ÜST-dən RƏSMİ AÇIQLAMA: Pandemiyanın başladığı yer Uhan deyil
Yeni tip koronavirus pandemiyasının çıxış nöqtəsi Çinin Uhan şəhəri olmaya bilər.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir.
ÜST-ün Fövqəladə Vəziyyətlər Proqramının icraçı direktoru Maykl Rayn Çində koronavirus pandemiyasının zoonotik (heyvanlardan insanlara yoluxma yolu) özəyinin tapılması ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın ilkin nəticələrini paylaşıb. O, Uhanda SARS kimi yoluxmalara qarşı nəzarət sisteminin mövcud olduğunu və bu sistemdən yeni bir epidemiyaya dair xəbərdarlıq edildiyini, lakin bunun şəhərin yeni koronavirus tipləri arasında keçid yeri olduğu mənasına gəlmədiyini bildirib.
Rayn yoluxmalar arasındakı əlaqəni tapmaq və növlərarası əlaqənin tam olaraq harada yaşandığını müəyyənləşdirmək üçün daha genişmiqyaslı işlərin görülməsinin vacibliyini vurğulayıb: "İşin incə nöqtəsi yoluxan ilk insan qrupunu tapmaq və daha sonra insan-heyvan bariyerinin keçildiyi ilk nöqtəni təsbit etməkdir. Bu sərhədin harada pozulduğunu müəyyən etdikdə heyvanlar üzərindəki araşdırmaları daha sistematik şəkildə aparmaq mümkün olacaq".
ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus Uhanda ilk yoluxmaların potensial infeksiya qaynağı olub-olmadığını müəyyən etmək üçün epidemioloji işlər aparılacağını qeyd edib.
Qeyd edək ki, araşdırmaçı qrup Uhan şəhərinə iyun ayında ezam olunub. Komandanın araşdırması daha sonra bölgəyə gedəcək beynəlxalq missiya üçün hazırlıq xüsusiyyəti daşıyır.
Xatırladaq ki, yeni tip koronavirusun ilk ocağı kimi Uhan şəhərindəki dəniz və vəhşi heyvan məhsulları bazarı göstərilir.
Zümrüd









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar