Xərçəng xəstəliyi haqqında

Xərçəng xəstəliyi haqqındaƏgər xərçəng erkən mərhələdə aşkar edilərsə onu müalicə etmək mümkündür. Önəmli olan orqanizmə diqqət etməkdir, onun hansı vəziyyətdə özünü yaxşı hiss etməsi və nə zaman sapmasını anlamaq lazımdır. İnsan onkologiya xəstəliyinə tutularsa həkimlər bunu ilk mərhələdə müşahidə edə bilər.
Bir sıra ümumi xərçəng simptomları vardır. Əgər siz bunu özünüzdə hiss edirsinizsə bu o deməkdir ki, sizin orqanizminizdə bu və ya digər dəyişikliklər baş verir. Bunlar sizdə yaranibsa həkimə dərhal müraciət edin:
- şiş;
- səs batıqlığı, öskürək, təngnəfəslik;
- qanaxma;
- həzm tarktının işinin dəyişməsi;
- xallar;
- səbəbsiz çəki itirmə.
Xərçəngin ilkin əlamətləri aşkar edilərsə nə etməli?
Şişlər:
Əgər siz normal və adi halda orqanizminizin necə işləməsini bilirsinizsə, o zaman siz onkologiyanı dərhal hiss edəcəksiniz. Daha dəqiq desək xəstəliyə səbəb olan erkən mərhələdəki dəyişikliklərdən şübhələnəcəksiniz. Əgər bədəninizin hər hansısa bir yerində şiş nəzərə çarparsa dərhal həkimə müraciət edin. Bu halda şişin dəqiq nə zaman yaranması, onun sizə mane olub-olmaması (narahatlıq yaratması) və ölçüsünün dəyişməsi haqqında məlumatları tam dəqiqliklə bildirmək daha yaxşı olardı. Çox zaman xərçəng yaranmaları ağrısız olur.
Onkoloji şişin mənşəyinə toxunmaq çox zaman çətindir. Beləki, əgər həkim bədxassəli şiş aşkar edərsə o zaman xəstəni gələcək müayinə və analizlər üçün lazımlı mütəxəssisə yönəldəcək.
Əgər bədəndə tez-tez şişkinlik və ya şişlər yaranırsa nəzərə almaq lazımdır ki, onlar bədxassəli deyil.
Səs batıqlığı, öskürək, təngnəfəslik:
Sinə xərçəngi simptomları - səs batıqlığı, öskürək, təngnəfəslik. Bunlar təbii ki, infeksiya, iltihab və digər xəstəliklərdən yarana bilər. Lakin bəzi hallarda bu cür əlamətlər ağciyər xərçəngini göstərir. Əgər iki həftə ərzində öskürək və təngnəfəslik keçmirsə o zaman mütləq həkimə müraciət edin. Bəlğəmdə qan izi göründüyü halda da mütəxəssisə müraciət etmək lazımdır.
Səsbatıqlığına səbəb çox vaxt laringit də ola bilir. Bu xəstəlik qırtlağın iltihabı deməkdir. Nadir hallarda, səs batıqlığı - qırtlaq xərçənginin erkən simptomu hesab edilir. Əgər bu nasazlıq sizi iki həftədən çox narahat edirsə o zaman mütəxəssisə müraciət etməlisiniz.
Həzm traktının pozulması
İfrazın qanla olması həzm traktının fəaliyyətinin dəyişilməsi deməkdir.Adətən bu zaman qan tünd və ya açıq qırmızı olur. Açıq qırmızı qan olduğu zaman babasilin əlamətidir. Həzm traktının işinin tezliyinin heç bir səbəb olmadan dəyişməsi (qəbzlik və ya ishal) xərçəngin simptomlarından hesab oluna bilər. Bəzi xəstələr düz bağırsaq və qarında ağrılar hiss edir.
Qanaxma
Heç bir səbəbsiz yaranan qanaxma - daxili orqanlarının işinin pozulması deməkdir. Bu həkimə müraciət etmək üçün əsaslı bir səbəbdir.
Düz bağırsaqda baş verən qanaxma babasil simptomu, eləcə də daxili orqanlardan hər hansı birinin xərçəngi simptomu ola bilər. Əgər qadınlarda uşaqlıq və ya uşaqlığın boynunda bədxassəli şiş yaranıbsa o zaman qanaxma aybaşı aralıqlarında yaxud da, cinsi əlaqədən sonra baş verəcəkdir. Menopoz zamanı əgər belə hal müşahidə olunursa həkimə təcili surətdə müraciət edilməlidir.
Sidikdə qan görünməsi sidik kisəsinin xərçəngi və yaxud böyrəklərin onkoloji xəstəliyi deməkdir. Lakin buna səbəb infeksiya da ola bilər. Sidikdə qan izi göründüyü zaman mütləq həkimə müraciət edilməlidir.
Əgər öskürək zamanı bəlğəm qanla bərabər çıxırsa buna səbəb ciddi yoluxucu xəstəlikdir. Bəzən bu ağciyər xərçənginin əlamətidir. Qusma zamanı görünən qan xərçəngdən xəbər verə bilər,lakin bu mədə xorasıda ola bilər. Ona görə də, "xərçəngi necə müəyyən etmək olar?" sualına dəqiq cavab almaq üçün mütəxəssisə müraciət etmək lazımdır.
Burun qanaması və göyərməsi - nadir xərçəng simptomlarıdır.
Xallar
Dəri xərçəngi özünü necə göstərir? Bədənində çoxlu sayda xal olan insanlar bu haqda çox düşünürlər. Bu xəstəlikdən biri melanomadır. Bir qayda olaraq o dəri görünüşünü dəyişərək hiss olunur. Bəzən elə gəlir ki, yeni bir xal əmələ gəlib. Lakin melonoma mövcud olan xalda da formalaşa bilər. Ona görə də bəzən xoşxassəli "formalaşmanı" bədxassəlidən ayırmaq çətin olur.
Əgər xallarda aşağıda göstərilən əlamətlər yaranırsa durmadan həkimə müraciət edilməlidir:
- asimmetriya (xallar adətən hamar və simmetrik olur, melanomlar isə xeyr);
- hamar olmayan kənarlar;
- xallar üçün tipik olmayan rənglər ( beləki, xallar bir qayda olaraq qəhvəyi rəngdə olur, melanomlar isə qəhvəyinin qara, çəhrayı, qırmızı, ağ və hətta göy rənglə qarışığı rəngdədir)
- böyük ölçülü - (normal xallar 6mm diametrində olur, melonomlar ise 7 mm-dən artıq olur);
- üzərində qabıqlanma, qaşınma, qanaxma: melonomlar qanaxma vere bilir, üzəri qabıq bağlayır və qaşınır (dəri xərçənginin bu simptomları tez-tez baş vermir, lakin onları unutmaqda olmaz)
Beləliklə, əgər dərinizdəbir neçə həftə ərzində sağalmayan hər hansı bir ləkələr görsəniz, yaxud da yuxarıda göstərilən melonoma simptomlarından müşahidə etsəniz dərhal həkimə müraciət edin.
Səbəbsiz çəki itirmə
Onkologiyanı başqa cür necə müəyyən etmək olar? Bu haqqda sizin bədəninizin çəkisi deyəcək. Əgər çox az müddətdə (məsələn, iki ay ərzində) heç bir stress halı keçirmədən, ağır fiziki iş görmədən, pəhriz saxlamadan çox çəki atmısınızsa bu halda həkim müayinəsi şərtdir. Çəki atılması xərçəng simptomuyla əlaqəlidirsə o zaman xəstədə digər əlamətlərdə özünü göstərəcək: yüksək yorğunluq, ağrılar və ürəkbulanma.
Həyəcan simptomları yarandığı halda nə etmək lazımdır?
Özünüzdə xərçəng simptomları ilə qarşılaşdığınızda nə etməli? Cavab aydındır: həkimə müraciət etmək lazımdır. Yalnız mütəxəssis vəziyyəti qiymətləndirərək dəqiq müalicə yaza bilər. Məhz həkim diaqnozlar üçün rentgen müayinəsinə, analizlərə yönləndirə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1263   Tarix: 08 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA

