Xəstəlik geni yaradır - Hər gün istəmədən biraz yeyirik

Xəstəlik geni yaradır - Hər gün istəmədən biraz yeyirikMikroplastik nəsil sağlamlığını dəyişdirir.
Milli.Az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, mikroplastiklərlə təmasda olan siçanların erkək fərdlərində spermanın tərkibi dəyişir və bu, onların nəslində metabolik pozğunluqların yaranma riskini artırır.
Araşdırmanın nəticələri "Journal of the Endocrine Society" jurnalında dərc olunub.
Təcrübələr göstərib ki, mikroplastiklərlə təmas yalnız erkək siçanlarda çəki artımı və ya metabolik problemlərə səbəb olmur, həm də onların nəslində, xüsusilə dişi balalarda, diabet və digər metabolik xəstəliklərin inkişafına gətirib çıxara bilər. Dişi nəslin qaraciyərində qan şəkəri tənzimləyən və iltihabla bağlı genlərin fəaliyyəti artmışdır. Erkək nəslində bu dəyişikliklər minimal olub.
Alimlər bildirirlər ki, təsir DNT zədələnməsi ilə bağlı deyil. Mikroplastik spermadakı kiçik RNT molekullarını dəyişdirərək erkəkdən nəsilə ötürülən gen ifadəsini idarə edir və erkən embrion inkişafını "yenidən proqramlaşdırır".
Araşdırma heyvanlarda aparılsa da, nəticələr plastik çirklənməsinin həm fərdi, həm də nəsillərarası sağlamlıq üçün təhlükə yarada biləcəyini göstərir.
Qeyd edək ki, mikroplastiklər ölçüsü çox kiçik olan plastik hissəciklərdir, adətən 5 millimetrdən kiçik olurlar. Onlar plastik əşyaların parçalanması nəticəsində yaranır və su, torpaq, hava kimi ətraf mühitdə geniş yayılır. İnsanlar və heyvanlar bu hissəcikləri içməli su, qida və havadan qəbul edə bilirlər.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 974   Tarix: 24 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma toy makiyaji sekilleri murebbeler evdarlıq kitabı uşaq yeməkləri ariqlamaq ucun kofe kosmetika pomidor novruz bayramı gozde olar banan hamilelik