Uşaqlarınızın düşmən olmaması üçün 7 şərt

Uşaqlarınızın düşmən olmaması üçün 7 şərtOlduqca məsuliyyət tələb edən valideyn-övlad münasibətləri zamanı edilən kiçik bir səhv uşaqların alt şüurunda ciddi mənfi təsirlər buraxa bilər. Ailədəki uşaqlarla davranışlarda müəyyən məqamlara diqqət yetirmədikdə isə onların bir-biri ilə "düşmən" münasibəti formalaşır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, mütəxəssislər valideynlərin həmyaşıd olan övladları ilə münasibəti zamanı onları bir-birinə rəqib hiss etdirəcək, dəyərsizlik hissi yaşadacaq 7 təhlükəni davranış şəklini açıqlayıblar.
1. Bacı və ya qardaşından nümunə götürməlisən!
Digər uşaqlarla müqayisə heç də yaxşı motivasiya şəkli deyil. Belə olan halda biri digərindən daha yaxşı, yaxud daha pis olduğu fikrinə qapılır ki, uzunmüddətli perspektivdə bu, həm özünə hörmət problemlərinə, həm də uşağın hiylələrdən istifadə etməyə başlamasına, acı rəqabətə səbəb ola biləcək qısqanclıq hisslərinə səbəb ola bilər.
2. Onu sevməlisən!
Ailəyə yeni bir körpə gələn zaman böyük uşaq adətən stress yaşayır. Böyük uşaqlara "yeni"nin qan bağı ilə bağlı olduqlarını israrlı şəkildə təlqin eləmək vəziyyəti daha da pisləşdirə bilər. Yaxşı olar ki, onlara sözlə nəyisə izah eləməkdənsə, birlikdə zaman keçirmələrinə şərait yaradasınız.
3. Bacı və ya qardaşına baxmalısan!
Yaş fərqi çox olduqda bir çox valideyn böyük övladının kiçiyə baxmasını istəyə bilər. Ancaq bu durumda belə böyük övlada "baxıcı olmaq" vəzifə kimi yüklənməməli, uşaqlardan biri digərinin valideyni olaraq özünü görməməlidir.
4. Sən daha böyüksən, olğun davran, görməzdən gəl!
Kiçiyin tərəfini tez-tez saxlayıb, böyüyü isə nələrisə görməzdən gəlməyə məcbur eləmək uşaqlar arasında münasibətlərin qırılmasına, eyni zamanda xarakterik problemlərə gətirib çıxarır. Əlavə məsuliyyət, davamlı təzyiq səbəbindən böyük uşaq daim başqaları tərəfindən təsdiqlənmək ehtiyacı görür, dostları ilə əlaqə yaratmaqda çətinlik çəkir, qayğılı, mükəmməliyyətçi bir xarakteri formalaşır.
5. Kim birinci edəcək?
Uşaqları bir-biri ilə rəqabətə məcbur eləmək, hər iki uşağın məğlubiyyəti və qalibiyyəti çox güclü hiss etməsinə səbəb olur. Rəqabət uşaqlar üçün oyun deyil. Məsləhətdir ki, onları bir-biri ilə yarışan iki rəqib yox, eyni vəzifəni birgə yerinə yetirən komanda halına gətirəsiniz.
6. Qəzəblənməyi dayandır, məsələni özün həll et!
Uşaqlara əsəbiləşməyi qadağan etmək yerinə, onları dinləyin, duyğularının normal olduğunu bildirib, problemi həll etmələrinə köməklik göstərin.
7. İkinizi də bərabər sevirəm!
Uşaqları ayırmamaq önəmlidir. Amma bu cümləni qurmaq onların heç bir xüsusi bacarığının, yönünün olmadığı anlamına gəlir. Əvəzinə onların fərqli xüsusiyyətlərini qabardaraq, bacarıqlarına görə tərifləmək daha yaxşı olar. Belə olanda uşaqlar özlərini dəyərli hiss edir, fərdi bacarıqlarının fərqində olur.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1267   Tarix: 26 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

kosmetoloq qadin sayti toy gecesi qadindunyasi kabab reseptləri düşüncə dərsi hamilə qala bilmək kosmetika intim aysel qiz evi haxista azerbaycanli is adami amerikada gullelendi novruza aid hakisda