Ucuz pendir əsasən bitki yağları ilə hazırlanmış saxta məhsul olur. xəbər verir ki, bu barədə Rusiyanın qida eksperti Anna Dyachkova bildirib. "Əgər mağazada ucuz pendir görürüksə deməli o pendir deyil, imitasiya məhsuludur,"

.

Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?

Son illər payız aylarında göbələk zəhərlənmələri ilə bağlı hallar artıb. . xəbər verir ki, əsasən, meşəlik və dağlıq ərazilərdən toplanan yabanı göbələklərin düzgün tanınmaması bir çox hallarda ağır fəsadlara, hətta ölüml

.

Həkim kompüter qarşısında yemək yeməyin zərərlərindən danışdı

Kompüter qarşısında yemək sadəcə pis vərdiş deyil, həm də sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bunu qastroenteroloq Jordi Serra Pueyo söyləyib. Onun sözlərinə görə bu davranış funksional dispepsiya adlı mədə-bağırsa

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Daimi ağız quruluğu bu xəstəliyin əlaməti ola bilər - Açıqlama

"Daimi ağız quruluğu kserostomiyanın simptomu ola bilər". xəbər verir ki, rusiyalı terapevt Senislava Çeşulina ağızda davamlı quruluğun səbəbinin kserostomiya ( tüpürcək ifrazının azalması və ya dayanması ) olduğun

.

Saç tökülməsinin gizli səbəbləri – Gündəlik qidalanmada böyük səhvlər

Saç tökülməsi genetik və hormonal səbəblərlə yanaşı, qidalanma ilə də sıx bağlıdır. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak olunan məhsullar saç sağlamlığını zəiflədərək tökülməni sürətləndir

.

Qəfil yemək istəyi xərçəngin əlaməti ola bilər - DİQQƏT

Britaniyalı alimlər qəfil yemək istəyinin bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyini açıqlayıb. xəbər verir ki, "Daily Mail" qəzetinin yazdığına görə, şokolad, pizza və ya limon kimi qidalara ani həvəsin yaranmas

.

Səhər belə oyanırsınızsa dərhal həkimə gedin - Terapevtdən açıqlama

Gecə tərləmələri ağır xəstəliyin xəbərçisi ola bilər. xəbər verir ki, bu barədə terapevt Syuzanna Uayli xəbərdarlıq edib. Onun sözlərinə görə davamlı gecə tərləmələri bəzi təhlükəli xəstəliklərin ilkin əlaməti sayılır. Həki

.

Dişləri ağartmaq üçün limon suyu sürtmək olar? - Açıqlama

Dişləri ev üsulları ilə ağartmaq çox vaxt faydasızdır və ağız sağlamlığı üçün ciddi risklər yaradır. xəbər verir ki, bu barədə "gazeta"ya rusiyalı stomatoloq-terapevt Polina Soldatkina danışıb. "Ən çox istifad

turlar.az

reseptler makiyaj etmek qaydalari yay geyimləri 2025 kontrasepsiya və abort paltarlar 2025 oxucu mektubu dini geyimler kosmetika yuxuda qara ilan gormek sac duzumleri kley lekesi dolca baldiza aid haxisda