Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi? - Mütəxəssis açıqlaması

Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi? - Mütəxəssis açıqlaması"Köp və qəbizlik şikayətlərinə rast gəlinmə halları həddən artıq çoxdur. Bizim toplumda bu şikayətlər daha çox faizlə özünü göstərir. Müraciət edən xəstələrin böyük əksəriyyəti həzmsizlik, köp və qəbizliklərdən şikayət edirlər".
Medicina.az xəbər verir ki, bunu həkim-qastroenteroloq Nigar Cəfərova deyib.
Mütəxəssis bildirib ki, köpün yaranması bir çox səbəblərlə bağlıdır. Onun sözlərinə görə, köp şikayəti ilə müraciət edən pasientlərdə daha çox qarında ağrılar, gərginlik şikayətləri olur. Köpün patoloji və funksional səbəblərlə bağlı yarandığını qeyd edən həkim deyib ki, əgər bir şəxs daim gəyirmədən, köpdən, mədəsindəki dolğunluqdan şikayət edirsə, bu, patoloji deyil, funksional səbəblidir.
Həkim-qastroenteroloqun sözlərinə görə, bəzən köp həddindən artıq hava udulması nəticəsində də yaranır. Bu hal daha çox saqqız çeynəyən insanlarda müşahidə olunur: "Köpün ən böyük səbəbi karbohidratlarla bağlıdır. Həddindən artıq karbohidrat qəbulu sorulmanı pozur, qaz, köp yaranmasına səbəb olur".
N. Cəfərova qeyd edib ki, süd məhsullarının, paxlalı bitkilərin sorulması gec baş verdiyi üçün bu qidalar da köp şikayətləri yaradır.
Qastroenteroloq həmçinin qeyd edib ki, antibiotiklərdən nizamsız və mütəmadi istifadəsi bağırsağın mikroflorasının pozulmasına, köp, qaz yaranmasına səbəb olur: "Əgər  həkimə köp problemi ilə bağlı müraciət edilirsə, onun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu hal ciddi problemlər də bağlı ola bilər. Mədənin motor funksiyasının zəifləməsi, bir sıra xəstəliklər nəticəsində qida mədədən vaxtına ötürülmür və köp problemi yaranır. Xoralar, bədxassəli törəmələr də köp və qaz şikayətləri yarada bilər. Hormonal pozğunluqlar, zob xəstəliyi, nevroloji problemlər də köp, qaz şikayətlərinə gətirib çıxarır. Nazik bağırsaq infeksiyaları və bağırsaq qurdları da köp yaranmasına səbəb olan amillərdən biridir".
Həkim bildirib ki, xəstənin köplə yanaşı səbəbsiz yerə çəki itkisi, gecə yuxudan oyadan ağrı, nəcisdə qan, qusma, səbəbsiz ishallar varsa, bunlar həkimə müraciət baxımından çox vacib siqnallardır: "Bu əlamətlər hətta bədxassəli problemlərlə də bağlı ola bilər. Əgər kimsə köplə yanaşı nəcisdə qan görürsə, qusma müşahidə edirsə, səbəbsiz ishallar başlayıbsa, mütləq həkimə müraciət etməlidir".
Mütəxəssis onu da vurğulayıb ki, uzun müddətli köpün əsas səbəblərindən biri qəbizlikdir. Son zamanlar qəbizlik şikayətlərinə geniş rast gəlindiyini deyən həkim vurğulayıb ki, əslində hər gün böyük bayıra gedə bilməmək qəbizlik deyil. Eləcə də bir gündə 3 dəfə bu halın baş verməsi hələ ishal hesab olunmur: "Bir insan 3 gündən bir böyük bayıra gedirsə, bu hal xəstəni narahat etmirsə, 3 gün sonra defekasiya normal baş verirsə bu da qəbizlik sayılmır. 3 gündən çox müddətdə baş verən defekasiya və bu prosesin çətinləşməsi artıq qəbizlik sayılır. Bu hal 3 həftə təkrarlanırsa, bu barədə düşünməyə dəyər".
Həkim-qastroenteroloq deyib ki, uzun müddətli qəbizliklərin əsas səbəblərdən biri bağırsaqda törəmələrin yaranması, bağırsaq xərçəngi ola bilər. O, oturaq həyat tərzi, hərəkətsizliyin, həmçinin xroniki şəkildə istifadə olunan dərman preparatlarının da qəbizliyə səbəb olduğunu bildirib: "Bəzən xəstə qəbizlik şikayəti ilə daxil olur, xəstəni müayinə etdikdə, söhbət etdikdə məlum olur ki, burada problem qəbizlik deyil, qıcıqlanmış bağırsaq sindromudur. Yəni sırf nevroloji problemlərlə bağlı qəbizlik yaranır və nevroloqun müalicəsi ilə problem aradan qalxır".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1544   Tarix: 05 dekabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy makiyaji sekilleri hamiləlik kosmetoloq qadın və din günün kombini doslu qizlar türk mətbəxi kosmetika klitor gozellik oğlan evine aid hakisda oglaq hakiwda