Vegetarian pəhrizi intellekt səviyyəsinə mənfi təsir göstərir
Yeni tədqiqatlara görə, süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. Ekspertlər vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatdırlar. Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı yod çatışmazlığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.
Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, diyetoloq Helen Bondun fikrincə, getdikcə gənclərin çoxu bitki pəhrizini seçirlər. Bəziləri ekologiyanı, bəziləri isə tibbi əks-göstəriciləri düşünərək süd məhsullarından imtina edirlər. Rasionumuzda əsas yod mənbəyini süd məhsulları təmin edir. Balıq, yumurta, hətta ev quşları belə orqanizmdə yod ehtiyatını tam ödəyə bilmir.
Surrey Universitetinin alimləri 47 müxtəlif süd məhsulunda, o cümlədən soya, kokos, badam, düyü və yulaf südündə yodun miqdarını müəyyənləşdiriblər. İnək südü ilə müqayisədə, demək olar ki, bütün məhsullarda yodun miqdarı minimum 2 faiz azdır. Bu element qalxanabənzər vəzinin düzgün funksiyası üçün də vacibdir.
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?