Virusdan qorunmaq, immuniteti gücləndirmək üçün dərman lazım deyil?

Virusdan qorunmaq, immuniteti gücləndirmək üçün dərman lazım deyil?"Aylardır həyat tərzimizi dəyişdirən COVID-19 infeksiyası ilə bağlı bəzi mənbələrdən gələn məlumatlara əsaslanaraq əldə etdiyiniz virus əleyhinə dərman vasitələrini istifadə etməyin".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb. Həkim bildirib ki, "Tamiflu", "Arbidol", eləcə də onların bənzəri olan digər vasitələr koronavirusa qarşı təsdiqlənmiş təsirə malik deyillər: "Xahiş edirəm, təşvişə düşüb orqanizminizi boşuna zəhərləməyin. Xüsusən "profilaktika" məqsədilə bu kimi təsirsiz dərmanları istifadəsi cəfəngiyyatdır. Çox diqqətli olun. Unutmayın ki, dünya uzrə COVID-19 infeksiyasına qarşı istifadə olunan bütün dərmanlar sadəcə, eksperiment xarakterini daşıyır".
Həkim-anestezioloq Şahin Məmmədov da "Arbidol", "Kaletra", "Tamiflu" kimi  dərmanlarının virusa qarşı əhəmiyyətinin olmadığını bildirib: "Bunların heç bir müsbət effekti sübuta yetirilməyib. Hazırda COVID-19-a qarşı heç bir preparat icad edilməyib.
Amma virusu ciddiyə alın. Çalışın yoluxmayın! Çünkü siz yoluxduqdan sonra virusu əlavə xəstəlikləri olan, yaşlı insanlara keçirə bilərsiz, onlar xəstəliyi ağır keçirə bilər. Maska çağırışını mən bunun üçün edirəm. Sosial məsafəni qoruyumağınızı da o 10 % insana görə xahiş edirəm".
Həkim apteklərdə C vitamini, sink tapılmaması barədə deyilənlərə münasibət bildirərək deyib ki, bunları aptekden almağa heç ehtiyac da  yoxdur: "Çünki əvvəla satılan C vitamini sintetikdir. İkincisi, zatən sizə yüksək doza lazım deyil. Vitamin C və sink immuniteti artırmır. Sadəcə, bunların çatışmazlığı yaranmasın. Artıq doza tamamilə mənasızdır. Çatışmazlığın qarşısını təbii vasitələrlə almaq daha məsləhətdir. Təbii C vitamini mənbələri ən çox brokkoli, gül kələm, limon, digər sitrus meyvələri, çiyələk, kartof və pomidordur. Profilaktik məqsədlə sinki də aptekden almayın. Yüksək dozada sinkin heç bir əhəmiyyəti yoxdur. Ən güclü təbii sink mənbəyi ətdir. Ət, toyuq, balıq və süd məhsulları-qatıq, süzmə, kəsmik, pendirdir. Vegeterianlar lobya, badam, qoz findıq, paxla ilə sink ehtiyaclarını ödəyə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1623   Tarix: 12 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gozel gorunmek adlarin menasi toy makiyajlari qonaq otagi dizayni 2026 biliye aid atalar sozleri payiz haqqinda insa spiral kokeldirmi kosmetika gozde olar novruz bayramina aid novruz bayramına aid burclerin uygunlugu intim