ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
ÜST-ün fövqəladə hallar proqramının direktoru Maykl Rayan hazırda koronavirus infeksiyasının qida yolu ilə ötürülməsi barədə heç bir dəlil olmadığını söyləyib.
Publika.az xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə danışıb.
"Qida zəncirinin virusun ötürülməsində iştirak etdiyinə dair heç bir sübut yoxdur", - Rayan bildirib.
Eyni zamanda, ÜST-ün Təcili Xəstəliklər Birliyinin texniki qrupunun rəhbəri Maria Van Kerkxovenin qeyd edib ki, Braziliyadan Çinə gətirilən toyuq qanadlarının paketində infeksiya paketlərdə qala bilər.
"Anladığımız qədər, Çin paketləri sınaqdan keçirdi. Bir neçə yüz nümunə sınaqdan keçirildi, onlardan yalnız 10-u müsbət nəticə göstərdi. Həqiqətən virus bir müddət səthlərdə qala bilər. Lakin virus qida içərisindədirsə, bişirərkən digər viruslar kimi məhv edilə bilər ", - ÜST nümayəndəsi açıqlamasında vurğulayıb.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR