Üz dərisini qırışlardan necə qorumalı?

Üz dərisini qırışlardan necə qorumalı?Təəssüf ki, dərinin qocalması geri dönüşü olmayan prosesdir. Ancaq dərinizi vaxtsiz qırışlardan və tonusunun itirilməsindən qoruya bilərsiniz. Sağlam həyat tərzi və üzə düzgün qulluq vasitələrilə siz bu prosesi gecikdirə bilərsiniz.

Düzgün qidalanma

Yediklərimiz birbaşa üzümüzə təsir edir. Üz dərisini uzun müddət cavan və sağlam saxlamaq istəyən xanımlar meyvələrdən çox istifadə etməlidirlər. Hər gün 2-3 müxtəlif meyvə, xama və ya bitki yağı ilə hazırlanmış tərəvəz salatı yeməlidirlər. Avakado və qoz yemək də faydalıdır. Çox su içməyi də unutmayın. Yaddan çıxartmayın ki, su dərinin tonusunu saxlamağa kömək edir.

Nəmləndirmə

Yağlı dəriyə sahib olan xanımlarda üzün qırışması quru dərili xanımlara nisbətən gec baş verir. Üz dərisinin nəmləndirilməsinə xüsusi diqqət ayırmaq lazımdır. Kimin piy vəziləri daha çox yağ istehsal edirsə, həmin xanımlar yüngül kremlərlə keçinə bilərlər. Quru dərili xanımlar isə daha zəngin tərkibli vasitələrdən istifadə etməlidirlər. Əğər sızanaqlardan əziyyət çəkirsinizsə, həmin hissəyə adi krem vurun.

Vaxtsız qırışların qarşısını almaq üçün eynək köməyinizə gələ bilər.

Gənc yaşda qırışların yaranmasının əsas səbəbi mimik hərəkətlərdir. Danışarkən qaşların qaldırılması kimi mimik hərəkətlər alında qırış yaradır. Gülmək isə göz kənarı, burun ətrafı və dodağın kənarlarında qırışların yaranmasına səbəb olur. Əgər üzünüzün ifadəsini nəzarətdə saxlaya bilmirsinizsə maskalar vasitəsilə bu qırışların yaranmasından xilas ola bilərsiniz. Zəif görən insanlar tez-tez gözlərini qıydıqlarına görə göz ətrafı qırışlar yaranır. Görmə problemi olan xanımlar göz həkiminə müraciət etməli, eynək və linzalardan istifadə etməlidirlər.

Üz masajı

Qırışların qarşısını almaq üçün həftədə 2 dəfə üzü masaj etmək lazımdır. Yumşaq hərəkətlərlə, dairəvi formada alın və və göz ətraflarını masaj edin.

Gözəllik və Moda     Baxılıb: 4247   Tarix: 23 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

turlar.az

adlarin menasi toy makiyajlari yay geyimləri 2026 vətən haqqında bayatı sacin horulmesi merlin monro dini qadin geyimleri kosmetika janrlar cinsi əlaqə qadin saglamlig usaq geyimleri vetene aid bayatilar