Xanımlar, diqqət! Süd vəzilərinə qadının fərdi nəzarəti

Xanımlar, diqqət! Süd vəzilərinə qadının fərdi nəzarətiQadının mütəmadi olaraq özünün süd vəzilərini müayinə etməsi həkim-ginekoloq tərəfindən aparılan profilaktik müayinələrə əlavə edilən vacib tədbirdir!
Süd vəzilərini, ayda bir dəfədən az olmamaqla, mütəmadi olaraq müayinə etmək lazımdır. Normal aybaşı dövrü (tsikli) olan qadınlarda bu müayinə aybaşı başladıqdan 7-10 gün sonra aparılmalıdır. Aybaşılar qeyri-mütəmadi olduqda və ya tamamilə kəsilmiş olduqda, süd vəzilərinin profilaktik müayinəsi, ayda bir dəfə eyni tarixdə olmaqla, (məsələn, hər ayın 1-də) qadının özü tərəfindən aparılır.
Süd vəzilərinin müayinəsinin aparılma sxemi şəkillərdə qeyd edilir:
Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsi asanlıqla tam şəkildə görünsün.
Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə qoyun (şəkil 1), daha sonra əllərinizi başınızın arxasına qoyun (şəkil 2).
Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol əl ilə sağ süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, əlləyin (şəkil 3 və 4).
Süd vəzisi toxumasına əlinizlə təzyiq etdikdə sizdə heç bir ağrı olmamalıdır.
Daha sonra eyni qayda ilə sağ əllə sol süd vəzisini əlləyin. Bundan başqa, qoltuqaltı sahələri də əlləyin (şəkil 5).
Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın (şəkil 6). Bu halda ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkim-ginekoloqa müraciət etmək lazımdır.
Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış (şəkil 7) vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.
Süd vəzilərinə baxış keçirərkən və onları əlləyərkən aşağıdakı dəyişikliklərə fikir vermək lazımdır:
– heç bir ağrı verməsələr də, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin əmələ gəlməsi;
– vəzi gilələrindən mayenin ifraz olunması;
– süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər;
– vəzi üzərindəki dərinin və vəzi giləsinin içəriyə doğru dartılması;
– vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması;
– süd vəziləri nahiyəsində və qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;
– vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.
Müayinə apararkən sadalanan dəyişikliklərin hər hansı birinə şübhə yarandığı halda tez bir zamanda həkim-mammoloqa (süd vəziləri üzrə ixtisaslaşmış həkim) müraciət etmək məsləhət görülür. Süd vəzisində hər hansı bir bərkimə sahəsi olduğu halda xəstənin yaşından asılı olaraq süd vəzilərinin USM və ya mammoqrafiya (vəzilərin rentgen şəklinin çəkilməsi) üsulu ilə müayinəsi təyin edilir.
saglamolun.az

Sağlamlıq     Baxılıb: 2079   Tarix: 17 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

turlar.az

makiyaj etmek qaydalari sade makiyaj sekilleri gozel gorunmek atalar sozu elm haqqinda tort reseptləri bürc uyğunluğu ayaqların şişməsi kosmetika vetene aid atalar sozleri rus dilin nece orenek qiz burcu lakonizm burcler