Xərçəngi evdə aşkarlamaq üçün ÇİP HAZIRLANDI
Rusiyalı alimlər laboratoriyaya getmədən tibbi analizləri tez və dəqiq apara bilən xüsusi yüksək həssas çip yaradıblar. Bu, xüsusən də mikrosensor xərçəng xəstələrinə evdə tədqiqat aparmağa imkan verəcək.
Publika.az "Ridus"a istinadla xəbər verir ki, çip prototipi NUST MISiS, Moskva Dövlət Pedaqoji Universiteti və Skolkovo Elm və Texnologiya İnstitutunun bir qrup tədqiqatçısı tərəfindən hazırlanıb.
Bu, mikro-maye kanalları olan fotonik mikrosxemlərə əsaslanan biosensordur. Kanallar vasitəsilə biomayeləri və qazları özünə kəkir, sonra mikrosensorlar maddələri və onların tərkibini tutur.
"Mikromaye kanalları polimerdən (polimetildisiloksan) hazırlanır və məhlullarda və qazlarda maddənin ultra aşağı konsentrasiyalarını aşkar etmək üçün silikon nitridə əsaslanan universal mikro maye-nanofotonik sensordan istifadə olunur", - məlumatda deyilir.
Bir cihaz mindən çox sınaq keçirməyə qadirdir. Tərtibatçılar vurğulayıblar ki, belə funksionallığa malik biosensor onkoloji və virus xəstəliklərin aşkarlanması üçün tələbat olacaq.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı