Valideynlərə hörmətsizlik cəmiyyətin çürüməsinin göstəricisidir

Valideynlərə hörmətsizlik cəmiyyətin çürüməsinin göstəricisidirAna-ataya hörmətsizlik müasiri olduğumuz dövrün ən böyük problemlərindəndir. Hər kəs əlindən gəldiyi qədər bu problemə qarşı mübarizə aparmalıdır. "Çox təəssüf edirəm", "Valideynlərə hörmətsizlik məni məyus edir", "ana-ataya olan sayğısızlığı görəndə gözlərim yaşarır" deməklə sosial vəzifəmizi bitmiş hesab etməli deyilik. Məsələ ilə bağlı birbaşa fəaliyyətimiz olmalıdır. Əvvəla bilmək lazımdır ki, ana-ataya hörmət Allahın əmridir. Ancaq bu əmrə riayət olunmur.
Dünya miqyasında yalnız İslam coğrafiyasında bəzi gözəl nümunələr qalmaqdadır. Hələ də bir çox müsəlman ailələrində ana və ataya hörmət göstərilir, onların qayğılarına qalınır, valideynlərə itaət olunur. Ana-ataya sayğı məsələsində olduqca həssas davranmasalar da, ümumi götürdükdə, onları döymürlər, söymürlər, üzünə açıq şəkildə bozarmırlar. Əksinə, onları yedirib-içirirlər, nazlarını çəkirlər, əllərindən gəldiyi qədər problemlərini həll etməyə çalışırlar.
Bir çox məsələdə bizə nümunə kimi sırınan Avropada isə bu məsələ bizdəki kimi deyil. Onlarda Ana-Ataya münasibət heç də xoş ünsiyyətə əsaslanmır. Övlad müəyyən yaşa gəldikdən sonra valideynlərindən ayrılır, yaşlı ana-atasının necə yaşayacağı ilə maraqlanmır.

Dövlət bu problemi müəyyən qədər də olsa həll etmək üçün yaşlı insanların sosial müdafiəsini gücləndirir ki, mümkün sosial partlayışın qarşısını ala bilsin.
Sözügedən mövzu olduqca aktualdır. Məktəblərdə, məscidlərdə, sosial aktivliyin olduğu hər yerdə bu məsələnin üzərində ciddi şəkildə durulmalıdır. Ailələrdə də bu istiqamətdə təbliğat aparılmalıdır. Valideynlər öz valideynlərinə hörmətlə yanaşmalıdırlar ki, övladları da onlardan nümunə alsınlar və bu, zəncirvari şəkildə nəsildən nəsilə ötürülsün.
Bir mütəfəkkir ana-atasına üsyan edəni insan cildinə girmiş canavara bənzədir. Həqiqətən də, valideynlərinə hörmətsizlik edənləri gördükdə insanın içindən "Allah bu insanları niyə canavar surətində yaradıb?" demək keçir.
Valideynə hörmət məsələsi vicdanlarda dərin şəkildə duyulmur. Bu, bir vəba kimi dünyaya yayılmaqda davam edir. Bu vəba Qərbdə başladı. Daha sonra "müasirlik" surətində dünyanı dolaşmağa başladı, hətta bu məsələdə mühafizəkarlığı ilə tanınan İslam aləminə də müəyyən qədər sirayət edib. Sanki bütün dünyada belə bir düşüncə hakimdir ki, ana və ata övladı böyüdüb boya-başa çatdırdıqdan sonra onların bu dünyada yaşamağa haqları yoxdur. Bunun nəticəsidir ki, artıq şəhərlərdə gənc ailələr ayrı yaşayırlar, babanın nəvə ilə birlikdə yaşadığı ailələrə demək olar ki, rast gəlmirik. Bu, artıq rayonlara, kəndlərə də yayılmağa başlayır.

Gün keçdikcə qocalar evlərinin sayı artır. Guya bu evlərdə məskunlaşanlar, daha doğrusu, məskunlaşmağa məhkum edilənlər burada özlərini yaxşı hiss edirlər. Bu, əsla inandırıcı deyil. Qocalar evində şərait nə qədər gözəl olsa da, doğma ailənin əvəzinə verə bilməz. İstərsə qocalar evi çox gözəl bir dənizin kənarında yerləşsin, ən müasir avadanlıqlar təchiz edilsin, ən gözəl yeməklər verilsin, yenə də o, kasıb bir ailə atmosferini əvəz edə bilməz.
Valideynlərə hörmətsizlik bir cəmiyyətin çürüməsinin göstəricisidir. Əgər yaşadığımız toplumda ana-atanın qocalar evlərinə yerləşdirilməsi kütləviləşirsə, yaxud da ailədə valideynə hörmət edilmirsə, yaşlı ana-ata bu və ya digər formada təhqir olunursa, çox ciddi sosial problemlərlə qarşı-qarşıyayıq deməkdir.
Valideynin haqqından üstün haqq ola bilməz. Onların haqları əzizdir. Onların haqları Allahın haqqından sonra gəlir. Ona görə də hər birimiz ana-atamıza qarşı həssas olmağa, onların qayğısını çəkməyə, əmrlərinə riayət etməyə məcburuq. Onları razı sala bilsək, Allah da bizdən razı qalar...

Ailə və Uşaq     Baxılıb: 2685   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

turlar.az

qadin sayti geyim necə seçməli toy gecesi kişi xəyanəti əli əmirli qara qaragatin faydalari qadınlarda erroziya kosmetika zehmet ve zinet şəhid sanama bahar novruza aid hakistalar