Uşaqlarda həkim fobiyası

Uşaqlarda həkim fobiyasıUşaqlarda rast gəlinən fobiyalardan biri də həkim fobiyasıdır. Bu uşağın həkim adını eşidərkən qorxması, həyəcanlanması ilə özünü biruzə verir. Eyni zamanda uşaqlar lazımi zamanlarda həkimə getməli olduqlarında ağlayaraq, müxtəlif xoşagəlməz davranışlarla valideynlərinin narahatlığına səbəb olurlar. Bəs uşaqlarda rast gəlinən bu fobiyaya səbəb nədir? Uşaqlarda həkimdən qorxu nə zamandan başlayır?

Yəqin ki, övladınızı körpəlik dövründə həkimə rahat şəkildə apardığınıza diqqət etmisiniz. Səbəb isə onların hələ həkim haqqında heç bir təsəvvürlərinin olmamasıdır. Artıq ətrafı dərk etməyə başlayan uşaq həkimə gedərkən orada ona iynə vurulmasının şahidi olduqdan sonra həkimə getməkdən qorxar. Eyni zamanda, övladınız dəcəlliklər edərkən, sizi dinləmədiyində, yatmadıqda, "Sakit dur, yoxsa həkimə apararam", "Belə etsən, həkimi çağıracağam, iynə vursun", "Yat, yoxsa həkim gələcək" kimi ifadələriniz övladınızda həkim haqqında yanlış təsəvvürlər yaranmasına və bu təsəvvürlərin mənfi istiqamətdə inkişafına səbəb olur.

Diqqətli davranın. Övladınızda bu kimi qorxular qalıcı ola bilər ki, bu da həyatı boyu bu hissin onu izləməsinə, travma şəklində yaddaşında qalmasına səbəb olar. Bunun üçün diqqətli olmağınız və həkim haqqında övladınızda qorxulu bir insan təsəvvürü yaratmamağınız tövsiyyə olunur.

Rollu oyunlar oynayın. Övladınızla birlikdə rollu oyunlar oynayın. Bu zaman bəzən onun, bəzən isə sizin həkim rolunda olmanızı təmin edin. Həkim çantası alsanız bu onun xoşuna gələr və həmçinin həkimi bu əşyalardan istifadə edərkən qorxu hissi yaşamaz. Rollu oyunlar zamanı övladınızın həkim barəsində olan təsəvvürünü müsbətə doğru dəyişməyinə yardımçı ola bilərsiniz.

Aldatmayın. Övladınızı həkimə apararkən onu parka, əyləncə mərkəzinə apardığınızı deyərək evdən çıxarmağın yaxşı üsul olduğunu düşünürsünüzsə yanılırsınız. Bu üsulunuz övladınızın sizə olan inamının itməsinə, eyni zamanda həkim haqqında mənfi və yanlış fikirlərinə səbəb olar.

Məlumat verin. Kitabda, jurnalda həkim haqqında verilmiş bilgiləri övladınıza çatdırın. Bu zaman onların şəkilləri (ağ geyimli, gülər üzlü) ilə də tanış etməyiniz və necə bir peşəyə malik olmaları, insanları sağaltmaları və s. haqqında məlumatları verməyiniz övladınızda xoş təsəvvür yaradar.

Həkim dəstəyi. Əgər övladınız hər dəfə həkimə gedərkən çox narahatlıq keçirirsə bu məlumatı övladınızın həkiminə bildirməyiniz faydalı olar. Həkimin övladınızla fərqli davranışı onun qorxusunun aradan qaldırılmasında daha yaxından kömək olar.

Həkim fobiyanız varmı? Bildiyiniz kimi, uşaqlar valideynlərini təqlid etməyi sevirlər. Bəzən özləri də fərqində olmadan valideynlərinin hisslərini öz üzərlərinə köçürürlər. Əgər sizin həkim fobiyanız varsa, bunu övladınıza yansıtmamalısınız.

Narahatlığınızı aradan qaldırın. Övladınız həkimə apararkən onun üçün hədsiz narahatlıq hissi keçirisinizsə bu zaman övladınızın da narahatlığına səbəb olacaqsınız. Bunun üçün çalışın ki, övladınızı həkimə apararkən rahat olasınız və övladınızı da bu rahatlıq duyğusu ilə təmin edə biləsiniz.

Ailə və Uşaq     Baxılıb: 2003   Tarix: 24 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan