ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA: dəhşətə gəldik, qorxunc, utancverici...
"Afrika hər hansı peyvənd üçün test məkanı ola bilməz və olmayacaq".
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus deyib.
O, İsveçrənin Cenevrə şəhərində keçirilən videokonfrans vasitəsilə COVID 19 peyvəndinin Afrikada sınaqdan keçirilməsini istəyən fransız həkimləri sərt tənqid edib: "Düzünü desəm, dəhşətə gəldim. Həmrəyliyə ən çox ehtiyacımız olduğu bir zamanda bu cür "irqçi deyimlər" həmrəylik düşmənliyidir. Fransız həkimlərin açıqlamaları utancverici və qorxuncdur. ÜST buna heç vaxt icazə verməyəcək".
Baş direktor bildirib ki, koronavirusla bağlı ilk məlumatı açıqlayandan 100 gündən az müddət keçməsinə rəğmən, peyvənd araşdırmaları inanılmaz sürətlə irəliləyib.
Qebreyesus qeyd edib ki, peyvənd üzərində 20 institut və şirkət çalışır. ÜST peyvəndlər hazır olduqdan sonra onların bütün ölkələr üzrə bərabər paylanmasını təmin edəcək.
Zümrüd









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı