Uzun saç uşağın inkişafına ziyan vurur? - Pediatr izah edir

Uzun saç uşağın inkişafına ziyan vurur? - Pediatr izah edirSağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür.

Bu barədə "Kaspi" qəzetində məqalə dərc edilib.

"Uzun saç həqiqətən uşağın inkişafına mane olurmu? Ortancıl qızımın saçı uzundur, özü isə zəifdir. Çox adam deyir saçını kəsdir, uşaq inkişaf etsin" – bu fikirləri jurnalist həmkarımız Həbibə Abdulla sosial şəbəkədə qeyd etmişdi. Ümumiyyətlə, uzunsaçlı, arıq uşaqlar görəndə, "yediyi saçına gedir" deyə bir iddia səsləndirilir. Qohum-qonşu deyir ki, uşağın saçı kəsilsə, daha yaxşı inkişaf edəcək. Yaxud uşağın 40 günü tamam olandan sonra saçını tez-tez kəsməyi vacib bilirlər. Həm saç daha qalın çıxsın, həm də uşağın qəbul etdiyi vitaminləri saçları almasın deyə. Bunlar daha çox el arasında yayılan fikirlərdir. Bəs bu yanaşmada həqiqət payı nə qədərdir? Uzun saçlar uşağın inkişafına nə dərəcədə mane olur?

Saç genetik olaraq məlumatlanır ki...

Pediatr Aytən İsmayılzadə deyir ki, tibbi cəhətdən yanaşanda bu fikirlərin hər hansı elmi təsdiqi yoxdur: "İnsanın digər orqanları kimi saçların da inkişaf tempi genetikdir. Yəni orqanizm inkişafı üçün lazım olan qidanı alır. Eləcə də, saç genetik olaraq məlumatlanır ki, bu cür qidalanacaq. Saç üçün keratin, zülal, minerallar vacibdir. Onlar da hamısı bədəndən qəbul olunur. Necə ki, dəmir az olan kimi saç tökülməsi baş verir. Yəni orqanizmə qəbul edilən qidanın saçlara, təbii ki, təsiri var. Ancaq "uşağın yediyi saça gedir" demək də olmaz. Çünki bunun hər hansı elmi əsası yoxdur".

Ehtimal olaraq məsləhət görülür

Pediatr deyir ki, zəif qidalanan, uzun, qalın saçı olan uşaqların saçını kəsdirməyi məsləhət görür: "Kök uşaqlara D vitaminini arıq uşaqlarla müqayisədə daha çox təyin edirik. Vitaminin bədənə paylanmasını nəzərə alaraq bu addımı atırıq. Arıq uşaqlara təyin etdiyimizi ona da yazsaq, bədəni üçün azlıq edə bilər. Saç da çox uzundursa, sıxdırsa, qalındırsa, bu zaman onun sərf etdiyi vitamin də çox ola bilər. Ola bilər ki, saç uzun olanda, orqanizmdən daha çox enerji, qida sərf etsin. Uşaqda inkişaf geriliyi hiss edirəmsə, saçı uzun və qalındırsa, valideynlərə məsləhət görürəm ki, kəsdirsinlər. Elmi olaraq sübut edə bilmirik, ehtimal olaraq məsləhət görürük. Ola bilər ki, kəsilməsində fayda olsun".

Başa ağırlıq edir

A.İsmayılzadə bildirdi ki, uzun, qalın saçların uşaq orqanizminə faydası yox, zərəri var: "Qalın saç sağlamlıq göstəricisidir. Daha yaxşı qidalanır, orqanizmindən daha çox vitamin qəbul edir. Uşağın qidalanması da normaldırsa, yəni saçı onun inkişafına problem yaratmırsa, yenə də uşaqda qalın, sıx saçların uzun saxlanılmasının tərəfdarı deyiləm. Yəni uşağın yediyi saçına getməsə belə, yenə də kəsmək yaxşıdır. Qalın, uzun saç uşaq üçün yükdür. O yükü azaltmaq lazımdır. Uzunsaçlı uşaqlarda tez yorulma, baş ağrısı ola bilir. Saçı qısaldanda, uşaq yüngülləşir, sanki yorğunluğu da aradan götürülmüş olur. Digər tərəfdən, saç qalındırsa, sıxdırsa, başa ağırlıq edir və boyun əzələlərinə, uşağın onurğasına ziyan vurur. Gözəllik xətrinə uşaqların saçını uzatmaq lazım deyil".

Uzun saçları yığarkən...

Aytən İsmayılzadə qeyd etdi ki, uzun saçı olan uşaqların saçını yığarkən, darayarkən də müəyyən nüansları diqqətdə saxlamaq vacibdir: "Əgər iki yerə ayırıb yığırlarsa, simmetrik olaraq ortadan saçı iki bərabər hissəyə bölüb yığmaq lazımdır. Yaxud bir yerdən yığacaqlarsa, tam ortadan olmasına diqqət etsinlər. Çünki saç uzun olanda, ağırlığı da çox olur. Bir tərəfə düşən yük çox olursa, həmin nahiyədəki əzələlər daha çox yüklənir. Yaxud açıq saçı darayırlar, saçın çoxu bir tərəfə meyilli olur. Bu da bir tərəfin əzələlərinin daha çox yüklənməsi deməkdir".

Kəsilsə də, kəsilməsə də...

Türkiyəli professor Kamal Topaloğlu orqanizmi daha yaxşı inkişaf etsin deyə, tez-tez uşaqların saçlarının kəsdirilməsilə bağlı el arasında yayılan fikirlərlə bağlı mətbuata açıqlamasında deyib ki, uşağın qəbul etdiyi vitaminləri saçların çəkməsi metabolik olaraq mümkün deyil: "Balanslı qidalanma, normal ətraf mühit, sağlam psixoloji vəziyyət və sevgi uşağın inkişafında ən önəmli faktorlardır. Bundan başqa, el arasında uşaq inkişafı ilə bağlı səsləndirilən bir çox rəvayətlər düzgün deyil. Qız, ya oğlan, fərq etmir, uşaqların körpəlik vaxtından etibarən saçlarının davamlı olaraq qısa kəsilməsinin bədənin inkişafına heç bir qatqısı yoxdur. Bəzi uşaqlar saçları kəsilsə də, kəsilməsə də, son dərəcə sağlam olur. Sağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür. Saçın uzadılmasının vücudun gücünü azaldıb böyüməyinə mane olacağı yönündəki fikirlərin heç bir elmi mənbəyi yoxdur".

Ailə və Uşaq     Baxılıb: 2651   Tarix: 27 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

makiyaj instagram makiyaj etmek qaydalari qaşların formalari elza seyidcahan hamileliyi pozmaq ucun halva reseptləri cinsi heyat kosmetika vətən haqqında bayatı hekaye janri kley lekesi yuxuda qara ilan gormek kurtlar vadisi