Xərçəngin yox edilməsində YENİ ERA BAŞLADI: BİTE texnologiyası ilə sadəcə 3 aya...

Xərçəngin yox edilməsində YENİ ERA BAŞLADI: BİTE texnologiyası ilə sadəcə 3 aya...Son illərdə olduqca geniş yayılan xərçəng xəstəliyinin müalicəsi ilə bağlı ən həyəcanverici hadisələr immunoterapiyalarda baş verir.
Publika.az xəbər verir ki, bədənin öz gücü hesabına xərçəngə qalib gəlməsi prosesi olan immunoterapiya yeni bir üsulla əvvəlki müalicələrdə uğursuz olan bəzi qan xərçənglərinin sağalmasını təmin edir. BİTE texnologiyası adı verilən metodun təsiri ağ ciyər, prostat və beyin xərçəngində də araşdırılır.
İnsanın genetik xəritəsinin tamamilə aydınlaşdırılmasından sonra sürətli şəkildə inkişaf edən immunoterapiyalara hər biri əvvəlkindən uğurlu olmaq üzrə yeni metodlar əlavə edilir. Xərçəngin müalicəsində ən son immunoterapiya isə biomühəndislik məhsulu olan BİTE (Bispesifik T hüceyrə bağlayıcısı), yəni ikitərəfli hüceyrə bağlayıcılarıdır. BİTE texnologiyası yetkin insanlarda son dərəcə aqressiv hərəkət edən və sadəcə Avropada ildə 100 min nəfərin ölümünə yol açan bir qan xərçəngi növü olan kəskin limfoblastik leykemiyada bütün digər müalicə üsullarından istifadə etmiş xəstələrdə 70% müsbət nəticə göstərir.
Bu texnologiya Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən "Amgen" biotexnologiya şirkəti tərəfindən tətbiq olunur. BİTE-nin müəllifi elm adamı professor Peter Kuferdir.
İmmunoterapiya nədir?
İmmunoterapiya bədənin öz immun sisteminin gücünü istifadə edərək xərçəng hüceyrələrinin yox edilməsi məntiqinə söykənir. Peter Kufer bildirir ki, müdafiə sisteminin ən güclü hüceyrələri olan T hüceyrələri bədəndə gəzən xərçəng hüceyrələrini axtarır, tapır və yox edir. Bu proses gün ərzində davam edir. Lakin bəzən xərçəng hüceyrələri müxtəlif yollarla immun sistemindən yayına bilir. Bu yollar xərçəng şişinin ətrafında yaranan immun zirehi və xüsusilə, bədənin şişi yox etməklə vəzifələndirilmiş hüceyrələrində ortaya çıxan immun korluğudur. İmmun sistemindən qaçan xərçəng hüceyrələri çoxalaraq xəstəliyin simptomlarını üzə çıxarır. İmmunoterapiyalar müxtəlif yollarla bu zirehi deşərək immun sisteminin xərçəng hüceyrəsini tapmasını təmin edir. Lakin xərçəng hüceyrələri o qədər ağıllı olur ki, bütün müalicələrə rəğmən, immun hüceyrələrindən gizlənməyi bacarır.
BİTE texnologiyası necə işləyir?
İmmun sisteminin T hüceyrələri xərçəng hüceyrələrinə təktərəfli şəkildə bağlanıb onları yox etməyə çalışarkən bəzilərini gözündən qaçıra bilir. BİTE bu durumda T hüceyrələrinin eynəyi rolunu oynayır. Burada xaricdən kimyəvi maddə verilmir. BİTE bir protein zənciri ilə bir-birinə bağlanan iki bağlayıcı qoldan ibarətdir. Bu qolların biri xərçəng hüceyrəsi üzərindəki immun sisteminin onu tanımasını təmin edən alıcıya bağlanır, digəri isə bədənin müdafiə sistemi olan T hüceyrəsinə bağlanır. Beləliklə, xərçəng hüceyrəsinin qaçış yolu olmur. Hələ ki, BTE-lərə qarşı müdafiə sistemi olmadığı üçün xərçəng hüceyrələri immun sistemindən qaçıb gizlənə bilmir. Bu xərçəng hüceyrəsini tanıyan T hüceyrəsi özü bölünərək, çoxalaraq başqa müdafiə hüceyrələri yarada bilir. Bölünən T hüceyrələri də eyni şəkildə xərçəng hüceyrələrini tanıma xüsusiyyətinə sahibdir. Yəni hüceyrə, bir növ, kodlaşdırılır. Hüceyrə bölünərək bənzərlərini yaradır və onlar da xərçəng hüceyrələrinə hücum edir.
Robot kimi
Xərçəng hüceyrələrinin üzərində onları tanımağa kömək edən işarələr olur. BİTE texnologiyasında dərmanın immun sisteminə bağlanan qolu sabit qalmaq şərtilə şişə bağlanan qolunu dəyişdirərək hər xərçəng üçün fərqli BİTE yaranması mümkündür. Bu, eyni robot kimi işləyir. BİTE-nin digər immunoterapiya üsullarından fərqi xəxtəxana apteklərinə tapıla bilən bir dərman formasında olmasıdır. Yəni xəstəyə müdaxilə etmək üçün laboratoriyaya ehtiyac yoxdur.
Kəskin lenfoblastik leykemiyada təsirli olduğu görüldükdən sonra Amerika Qida və Dərman Dairəsi tərəfindən 2,5 ay kimi qısa müddətdə patentləşdirilən müalicə üsulu Avropa və Türkiyədə də keçərlidir. BİTE-lər daha əvvəl xərçəngdən müalicə olunmuş və xəstəliyi yenidən təkrarlanan Kəskin lenfoblastik leykemiya xəstələrində 44% tam cavab əldə etməyə imkan verir. Bu nəticə xəstələrin yaşamaq ehtimalını 2 qat artırır. BİTE "Multipl Myelom", "Lenfoma" və "Myeloid" kimi leykemiya növlərində, ağ ciyər, beyin xərçəngi və prostatın müalicəsində sınanılır. İlkin nəticələr bu xəstəliklərdə də uğur əldə edildiyini göstərir. BİTE qan xərçəngində işləyir, lakin orqan xərçənglərində işə yaraması xərçəng xəstələri üçün böyük ümidlər vəd edir. Xüsusilə, prostat xərçəngi üzərində aparılan araşdırmalarda xəstələr 3 aylıq müalicə müddətində metastazlar 90% azaldığı görülüb.
Xəstəliyin təkrarlanması
Xərçəngin müalicəsində ən qorxulu problemlərdən biri təkrarlanmadır. BİTE metodunun təkrarlanma riski olan xəstələrdə istifadə edilməsi müsbət nəticələr verir. Leykemiya kimi sürətlə yayılan xərçəng növlərinin başqa yollarla müalicəsində müsbət nəticə əldə olunsa da, vəziyyətin təkrarlanma riski çox olur. Bu təkrarlanmanın qarşısını almağın ən yaxşı yolu minimal qalıntı ilə xəstəliyi aradan qaldıra bilməkdir. Bu da BİTE texnologiyası ilə mümkündür. /publika.az

Sağlamlıq     Baxılıb: 2354   Tarix: 30 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

geyim necə seçməli həkim məsləhəti hamilelikde qidalanma xiyarın faydaları hamilə qadın parket döşəmələr mirzə ələkbər sabir satiraları kosmetika hakista sozler seksler muellim seiri bahar hakışta