Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr

Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələrVirtual oyunlar uşaqlara həm müsbət, həm də mənfi təsir göstərə bilər. Onlardan düzgün rejimdə istifadə edildikdə zehni inkişafı dəstəkləsə də, həddindən artıq oynanılması fiziki və psixoloji problemlərə səbəb ola bilər.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı səsləndirib.
Psixoloqun sözlərinə görə, uşaqlar öz daxili emosional rahatlığını, təxəyyülünü və sosial münasibətlərini oyunlar vasitəsilə formalaşdırırlar: "Virtual oyunlar uşaqlarımıza ikili təsir göstərir. Onlar orta səviyyədə və düzgün vaxt bölgüsü ilə oynanıldıqda zehni qabiliyyətlərin inkişafını stimullaşdırır. Lakin həddindən artıq oynanıldıqda fiziki və zehni yorğunluğa səbəb olur. Bundan başqa, bəzi oyunların süjeti düşmənçilik, hüquq pozuntusuna meyllilik və cəzasız qalmaq kimi yanlış üstünlük hisslərinin formalaşmasına təsir göstərə bilər."
Elnarə Baxışlı bildirib ki, uşaqlar gördüklərini oyun zamanı yenidən canlandırmağa, mənimsəməyə və öz kiçik dünyalarında tətbiq etməyə çalışırlar: "Bəzən bu səhnələrə öz xəyal obrazlarını da əlavə edirlər. Elə hallar olur ki, uşaq oyun personajı ilə həddindən artıq eyniləşərək real həyatdan uzaqlaşmağa başlayır. Çünki həmin virtual aləmdə hər şeyin onun nəzarətində olduğu təəssüratı yaranır. Oyunların süjeti müsbət də, mənfi də ola bilər. Əyləncəli olduğu kimi, təhlükəli və ya zərərli məzmun da daşıya bilər. Bəzi hallarda uşağın real həyatda nümayiş etdirdiyi davranışlar oyunun davamı təsiri bağışlayır. Aqressiv davranışlar, uzunmüddətli qorxu və təşviş, gecə kabusları və yuxu pozuntuları qorxu məzmunlu oyunların, eləcə də psixikaya mənfi təsir göstərən rəng və səslərin təsiri ilə yarana bilər. Buna görə də oyunlar valideynlə birlikdə seçilməli, virtual oyunların real həyatda müsbət alternativləri yaradılmalıdır."
Psixoloq qeyd edib ki, valideynlər oyun seçərkən onların məzmununa və uşağın yaş xüsusiyyətlərinə diqqət yetirməlidirlər.
Onun sözlərinə görə, öyrədici və inkişafetdirici oyunlar məntiqi təfəkkürü, diqqəti, dil bacarıqlarını və sayma vərdişlərini inkişaf etdirir. Müxtəlif rəqəmsal tapmacalar və interaktiv oyunlar bu qrupa daxildir.
Simulyator oyunları real həyat proseslərini - təyyarə idarəetməyi, əkinçiliyi və ya idman fəaliyyətini təqlid edir. Psixoloji araşdırmalar göstərir ki, bu oyunlar uşaqların təxəyyülünü inkişaf etdirir, onlarda məsuliyyət hissini formalaşdırır, heyvanlara və ətraf mühitə qayğı göstərməyi öyrədir.
Strategiya oyunları planlaşdırma, analiz etmə və resursların düzgün idarə olunması bacarıqlarını inkişaf etdirir, uşaqları qabaqcadan düşünməyə sövq edir.
Aksiyon və idman oyunları reaksiya sürətini, məkan təfəkkürünü və incə motor bacarıqlarını inkişaf etdirsə də, uzun müddət oynanıldıqda zehni yorğunluq yarada bilər.
Rol oyunları (RPG) isə uşağın müxtəlif obrazlara daxil olmasına, fərqli sosial rolları sınaqdan keçirməsinə və təxəyyülünü inkişaf etdirməsinə imkan yaradır.
Sonda Elnarə Baxışlı vurğulayıb ki, virtual oyunlar seçilərkən uşağın yaş xüsusiyyətləri, psixoloji və fizioloji inkişaf səviyyəsi mütləq nəzərə alınmalı, mümkün olduqda valideynlər də bu oyun prosesində iştirak etməlidirlər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 1029   Tarix: 22 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

qadin sayti hamilelikde qidalanma yemek reseptleri bulka reseptləri arıqlama vasitələri gecəliklər qarabasaq pehrizi kosmetika vətən haqqında bayatılar efsane sağlamlıq rəksanə sanama