Xərçəng xəstəliyi nədir?

Xərçəng xəstəliyi nədir?İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər bir qrupu orqanizmdə müəyyən vəzifələri yerinə yetirirlər.
Məsələn, qandakı eritrositlər (qırmızı qan cisimcikləri) orqanizmin bütün hüceyrələrinə oksigen daşıyır, dəri hüceyrələri insan bədənini örtərək onu müxtəlif zərərli faktorların təsirindən qoruyur və s.
Normal hüceyrələr inkişaf edir, bölünərək artır və müəyyən müddətdən sonra ölürlər. Bütün bu proseslər, mütləq olaraq, müəyyən qaydalar çərçivəsində baş verir ki, buna da orqanizm tərəfindən dəqiq nəzarət olunur. Ancaq bəzən hər hansı bir səbəbdən, hər hansı bir orqanın müəyyən qrup hüceyrələrində (mədə, qara ciyər, yumurtalıq, uşaqlıq, dəri və s.) "pozğunluq" baş verir ki, bunun da nəticəsində həmin hüceyrələr birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmirlər. Beləliklə, xərçəng şişi formalaşır.
Xərçəng şişi inkişaf edərək sağlam toxumalara da yayılır, onları da öz toxuma hüceyrələri ilə əvəz edərək bu və ya digər orqanların öz funksiyalarını yerinə yetirməsinə mane olur. Başqa toxumalara yayılmaq (metastaz vermək) - xərçəng şişin əsas xüsusiyyətidir.
Xərçəng hüceyrələri qan və limfa damarları vasitəsi ilə bədənin daha uzaq yerlərinə də yayılırlar (metastaz verirlər). Bundan başqa, xərçəng hüceyrələri adətən, insanın  orqanizminə zərərli təsir göstərən toksik maddələr də ifraz edirlər. Bu maddələrin təsiri nəticəsində insanın orqanizminin ümumi vəziyyətinin pisləşməsi (ümumi zəiflik, iştahanın itməsi, kəskin arıqlama və s.) də baş verir.
Beləliklə, xərçəng - bədxassəli bir şişdir! Onun bir çox növlərinin səbəbi tibb elminə bu günə qədər də məlum deyil. Xərçəng - hiyləgər xəstəlikdir. İlk mərhələlərində xərçəng, demək olar, heç bir əlamətlə özünü büruzə vermir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1197   Tarix: 07 sentyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 hamilelikde qidalanma asiq qadin sayti 2026 ayaqqabı modelləri vaginal təmizlik kosmetika lakonizm qz eviyçun hakışta ariqlamaq olumu qiz evi ucun