiyasına yoluxması

Bundan əlavə...

Əgər uşağınız, 6 aylığına qədər;

Səslərə ağlamaq, gülmək və ya digər bir formada reaksiya vermirsə;

Səs-küyə oyanmırsa;

Səsləri təqlid etmirsə;

Başını səs gələn istiqamətə çevirmirsə:

6 - 12 ay arasında;

Soruşduqda ona tanış bir obyekti və ya şəxsi göstərə bilmirsə;

Qəribə səslər çıxarmayıbsa (və ya ümumiyyətlə danışmırsa);

Sadə komandalara ("Əlini yellə", "Gül" və s.) reaksiya vermirsə:

18 ay - 2 yaş arasında:

İlk çağırışdaca səsinizə və ətrafdakı səslərə reaksiya reaksiya vermirsə;

Səsin haradan gəldiyini çətinliklə müəyyən edirsə;

Tanış simalar və ya cismlər gördükdə sadə sözlər işlətmirsə;

Yaşıdlarının istifadə etdiyi sözləri deyə bilmirsə:

Yuxaridakı 3 bölmədə göstərilən əlamətlərdən heç olmasa biri uşağınızda müşahidə edilirsə deməli ondaeşitmə ilə bağlı problem var. Onu durmadan eşitmə cihazında eşitmə testindən keşirin. Qeyd edək ki, bu testdən keçmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hətta yeni doğulmuş körpə belə bu prosedurdan keçirilib qulağında problemin olub-olmamasıilə bağlı dəqiq diaqnoz qoyula bilər.

Yox əgər yuxarıda göstərilən əlamətlər körpənizdə yoxdursa lakin o hələ də danışmırsa o zaman danışma mütəxəssisinə müraciət edib uşağın dil inkişafını yoxlatmalısınız. Sözügedən mütəxəssislər həm uşaq xəstəxanalarında həm də əksər özəl klinikalarda var.

Unutmayın ki, "Ehtiyatlı igidin anası ağlar qalmaz". Odur ki, uşağınızda eşitmə və ya digər bir xəstəliyin olmasıyla bağlı şübhəniz varsa durmadan həkimə müraciət edin. Əgər onda xəstəlik tapılmasa belə həkim yoxlanışının ona heç bir ziyanı olmayacaq. Ancaq gecikməklə uşagınızı ömrü boyu həyatın gözəl səslərini eştməkdən məhrum edəbilərsiniz.

Ailə və Uşaq     Baxılıb: 5228   Tarix: 20 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler geyim və ayaqqabılar tüklərin təmizlənməsi normal yuxu yay paltarlari 2026 qadın saytı kosmetika baldiza aid haxisda gozellik veten haqqinda atalar sozu novruz bayramına aid hakıştalar maska