Üz üçün maska
Əgər axşam hansısa mərasimə getməlisinizsə və üzünüz solğun, şişkin və nahamardırsa onada sizə təklif etdiyimiz maskadan istifadə edin.
Lazım olanlar:
Düyü (təmizlənmiş)
Yulaf yarması
Qoz
Banan
Su
Hazırlanması:
Köfeüyüdəndə 70-75 qr düyünü yaxşıca xırdalayırıq (onu əvvəlcə yaxşıca yuyuruq), una çevriləndə ona bir azca yulaf yarması və 1 təmizlənmiş qoz əlavə edirik, onları da xırdalayırıq. Bir münasib qaba boşaldırıq (cünki diğər məhsulları da əlavə etməliyik). Bananın 3-4 sm hissəsini götürübalınan kütlə ilə qarışdırırıq. Bir qədər su əlavə edib qarışdırırıq. Bir qədər qatı kütlə alınacaq. Alınmış kütləni 10 dəqiqə saxlayırıq.
Əvvəlcə üzünüzü yaxşıca təmizləyin. Məsələn, üzü təmizləmək üçün çobanyastığını suda 7-10 dəqiqə qaynadın, üzünüzü buxarına verin (elə edin ki, buxar üzünüzü yandırmasın), sonra yumşaq skrabla təmizləyin. Maskanı 20-25 dəqiqə üzə çəkib gözləyin. Sonra üzünüzü isti qaynamış suda yuyun (krandan gələn su ilə yumayın, yoxsa xlorlu su bütün əziyyətiniz heç edəcək), daha sonra soyuq qaynamış su ilə yuyun.
Diqqət: Bu maskanın dərini dartmaq kimi yaxşı xüsusiyyəti var, siz bir qədər dartılma hiss edə bilərsiniz. Buna görə də maskadan sonra yumşaldıcı kremlərdən istifadə edə bilərsiniz
Zümrüd Cavadova
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq