VALİDEYNLƏR, DİQQƏT: bu peyvəndi vurdurmasanız, uşağınız ölə bilər

VALİDEYNLƏR, DİQQƏT: bu peyvəndi vurdurmasanız, uşağınız ölə bilərİlin bütün fəsillərində immunitetlə bağlı səhhətimizdə müəyyən problemlər yaranır. Uşaqlarda isə bu, özünü daha çox büruzə verir. Boğaz qıcıqlanması, təngnəfəslik, öskürmə kimi hallar yaranır. Öskürək uzun müddət davam etdikdə isə valideynlər uşağın göy öskürəyə yoluxmasından çox narahat olurlar. Bəs görəsən göy öskürəyin əsl əlamətləri nədir? Göy öskürəyə qarşı vurulan peyvəndlərin təsir gücü nə qədərdir?

Mövzu ilə bağlı Xanim.az-a danışan pediatr Vaqif Qarayev bildirdi ki, göy öskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər. Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək çox təhlükəlidir. Göy öskürəyin başlanğıcı adi soyuqdəymədə olduğu kimi, burunda axma, hərarətin qalxması və öskürəklə özünü büruzə verir: "Amma göy öskürəyin əsas əlaməti tutma şəkilli öskürəkdir. Bəzən uşağı boğa bilir və hətta nəfəsi dayanır. Bu, çox təhlükəli bir əlamətdir. Xəstəliyin ağırlığı tutmaların sayından və müddətindən məlum olur. Yəni ola bilər ki, bir uşaqda gün ərzində 5 dəfə boğulma tutması olsun, digərində 15 dəfə. Birində tutma yarım dəqiqə, digərində 1 dəqiqə çəksin. Göy öskürək fəsad, ağırlaşma vermirsə, təhlükəli hesab etmirik, çünki onun vaxtı var, yaşayır və keçir. Amma fəsad verəndə vəziyyət çox ciddiləşir".

Həkimin sözlərinə görə, adıçəkilən xəstəliyin ən çox verdiyi fəsad pnevmaniyadır. Yəni ağciyərlərin sətəlcəmi. Həmçinin gözlərə və beyinə qan sızma baş verə bilər. Tutmanın fonunda uşaq nəfəs ala bilmədiyinə görə qıcolmalar yaranar. Bundan başqa kəskin laringit (qırtlağın iltihabı), göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji pozulmalar da ola bilər. Bunlar çox təhlükəli fəsadlardır. Buna görə də belə uşaqlar mütləq stasionar şəraitdə həkim nəzarətində müalicə olunmalıdır.

Pediatr deyir ki, xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Lakin əksər valideynlər xəstəliyin başlanğıc vəziyyətində həkimə müraciət etmir: "Hər kəs özü ev şəraitində uşağını müalicə edir. Vəziyyət ciddiləşdikdə isə həkimə gedirlər. Belə olmaz. Göy öskürəyin profilaktikası uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir. Peyvənd haqqında mediada çox ciddi çəkişmələr gedir. İddia olunur ki, peyvənd uşağı əqli cəhətdən əlil edir. Autizmə, hətta ölümə yol açır. Hətta bir zaman Avropada da peyvəndin autizm yaratdığı deyilirdi. Amma sonra çox ciddi laboratoriyalarda təsdiq olundu ki, autizmin peyvəndlə heç bir əlaqəsi yoxdur. Ölüm faizinə gəldikdə isə peyvəndlər yad zülaldır və orqanizm adi halda da buna reaksiya verə bilər və verməlidir. Tutaq ki, qızdırma qalxa bilər, bir az narahatçılıq ola bilər. Biz bunu təbii hesab edirik, çünki bunlar keçici hallardır. Amma peyvənddən sonrakı ölüm halları, göy öskürək epidemiyası zamanı yarana biləcək ölüm sayından dəfələrlə azdır. Yəni epidemiya zamanı daha çox uşaq itiririk, nəinki tək-tük hallarda peyvənddən sonra. Əgər uşağınızın göy öskürəklə xəstələnməsini istəmirsinizsə, mütləq peyvənd etdirin".

Peyvəndlərin vurulmasına əhali arasında şübhə ilə yanaşılması məsələsinə aydınlıq gətirən V.Qarayev bildirdi ki, sovet dövründə peyvənddən imtina etmək olmazdı. Amma indi peyvənddən könüllü imtina edirlər: "Valideyn dilindən ərizə yazır ki, mən uşağımı peyvənd elətdirmək istəmirəm. Keçən il şahidi oldum ki, göy öskürək olan uşaqların hər biri peyvəndsiz uşaqlardır. Peyvənd vurulmuş uşaq da göy öskürək tuta bilər, amma çox yüngül keçirər. Bizdə əhali narazılıq edir ki, peyvəndlər Hindistan istehsalıdır və keyfiyyətsizdir. Amma heç bir peşəkar komissiyanın dəqiq gəldiyi nəticə yoxdur ki, Hindistan istehsalı olan peyvəndlər keyfiyyətsizdir, Belçikanın, Fransanın istehsalı isə keyfiyyətlidir. Dövlət poliklinikalarında istifadə olunan vaksinlər əsasən Hindistanın, Koreyanın istehsalıdır. Amma bu bir faktdır ki, özəl klinikalarda olunan vaksinlər daha keyfiyyətlidir və peyvənddən sonrakı ümumi reaksiyalara az rast gəlinir, ya da heç rast gəlinmir. Amma bu o demək deyil ki, Hindistan, yaxud Koreya istehsalı peyvəndlər ölümcüldür, Fransanın istehsalı isə yox. Bu, qəbuledilməz bir iddiadır. Özəl klinikalarda vurulan peyvəndlər çox bahalıdır və imkanı olanlar gedib orada vurdura bilər. Məsələ orasındadır ki, əgər sığorta olsaydı, insanlar belə seçim qarşısında qalmazdılar. Bu zaman hər kəs istədiyi yerdə uşaqlarını peyvənd etdirə bilərdi".

Ailə və Uşaq     Baxılıb: 4173   Tarix: 07 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

kosmetoloq adlarin menasi qadın geyimi qadin sayti alt geyimləri yaglarin faydasi bayatilar vetene aid kosmetika uşaq nece olur bayatılarımızda vətən həsrəti penis sevda həmidə