Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi

Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyiBu da uşaqlar arasında geniş yayılmış ürək-damar xəstəliklərindən biridir. Xəstəlik o qədər müxtəlif formalarda özünü büruzə verir ki, çox vaxt həkimlər də düzgün diaqnoz qoymaqda çətinlik çəkirlər.
Vegetativ-damar distoniyası zamanı ən tez-tez rast gəlinən simptomu nəqliyyatda gediş zamanı, hava dəyişməsində, yorulma və s. zamanı baş verən baş ağrılarıdır. Belə uşaqlarda ürəkgetmə də ola bilər. Bu zaman əvvəl uşağın gözləri qaralır, qulaqlarında küy, başgicəllənmə əmələ gəlir, sonra uşaq huşunu itirərək yıxılır. Bir neçə dəqiqədən sonra uşağın huşu bərpa olunur, lakin halsızlıq, yuxululuq davam edir. Belə uşaqlar mütləq nevropatoloq və kardioloq tərəfindən müayinə olunmalıdırlar.
Vegetativ-damar distoniyasında arterial təzyiqin həm qalxması, həm də enməsi müşahidə olunur. Arterial təzyiqi yuxarı və ya aşağı olan uşaqları da həkim kardioloqa göstərmək lazımdır. Arterial təzyigin yuxarı normaları (bu rəgəmlərdən yuxarı olmamalıdır) 7-9 yaşlarda 125/75 mm c.st, 10-13 yaşlarda 130/80 mm c.st, 14-17 yaşlarda 135/85 mm c.st hesab olunur. Böyüklərdə yuxarı norma 130/80 mm c.st hesab edilir.
Bəzi hallarda vegetativ-damar distoniyası olan uşaqlar ürək ağrılarından, ürək ritminin pozğunluğundan da şikayət edirlər.
Xəstəlik müxtəlif formalarda təzahür etdiyi üçün, onun müalicəsi də hər bir xəstə uşaq üçün fərdi qaydada aparılmalıdır. Belə uşaqlara gün ərzində düzgün rejim müəyyən edilməli, onların yuxusuna kifayət qədər vaxt ayırmalı, istirahət, təmiz havada gəzinti, bədən tərbiyəsi, üzgüçülük ilə məşğul olmalarına (idman yox!), su proseduraları, vannalar, duşlar qəbul edə bilmələrinə diqqət yetirmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2229   Tarix: 07 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

.

Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır

Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağı

.

Yayda ən təhlükəli spirtli içki hansıdır?

Yay aylarında bir çoxları sərinlənməyin ən təhlükəsiz yolunun soyuq pivə, sidr və ya şirin kokteyl içmək olduğunu düşünür. Güclü spirtli içkilərdən istidə uzaq durmağa çalışsalar da, az alkoqollu içkilər çox vaxt zərərsi

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Tez-tez kolbasa yemək xərçəng riskini artırır

Sosis, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal (yoğun və düz bağırsaq) xərçəngi riskini artıra bilər. xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

turlar.az

toy makiyaji sekilleri qadin sayti kosmetika mehsullari atalar sözləri maqazin qadinda cinsi isteksizlik qadin ehtirasi artiran dermanlar kosmetika turpun nağlı xanim az şəkərbura pizza vətən həsrətinə aid bayatılar