Uşaqları körpə vaxtından soyuq havaya öyrəşdirmək

Uşaqları körpə vaxtından soyuq havaya öyrəşdirməkSoyuq aylarda azyaşlılar böyüklərlə müqayisədə virus və infeksion xəstəliklərə daha tez yoluxurlar. Bunun başlıca səbəbi vitamin çatışmazlığı və immunitetin zəif olmasıdır. həkimlərin dediyinə görə, uşaqların immun sisteminin möhkəmlənməsi üçün onları erkən yaşlarından soyuq hava şəraitinə öyrəşdirmək lazımdır. Həmçinin azyaşlıların həddindən artıq qalın geyindirilməsi məsləhət deyil.
Milli.Az bildirir ki, həkim-pediatr Günay Rəsulova deyib: "Uşağın soyuq havaya öyrəşdirilməsi onların immun sistemini möhkəmləndirməkdə çox mühüm rol oynayır. Təəssüf ki, bəzi valideynlər uşaqları həddindən artıq istiyə öyrəşdirməyə meyillidir. Bunun ziyanı odur ki, havalar soyuyanda, uşaq isti şəraitdən soyuq şəraitə keçəndə onun həmin şəraitə uyğunlaşmağı zəif olur və həmin soyuq uşaq orqanizmi üçün bir stres faktoruna çevrilir. Bunun baş verməməsi üçün uşaq lap körpəlikdən yavaş-yavaş, tədricən həmin şəraitə öyrəşdirilməlidir".
Onun sözlərinə görə, uşağın qaldığı otağın temperaturu maksimum 20-24 dərəcə olmalıdır. Həmçinin körpəni hər gün açıq havada ən azı bir saat gəzdirmək lazımdır: "Həmin temperaturda, deyək ki, 30-32 dərəcə isti temperatura uyğunlaşan uşaq xarici mühitə çıxanda tez xəstələnir. Bundan başqa uşağın soyuğa uyğunlaşdırılması və həmin mikroblarla təmas zamanı xəstələnməməsi üçün otağın temperaturunu normadan aşağı salmaq lazımdır. Lakin əksər ailələrdə valideynlər bunun əksini edərək otağı normadan isti saxlayırlar. Bu zaman otaqda yüksək temperatur nəticəsində uşağın nəfəs yollarında istidən quruma və qıcıqlanma baş verir, daha sonra isə öskürmə və burun tıxanması yaranır".
Hətta körpənin hərarəti yüksələndə belə onu havaya çıxarmaq lazımdır. Bununla yanaşı, yeni doğulan uşaqları hər gün ilıq su ilə çimizdirmək tövsiyə olunur. 2 yaşdan sonra isə balacaları soyuq qidalara öyrəşdirmək məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1286   Tarix: 03 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik kosmetika mehsullari qis geyimləri 2026 ana ve usaq peraski cudu yuxuda balqabaq məmməd ismayıl kosmetika rus dili 2ci ders vətən hakisda ikizler masturbasiya nedir